Bu da qardas dediyimiz Turkiye
NARDARANLI
19 Yan 2014 / 01:42
Son zaman qardaş Türkiyə Cümhuriyyətinin rejissorları nədənsə qardaş dedikləri azərbaycanlıları öz
çəkdikləri filmlərdə aşağılayırlar. Müxtəlif zamanlarda ayrı-ayrı filmlərdə yaradılan azərbaycanlı personajlar
geridəqalmış, fırıldaqçı, quldur və sair kimi təqdim edilib. Və bu səviyyəsiz əməllərinin cavabı almayanlar
indi bir qədər də irəli gedərək Azərbaycan tarixinin ən görkəmli simalarından olan Şah İsmayıl Xətaini də ələ
salmağa başlayıblar.
Dünən Türkiyənin SHOW TV kanalında yayımlanan, əxlaqsız səhnələrinə və tarixi təhriflərinə görə
dəfələrlə tənqid olunan “Möhtəşəm Yüzyıl” serialında filmin baş qəhrəmanı Sultan Süleymanın saraydakı səhər
toplantısında əvvəl Süleymanın adamları tərəfindən Şah İsmayıl yaltaq kimi qələmə verilir, daha sonra isə
Sultan özü Şah İsmayılın Şahlığını gülünc hissi ilə qarşılayaraq, katibinin “Şah İsmayılamı məktub yazırıq”,
sualına, “Əmirlər nə vaxtdan Şah olublar, Çaldıran düzündənmi”, - deyə, kinayə ilə soruşur və ardıyca əlavə
edir: “Yaz, hökumət və əmirlik sahibi Şeyx İsmayıl Heydər oğlu Səfəvi, Allah sizə doğru yolu göstərsin. Belə
görünür ki, İslam dininin böyük zəfəri və Peyğəmbərimizin şəriətinin aşkar yolu sənə keçmiş adət-ənənələrin
bildiyi şəkildə çatdırılmış və gərəkli cavab və salam bu məktubla sizə yazılmışdır...”
Göründüyü kimi, burada ilk olaraq Şah İsmayılın Şahlığı kinayəylə qarşılanır və onun Çaldıran
döyüşündəki məğlubiyyəti böyük qələbə kimi göstərilərək, Şah İsmayılın şah deyil, əmir olduğu bildirilir.
Burada tarixə müraciət etməyimiz gərəkir. Əvvəla Şah İsmayıl Sultan Süleymanın iddia etdiyi kimi
əmir deyil həqiqətən Şah olub. 1514-cü ilə kimi Şah İsmayıl 3 milyon kv.km əraziyə rəhbərlik edib ki, bu
əraziyə bütöv İran, İraqın yarısı, Türkiyənin bir hissəsi, Ermənitan və Dərbəndə kimi Azərbaycan daxil idi. Bu
qədər böyük bir əraziyə rəhbərlik edən bir şəxsin Şah deyil, onun əmir kimi qələmə vermək isə ən azından
səviyyəsizlik göstəricisidir.
Daha sonra isə baxaq Çaldıran döyüşünə. O zamana ki, Çaldıran döyüşünün baş verəcəyi günün
gecəsi, saraydakı toplantıda sərkərdələrdən biri Şah İsmayıla Sultan Səlimin ordusuna qəfildən və gecə hücum
etməyi təklif edir. Səbəb kimi isə Sultan Səlimin 200 minlik ordusuna qarşı Səfəvilərin 30 min ordusunun
olması göstərilir. Amma Şah İsmayıl bunu qeyrətinə sığışdırmayaraq, “Biz karvanbasan quldur deyilik, kişi kimi
üzbəüz döyüşəcəyik”, - cavabını verir.
Qeyri-bərabər keçən Çaldıran döyüşündə Səfəvi ordusunun 30 min əsgərindən 28 mini şəhid olur və 1
nəfər də olsun əsir düşmür. Əks tərəf isə 41 min əsgərini itirir 2000 nəfər isə əsir verir. Sultan Səlim Təbrizə
daxil olur. Burada ona xəbər gətirirlər ki, Şah İsmayıl qüvvəsini cəmləşdirərək 300 minlik bir ordu ilə Təbrizə
qayıdır. Sultan Səlim bu xəbərdən bərk qorxuya düşərək qaçmağa məcbur olur və ömrünün sonuna kimi heç
vaxt Şah İsmayılla müharibə etməmək qərarı verir. Hətta bu qorxudan doğan hisslə Şah İsmayıl hücum
edəcəyini nəzərə alıb Diyarbəkirdə hər ehtimala qarşı 50 minlik ordu saxlayır.
Burada Şah İsmayılın Osmanlıya və onu rəhbərliyinə də böyük hörmət göstərdiyini vurğulamaq yerinə
düşərdi. Belə ki, Səlimin atası Sultan Bəyazid qoca olduğu üçün Şah İsmayıl ona daim “ata”, - deyə müraciət
edərdi. Müsəlmanlarla heç vaxt müharibə etməyən, nahaq qan axıtmayan Şah İsmayıl, bir dəfə də olsun
Osmanlıya hücum barədə düşünmür. Sultan Bəyaziddən sonra Səlim hakimiyyətə gəlir və gizlincə Şah
İsmayılla müharibəyə hazırlaşır.
Sonda bir məsələni qeyd etmək istərdim ki, Şah İsmayıl Xətaini Sultan Süleymanın diliylə Şah deyil,
əmir olduğunu göstərmək istəyən türk rejisor və “Möhtəşəm Yüzyıl”ın ssenari müəllifi tarixdən tamamilə
xəbərsizdirlər. Çünki demək olar ki, əksər türk tarixçiləri Şah İsmayılı “Sufi Şahı”, - deyə, yazırlar və qədim
sənədlərdə də bunun belə olduğunu vurğulayırlar.
[cavab]
By_Fresh
19 Yan 2014 / 01:56
Sultan suleyman ozu kim olub beyem 70 il yawayib daim arvad sozuynen oturub-duran olubda,bir adamki 2 yeznesini oldursun,bundan elave oz oqlunun bawini kesdiren adamdan ondan artiq hecne gozdemey olmaz.
[cavab]
Maximum
19 Yan 2014 / 01:58
By_Fresh, He duzdu qaqa
[cavab]
VAGRANCY
19 Yan 2014 / 02:02
Kim olmusan ee suleyman. beledeki kiwi doyulsen:-))
[cavab]
Yumurta
19 Yan 2014 / 02:12
NARDARANLI, raziyam.dogru deyibler "qaradan qaw yaddan qardaw olmaz".qardaw o qardawa deyilirki qardawini ozunden yukseklerde tutsun.da araxadann iwler cevirmek qardawlik sayilmir.kewmiwimize leke getirib laga qoymaq qardawliqdir meyer.
red. Yumurta (19.01 /02:13)
[cavab]
NARDARANLI
19 Yan 2014 / 02:29
Osmanli dovleti qurulandan beri oz edaletsiz ve exlaqsiz hokumdarlari ile fexr edib Sah İsmayil Xetai caldiran doyusunde dusmenin 20 topunu oz qilinci ile mehv etmisdi Doyusden sonra Sultan Selim xeber gonderir ki qilinci İstanbula getirsinler Qilinci eline alib topa zerbe ile vurur amma top parcalanmir Sah İsmayila mektub yazir ve deyir ki sen mene basqa qilinc gondermisen Sah İsmayil cavabinda bele deyir Qilinc hemin qilincdir qol o qol deyil
[cavab]
(=vipka=)
19 Yan 2014 / 02:56
He baw kesen vara
[cavab]
ErRoR_MEDVED
19 Yan 2014 / 03:05
Hele bu nedirki,ayib olmasaydi bu deqiqe hamsini acibburda yazardim,onlarin ic uzlerni taniyardiz,cox murdar mexluqdurlar bu turkler
[cavab]
NARDARANLI
19 Yan 2014 / 03:10
By_Fresh, Duzdu Sah İsmayil Xetai sie mezhebli bir dovlet qurdu ve tarixde yaradilan ilk sie mezhebli dovlet idi ve her sey İslamin hokmu ile gedirdi amma Osmanli hokumdarlari tarixde oz yalanci ve alcag fikirlerile İslamin nezeriyyesini tam basqa mecraya yoneltmek isteyirdiler amma bu alcaq emellerine cata bilmediler
[cavab]
Alibaba*AZE
19 Yan 2014 / 16:15
ele tarixden anlayisi olanda yazir olmayanda.
[cavab]
Bölmeye qayıt