:::Qaranquşun sevgisi:::

pol **Memo** 22 Yan 2014 / 02:43
Bir qaranquş bir adama aşiq olur.
Pəncərənin önünə
qonub bütün cəsarətini toplayır,
tüklərini qabardır,
gözəl durduğuna əmin olduqdan sonra
kiçik dimdiyi
ilə pəncərəyə vurur:
Tık.... Tık.... Tık....
Adam pəncərəyə baxır. İçəridə işi ilə
məşğuldur.
Kimdir onu işindən aralayan? Balaca bir
qaranquş!
Həyəcanlı qaranquş dərin bir nəfəs
alaraq
dimdiyindən sözlərini yağdırdı:
- Hey adam! Mən səni sevirəm. Niyəsini
soruşma.
Uzun zamandır səni izləyirəm.
Danışmağa bu gün
cəsarət tapdım. Pəncərəni aç, məni içəri
al. Birlikdə
yaşayaq.
Adam hirslə cavab verir:
- Yox daha nələr! Sən hardan gəldin?
Olmaz. Ola
bilməz. Sən bir quşsan. Heç quş insana
aşiq olar?
Qaranquş pərt olur. Yenə də ümidini
itirmir. Bir
müddət sonra təkrar pəncərəyə gəlib
gülümsəyərək
təkrar şansını yoxlayır:
- Adam, ay adam. Aç bu pəncərəni. Al
məni içəri.
Səni heç incitmərəm. Bax soyuqlar da
başladı,
üşüyürəm. Yoxsa isti ölkələrə getməli
olacam. Mən
ancaq istidə yaşaya bilirəm. Peşman
olmazsan. Sən
də mənim kimi yalnızsan, yalnızlığını
paylaşaram.
Bu dəfə adam əməlli hirslənir:
- Mən yalnızlığımdan məmnunam. Məni
rahat burax!
Bu dəfə qaranquş başını önə əyib gedir.
Bir daha
görünmür pəncərədə.
Aradan zaman keçir. Adam öncə
düşünür, sonra öz-
özünə etiraf edir:
- Hey mənim ağılsız başım, nə qədər
axmaqlıq
etdim. Gözlənilməz anda qarşıma çıxan
fürsəti əldən
verdim. İndi belə tək oturacağıma
əyləncəli vaxt
keçirərdik birlikdə.
Peşman olur amma iş işdən keçib. Yenə
də öz-özünü
rahatlatmaq üçün deyir: İstilər
başlayanda
qaranquşum necə olsa gələr. Mən də
onu yanıma
alar, maraqlı bir həyat keçirərəm.
.... Və çox uzun müddət istilərin
gəlməsini gözləyir.
Gözü yollarda qalır. Yaz gəlir, başqa
qaranquşlar
gəlir, amma ... onun qaranquşu heç
görünmür. Yazın
sonuna qədər pəncərəsi açıq
gözləyir,amma nahaq.
Qaranquş yoxdur! Gələn başqa
qaranquşlardan
soruşur, görən olmayıb. Sonunda dərdini
demək və
məlumat almaq üçün bir müdrikə gedir.
Olanları
danışır. Müdrik gözlərini adama dikir və
deyir:
- Qaranquşların ömrü 6 aydır...
Həyatda bəzi fürsətlər vardır ki,sadəcə
bir dəfə
əlinizə keçər və dəyərləndirməsəniz
uçub gedər.
Həyatda bəzi insanlar vardır ki, yalnız
bir dəfə
qarşınıza çıxar, dəyərini bilməsəniz
qaçıb gedər. Və
heç vaxt geri dönməzlər.....

[cavab]

pol sema@ 22 Yan 2014 / 02:49
Super Bilmirdimki qaranquwlarin omru 6 aydir tewrkur

[cavab]

pol *_SADECE_MEN_* 22 Yan 2014 / 02:49
twk

[cavab]

pol **Memo** 22 Yan 2014 / 02:51
sema@, tşk sizede.

[cavab]

pol **Memo** 22 Yan 2014 / 02:51
*_SADECE_MEN_*, tşk.

[cavab]

pol (Ti_Je_Ne_Baby) 22 Yan 2014 / 03:11
Suppa))))

[cavab]

pol XUSHU 22 Yan 2014 / 03:20
Qaranquşların 6 ay ömrü olduğunu bilmirdim.SUPER!!!

[cavab]

pol **Memo** 22 Yan 2014 / 03:22
(Ti_Je_Ne_Baby), twk :)

[cavab]

pol **Memo** 22 Yan 2014 / 03:23
XUSHU, twkk

[cavab]

pol Arc_Cinus 22 Yan 2014 / 03:33
Supper

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1781 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az