..::Niyə möminlərin bəzisi yoxsuldur?::..
aze
16 Yan 2014 / 04:43
Ətrafımızda elə insanlar vardır ki,
səmimi qəlbdən Allahın
buyurduqlarına əməl edərlər.
Ancaq həyatlarında minlərlə kiçikli
və böyüklü problem vardır.
İstəklərinə və arzularına çatmazlar.
Həmişə başqalarından geri
düşərlər.
Nemətlər iki cür olur: xarici və
batini.
İnsan xarici nemətlərin vasitəsilə
başqalrından ehtiyacsız olar.
Məqam, dost, qüdrət, pul və bunun
kimi vasitələrlə. Ancaq bu vasitələr
insanın ruhu susuzluğunu
yatızdırmaz. Belə ki, zənginlər ruhi
susuzdurlar. Bəhluldan soruşurlar:
“Bir nəfər nəzir edib ki, ən yoxsul
insana maddi kömək edəcəkdir.
Soruşdular ki, kimə versin?”. Bəhlul
deyir: “Harun ər-Rəşidə”.
Daxili nemət o nemətdir ki, insan
xarici vasitələrdən kömək
almayaraq, daxilinin
sərmayəsindən istifadə edər.
İnsanın imanı, nəfsinə etimadı,
qənaəti, Allaha təvəkkülü, təqvası
– bütün bunlar böyük sərmayədir.
Buna malik olan insanlar hamıdan
zəngindirlər.
Daxili nemət elə bir nemətdir ki,
oğrular onu oğurlaya bilməzlər.
İmam Əli (ə) bu cür insanlardan idi.
O, 25 illik sükutuna baxmayaraq,
dağ kimi möhkəm və qüdrət sahibi
idi. Dünyaya çox laqeyd idi. Həzrət
(ə) üçün bu dünya yamammış
ayaqqabıdan dəyərsiz idi.
Beləliklə deyə bilərik ki,
maddiyyatdan məhrum olmaq -
yoxsul olmaq demək deyildir.
Bəlkə həqiqi yoxsul o kəsdir ki,
Allaha imandan və təqvadan
məhrum olar. İmam Əli (ə)
buyurur: “Heç bir sərmayə ağıl
kimi deyildir. Heç bir yoxsulluq isə
cəhalət və nadanlıq kimi deyildir”.
O kəsin ki, qəlbi tək Allahla olar,
yoxsul olmaz. Peyğəmbərlərin (ə)
bir çoxu maddi cəhətdən heç də
yaxşı yaşamamışdılar. İmam
Sadiq (ə) buyurur: “Nə zaman
görsəniz ki, yoxsulluq sizə üz
çevirmişdir, deyin: “Ey salehlərin
şüarı, xoş gəlmisən”. Nə zaman
görsən ki, sərvət sənə üz
çevirmişdir, de: “Yəqin mən günah
etmişdim ki, cəzası tez gəlib
çatmışdır””.
Hədisdə adı çəkilən yoxsulluq o
yoxsulluqdur ki, insan çox çalışar,
ancaq çox az miqdar nəsibi olar.
Lakin bu elə bir yoxsulluq deyildir
ki, tənbəllik və israf nəticəsində
olsun. Yoxsul həyat dedikdə, sadə
bir həyat nəzərdə tutulur ki,
təmtəraqdan uzaqdır.
Əgər yoxsul insan Allah yolundan
çəkilməsə, bu halına görə səbir
edərsə, Allah axirətdə ona çox
sayda nemətlər bəxş edər.
İmam Rza (ə) buyurur: “Allah
Qiyamət günü qardaş qardaşdan
üzr istəyən kimi öz yoxsul mömin
bəndəsindən üzr istəyər. Buyurar:
“Bu örtünü qaldır və gör sənə
dünyanın yerinə nə vermişəm”. O,
örtünü qaldırar və deyər:
“Verdiyin bu əvəzə görə mən
ziyana düşməmişəm. Baxmayaraq
ki, dünyada məndən almışdın””.
Allahın elə sünnətləri vardır ki, hər
kim bu sünnətlərə əməl etsə, istər
kafir olsun, istərsə də mömin - pul
və sərvətə çatar. Misal üçün, əgər
insan çalışsa və səy etsə, kifayət
qədər sərvət əldə edə bilər. Ancaq
o zaman ki, tənbəllik edər, ya da
hesab-kitabı olmazsa, sözsüz ki,
yoxsul olar. İstər mömin olsun,
istərsə də kafir.
[cavab]
_LEBBEYK_
16 Yan 2014 / 04:51
Allah razi olsun exi
[cavab]
aze
16 Yan 2014 / 04:54
_LEBBEYK_, Allah sene yar olsun exi
[cavab]
Iatros
16 Yan 2014 / 06:53
Cox maragliydi sagol exi
[cavab]
vusal12
16 Yan 2014 / 11:33
Elerine saqliq.
[cavab]
zekow
16 Yan 2014 / 13:54
Allah razi olsun...
[cavab]
eRRoR_KoMBat
16 Yan 2014 / 16:35
ALLAH RAZI OLSUN, qardaw 1sensenki dini movzular paylawirsan ugurlar
[cavab]
aze
16 Yan 2014 / 17:58
Iatros, Allah razi olsun
[cavab]
aze
16 Yan 2014 / 17:58
vusal12, Allah sene yar olsun
[cavab]
aze
16 Yan 2014 / 17:59
zekow, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt