Dur qapi seslendi
NARDARANLI
25 Yan 2014 / 02:21
Dur qapı səsləndi, ey dil, gör bir həsrətdir gələn?
Aç burax gəlsin, bizə yardan əlamətdir gələn.
Paslanıb çoxdan təsəllimin yaşıl dərvazəsi.
Nə ümidgildən xəbər vardır, nə müddətdir gələn.
Kaş açaydın və görəydin xəstə qəlbin xətrinə,
Ağ libaslı, vəsl surətli şəfaətdir gələn.
Bəlkə qəm oxları ilə yarələnmiş sevgidir,
Bax görək bir can verib, yoxsa səlamətdir gələn?
Ya da dərd adlı deyingən piri-möhnətdir gəlib,
Aç könül gəlsin, yenə yoxdan qənimətdir gələn.
Aşiqə həqdən gələndir hər nə gəlsə,lütfdür.
Yar yolunda nuşcanlıqdır, inayətdir gələn.
Bir xəbər aldın bu gün, Asim, yenə dur, bayram et
Ki, sən həddə aşiqə şükrəkifayətdir gələn.
Mehrəli Asim
[cavab]
Gizir
25 Yan 2014 / 06:46
LinK :)
[cavab]
Bölmeye qayıt
0.2405 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az