Men muharibe istemirem...

pol -dagidici- 25 Yan 2014 / 21:48
Serj Sərkisyan: Mən müharibə
istəmirəm
“Ermənistan müharibə istəmir, amma əgər
onu məcbur etsələr, bizim müharibədən
başqa yolumuz yoxdur. Bilirsinizmi, belə bir
mühitdə hərbi əməliyyatların başlaması
ehtimalını hətta mən də istisna edə
bilmirəm. Çünki bizim ölkəmizdə ən azı iki
adam - prezident və müdafiə naziri - bunu
görünür, mütləq nəzərə almalıdırlar ki, hərbi
əməliyyatlar məhz sabah da başlaya bilər.
Lakin mən hərbi əməliyyatların yaxın
gələcəkdə başlaya bilməsi ehtimalını hələ
görmürəm. Amma yenə deyirəm, əgər bizi
müharibəyə məcbur eləsələr, biz döyüşməyə
məcbur olacağıq”.
Bu sözlər Ermənistan prezidenti Serj
Sərkisyana məxsusdur. S.Sərkisyan bu sözləri
yerli jurnalistlərin suallarını cavablandırarkən
deyib.
Azərbaycan ordusunun erməni silahlı
qüvvələri üzərindəki hərtərəfli üstünlüyü
barədəki informasiyaları şərh edən
S.Sərkisyan etiraf edib ki, Ermənistan
büdcəsindən orduya ayrılan vəsait o qədər
də böyük deyil. Amma o, əlavə edib ki,
erməni ordusu silah-sursat sarıdan korluq
da çəkmir.
“Ordu elə bir orqanizmdir ki, onun yeni
silah-sursata daim ehtiyacı olur. Biz
müharibə istəmirik, aydındır ki, bunu
istəmirik. Amma əgər bizi buna məcbur
eləsələr, döyüşməkdən ayrı yolumuz
qalmayacaq. Digər tərəfdən də münaqişəni
sülh yolu ilə həll eləmək üçün əlimizdən
gələn hər şeyi edirik” - deyə Ermənistan
prezidenti bildirib.

[cavab]

pol _Barsali_ 25 Yan 2014 / 21:52
boş şeydi

[cavab]

pol VIP_MaestrO 25 Yan 2014 / 22:58
Elbetde mecburdular yada qacmalidirlar.Bilirsiz bu doyusde silah yox onlari pisixoloji hucum lazimdir.

[cavab]

pol *K_I_L_L_E_R* 25 Yan 2014 / 23:07
bos seydi gopdan vururda

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.197 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az