20yanvar

pol Nata 20 Yan 2014 / 17:36
Şəhidlər
Qatil gülləsinə qurban
gedirkən,
Gözünü sabaha dikdi
Şəhidlər.
Üçrəngli bayrağı öz
qanlarıyla,
Vətən torpağına çəkdi
Şəhidlər...
Zalım öyünməsin
zülümləriylə,
Min bir böhtanıyla, min
bir şəriylə.
Həqiqət uğrunda
ölümləriylə,
Ölümü kamına çəkdi
Şəhidlər...
O şənbə gecəsi, o qətl
günü,-
Mümkünə döndərdik
çox namümkünü,
Xalqın qəlbindəki qorxu
mülkünü,
O gecə dağıdıb sökdü
Şəhidlər...
Tarixi yaşadıb
diləyimizdə,
Bir yumruğa döndük o
gecə bizdə.
Yıxıb köləliyi
ürəyimizdə
Cəsarət mülkünü tikdi
Şəhidlər...
Onlar susdurulan haqqı
dindirər,
Qaraca torpağı
qiymətləndirər.
Donan vicdanları
qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi
Şəhidlər...
Bilirik, bu bəla nə ilkdi,
nə son,
Ölürkən uğrunda bu
Ana yurdun.
Quzu cildindəki o qoca
qurdun,
Doğru, düz cildini çəkdi
Şəhidlər...
Dözdü hər zillətə,
dözdü hər şeyə,
" Dünyada mənimdə
haqqım var " ,- deyə
Kütləni xalq edən
müqaviləyə,
Qanıyla qolunu çəkdi
Şəhidlər...
İnsan insan olur öz
hünəriylə.
Millət, millət olur xeyri,
şəriylə,
Torpağın bağrına
cəsədləriylə,
Azadlıq tumunu əkdi
Şəhidlər.
ALLAH bütün Şəhidlərə
Rəhmət eləsin...!!!

[cavab]

pol -LEyLA- 20 Yan 2014 / 17:37

[cavab]

pol -LEyLA- 20 Yan 2014 / 17:38
Amin.

[cavab]

pol Prosto_MovsuM 20 Yan 2014 / 17:38
Amin!

[cavab]

pol NARDARANLI 20 Yan 2014 / 17:40
Allah rehmet elesin Sehidler bizim qurur dayagimizdir

[cavab]

pol AgUeRo** 20 Yan 2014 / 17:42
allah rehmet elesin

[cavab]

pol Prosto_MovsuM 20 Yan 2014 / 17:51
en agir facie hansi olub?

[cavab]

pol WEN-OGLAN 20 Yan 2014 / 18:20
Qərənfil — şəhid qanı,
Ağla qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla qərənfil, ağla!



Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron — qan dənizim.
Sən — mənim ağlar gözüm,
Ağla qərənfil, ağla!


Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla qərənfil, ağla!


Kərbəla — qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə,
Ağla qərənfil, ağla!


Bəxti asılan qıza,
Hünəri aslan qıza
Toyu yas olan qıza
Ağla qərənfil, ağla!




Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla qərənfil, ağla!


Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə,
Ağla qərənfil, ağla!



Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla qərənfil, ağla!


Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara,
Ağla qərənfil, ağla!


Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla qərənfil, ağla!


Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla qərənfil, ağla!


Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla qərənfil, ağla!

[cavab]

pol Kend==soveti 20 Yan 2014 / 18:26
WEN-OGLAN, bir soznen

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1245 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az