SEVGI VE ZAMAN'

pol Prosto_MovsuM 15 Yan 2014 / 21:35
Bir vaXtlar, bütün duyğuların
yaşadığı bir ada var idi.
Xoşbəxtlik, Kədər, Qürur, Sevgi
və başqa bütün duyğular. Bir
gün, adanın batmaqda olduğu
duyğulara xəbər verilir. Bu
xəbərdən sonra bütün duyğular
adanı tərk etmək üçün
hazırlaşır. Sevgi adada ən sona
qalan duyğu olur, çünki
mümkün olan ən son ana qədər
gözləmək istəyir. Ada batdığı
zaman Sevgi kömək istəməyə
qərar verir. Zənginlik, çox böyük
bir gəminin içində Sevginin
yanından keçir. Sevgi
— Zənginlik, məni də yanına
alarsanmı? deyə soruşur.
Zənginlik
— Xeyr, olmaz. Gəmimdə
çoxlu qızıl və gümüş var, sənin
üçün yer yoxdur. deyir.
Sevgi, çox gözəl bir yelkənli
gəminin içindəki Paxılı görüb
kömək istəyir.
— Paxıl, nə olar mənə kömək
et !
— Sənə kömək edə bilmərəm,
Sevgi. İslaqsan və yelkənləri
məhv edə bilərsən. deyə cavab
verir.
Kədər yaxınlıqdan keçir və
Sevgi kömək istəyir.
— Kədər, səninlə gəlim ?
- Of, Sevgi o qədər kədərliyəm
ki, tək qalmağa ehtiyacım var.
deyə Kədər dillənir.
Xoşbəxtlik də Sevginin
yanından keçir. O qədər xoşbəxt
olur ki, Sevginin səsini eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda
apararam. Sevgi o qədər
xoşbəxt olur ki, onu kömək
edənin kimliyini öyrənməyi
unudur. Yeni bir adaya
çatdıqlarında, Sevgi ona kömək
edənə nə qədər borclu
olduğunu anlayır. Digər
duyğulardan soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab
alır.
- Zamanmı? Niyə mənə kömək
etdi ki?” deyə Sevgi soruşur.
Aldığı cavabsa çox sadə olur.
- Çünki yalnız Zaman Sevginin
nə qədər böyük olduğunu
anlaya bilər…

[cavab]

pol (Ti_Je_Ne_Baby) 15 Yan 2014 / 21:58
Tşk

[cavab]

pol Prosto_MovsuM 15 Yan 2014 / 22:08
(Ti_Je_Ne_Baby), (senede tesekkur)..

[cavab]

pol Aslan_Pencesi 15 Yan 2014 / 22:10
Tsk qaq ela idi

[cavab]

pol *_CooX_SeViR 15 Yan 2014 / 22:12
Oxumușam... Xatrlatdiqin ucun tșk...

[cavab]

pol 4divar@1isiq 15 Yan 2014 / 22:40
Elaaaaaa

[cavab]

pol ismet 16 Yan 2014 / 00:17
Suppppppeeeer

[cavab]

pol Prosto_MovsuM 16 Yan 2014 / 01:55
Hamiya tsk!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1907 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az