Xosbext!!!

pol NARDARANLI 23 Yan 2014 / 03:09
Xoşbəxt o aşiqdir onu yarı bağışlar,
Hər cürmü xəta eyləsə, dildarı bağışlar.
Ümmidini kəsmə dəri-dildaridən ey dil,
Bir möminə yüz sən kimi küffarı bağışlar.
Çox yerdə dedim dərdimi, rəhmin tanıyanlar,
Şükr et dedilər, Tanrı günahkarı bağışlar.
Hökmündədir aləm o şahın, istəsə hərgah,
Bir rəhmdilə zülmü, sitəmkarı bağışlar.
Cəhd eylə könül, səy edəsən rahi-vəfadə,
Əvvəlcə Xuda, çünki vəfadarı bağışlar.
Yoxdur, dəhəni-yarı demişlər üləmalər,
Arif bu yoxun şərhinə çox varı bağışlar.
Abbasın adı xatirinə Mahiri bilməm,
Allah bu üzü qarə Ələmdarı bağışlar.
Hacı Ələmdar Mahir

[cavab]

pol Ayla 23 Yan 2014 / 03:11
super

[cavab]

pol *_SADECE_MEN_* 23 Yan 2014 / 03:12
ela qezeldi, twk

[cavab]

pol NARDARANLI 23 Yan 2014 / 03:28
Ayla, Allah razi olsun

[cavab]

pol NARDARANLI 23 Yan 2014 / 03:28
*_SADECE_MEN_*, Allah razi olsun.

[cavab]

pol Rahi 23 Yan 2014 / 03:35
Yaxwi qezeldi.


Ozun yazibsan qaqaw?

[cavab]

pol Rahi 23 Yan 2014 / 03:36
He Haci Elemdar Mahirindi

[cavab]

pol Rahi 23 Yan 2014 / 03:37
birinci setirde qriqliq var

[cavab]

pol NARDARANLI 23 Yan 2014 / 03:38
Rahi, Niye qiriqliq yoxdu axi

[cavab]

pol Rahi 23 Yan 2014 / 03:40
Var qardaw.1 setr 13 hecalidi.14 olmalidi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1696 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az