Maraqli heyat hekayesi :)
Ayla
21 Yan 2014 / 20:47
O bu evə yeni gəlin gəlmiş, elə ilk güdən qayınanası ilə bir yerdə yaşamağa başlamışdı. Ancaq çox keçmədi ki, qayınanası ilə aralarında dava-dalaş başladı. Artıq evdə ağız deyəni qulaq eşitmirdi. Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına getdi və dərdini açıb danışdı. Loğman ona bitkilərdən bir zəhər hazırladı və bunu hər gün az-az qayınanasının yeməyinə qatmağı məsləhət gördü. Loğman heç kim şübhələnməsin deyə, qayınanası ilə xoş davranmağı da tapşırdı. Evə qayıdan gəlin tələsik işə başladı. Hər gün qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii ki, bu yeməklərə zəhər qatmağı unutmurdu. Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar etməyə başlamışdı. Artıq qayınanasınin da ona münasibəti dəyişmişdi.
Vaxt keçdikcə gəlin narahat olmağa başladı. Hərəkətindən peşman olduğu üçün nə edəcəyini bilmirdi. Bir gün yenə Loğmanın yanına getdi. Artıq yeganə arzusu qayınanasıni ölümdən xilas etmək idi. Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə başladı:
-Mənim sənə verdiyim zəhər deyildi. Onun içində adi otlardan başqa bir şey yox idi. Əsl zəhər isə sənin ürəyində idi. Sən qayınananla xoş rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o zəhərin yerində sevgi var.
[cavab]
ErRoR_NoT_FoUnD
21 Yan 2014 / 20:50
coox maraqlidi.
[cavab]
ErRoR_BaYerN
21 Yan 2014 / 20:51
superdir ela yazmisan.twk
[cavab]
zekow
21 Yan 2014 / 20:55
super
[cavab]
Neo
21 Yan 2014 / 21:04
bugun werti 5 verirem gelen defe yaxwi hazrlaw )
[cavab]
Aslan_Pencesi
21 Yan 2014 / 21:05
bunu bu gun bizim gun verilisinde oxumusdular yenede eladi tsk
[cavab]
sema@
21 Yan 2014 / 21:07
Ewitmiwem bunu yenede tewekur
[cavab]
Ayla
21 Yan 2014 / 21:09
Neo,
[cavab]
Ayla
21 Yan 2014 / 21:09
tewekkurler
[cavab]
NARDARANLI
21 Yan 2014 / 21:32
Tekrardi amma maraqlidi
[cavab]
Bölmeye qayıt