1 yeni mesjiniz var
ilawka51
20 Okt 2012 / 23:31
Salam.Bu məktubu sənə həm çox uzaqdan həmdə çox yaxından yazıram,sevdiyim.
Həmişə bir insanı sevmək istəmişdim.Necə olur olsun,sevməyi dəlicəsinə istəmişdim.Və sən çıxdın qarşıma.
Mən Leyliyəmsə əgər,sən Məcnun ol istərəm.Yan yana olmasaqda,bədənimiz torpağa qovuşsada,ruhumuz heç ayrılmasın istərəm.Sən belə sevə bilərsənmi?
Kaş ki indi yanımda olaydın,ama yoxsan!Mən belə istəmirəm olsun.Hər an,hər dəqiqə mənimlə olmağını istədim.Mənim sənsiz olan bir xəyalım belə yox idi.Hər anımda ,hər dəqiqəmdə sən var idin...Adın mənə elə şirin gəlirdiki..Düşünürdüm ən gözəl ad sənin adındır.Hələ qısqanmağım....Bəlkədə ən böyük dərdimiz elə bu oldu.Səni özümə belə qısqanırdım..Mən axı səni belə sevmədim.Mən səni ruhumla sevdim,mən səni qaranlığda sevdim,soyuğda sevdim.Heç usanmadı sənə olan sevgim.....
Sevgi?Görəsən sevdimmi heç?İçimi belə yandıran bu alovun adı sevgidir?Yoxsa sadəcə bir həyəcan,keçicici bir hissdir mi bu?Əyər bu gerçək sevgi deyilsə,gerçəyini xəyal belə etmirəm.Yalançı eşq mənə buları çəkdirirsə,həqiqi sevgi məni öldürər yagin..
Bir şeyi unutma,sevgilim.Mən sənin qəlbində olamasamda,sənə daha sarılmasamda,içimdəki bu atəş heç vaxt sönməyəcək.Taki ruhum bədənimdən çıxana qədər.
Sevdanın adını anan bir qəlb belə qalmasa bu dünyada,bütün qəlblərə möhür vurulsada,sevən könülləri atəşlə dağlasalarda,mənim qəlbim səni anar,mənim qəlbim bütün möhürləri sökər.
Səni sevirəm,səni sevirəm.Elə deyil,ölümünə.
Yadındamı?Hər səhər mənə bülbülüm deyirdin.Məndə sənə səni öldükdən sonarada sevəcəyimi deyirdim.Sən isə gülümsəyərdin.San ki mənə inanmırdın.Bəlkədə mənə elə gəlirdi.Mən seni belə sevdim,sevdiyim.Boşluqdan məzara qədər deyil,ruhum yox olana qədər.Sən məni belə sevə bilərsənmi?
Sənsiz keçən hər gün göz yaşı yağır qəlbimə.Xatirələrin istiliyi bütün ruhumu isidir.
Mən səni belə sevirəm,sevdiyim.Səndə sevə bilərsənmi məni beləcə?
[cavab]
Bölmeye qayıt
0.1626 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az