Menalidir. Dusunerek oxumaga deyer.
*_*TeaM_Bke*_*
21 Yan 2014 / 04:36
Ata, işdən yorğun-arğın evə gec
gəlmişdi..
Uşaq: Ata, bir şey soruşa bilərəmmi?
Ata: Bəli..
Uşaq: Ata bir saatda nə qədər pul
qazanırsan? Ata: Bu sənin işin deyil..
Uşaq: Atacan xaiş, bilmək istəyirəm..
Ata: Əgər bilmək istəyirsənsə 20
manat..
Uşaq: Yaxşı mənə 10 manat verə
bilərsən? Ata: Mənim sənin axmaq
oyuncaqlarına ayıracaq pulum yox.
Dərhal otağına get və qapını bağla..
Uşaq səssizcə otağına çıxıb qapını
bağladı.
Adam əsəbi halda "Bu uşaq necə belə şeylərə cəsarət edir."
deyə düşündü. Aradan bir saat
keçdikdən sonra adam bir az
daha sakitləşdi və uşağa pulu niyə
istədiyini belə soruşmadığını
düşündü, "Bəlkə də həqiqətən lazım idi"...
Yuxarı uşağının otağına çıxdı və qapını
açdı...
Yatağında olan uşağa, "Yatırsanmı"
deyə soruşdu. Uşaq "Xeyr"
deyə cavab verdi... "Al buda istədiyin 10 manat. Sənə az
əvvəl sərt davrandığım
üçün bağışla. Amma uzun və yorucu bir
gün keçirdim" dedi...
Uşaq sevinclə qışqırdı, "Təşəkkürlər
atacan"... Dərhal yastığının altından digər əzik-üzük pulları çıxardı.
Adamın sifətinə baxdı və
yavaşca pulları saydı.
Bunu görən adam çox əsəbləşərək,
"Pulun olduğu halda niyə
məndən pul istəyirsən? Mənim, sənin axmaq uşaq oyunlarına
ayıracaq vaxtım yoxdu" deyə
əsəbləşdi...
Uşaq "Pulum vardı amma kifayət
qədər yox idi" dedi və üzündə
kiçik bir təbəssümlə pulları atasına uzatdı; "Buda 20
manat. ..''Senin bir saatını ala
bilərəmmi? Sabah 1 saat tez gələ
bilərsənmi? Səninlə axşam yeməyini
birlikdə yemək istəyirəm.''
dedi... Ata oğlunu qucaqlayaraq ağlamağa
başladı
Bəzi şeylər çox dəyərlidir...
[cavab]
_LEBBEYK_
21 Yan 2014 / 04:44
Allah hec bir Atani Anani ovladin bawi ustunden eksik etmesin
Ehsen qardaw Allah razi olsun
[cavab]
*_*TeaM_Bke*_*
21 Yan 2014 / 04:48
AMIN. Optimist olun.
[cavab]
1MaNaT
21 Yan 2014 / 04:54
[cavab]
Mecnun
21 Yan 2014 / 05:07
Allah razi olsun.
[cavab]
Iatros
21 Yan 2014 / 05:40
_LEBBEYK_, AMIN
[cavab]
Iatros
21 Yan 2014 / 05:41
*_*TeaM_Bke*_*, tewwekur qaqaw
[cavab]
zekow
21 Yan 2014 / 05:57
super
[cavab]
Bölmeye qayıt