Yatmağınıza görə xasiyyətiniz
ozdunyamiz
18 Okt 2012 / 17:55
Fetus yatmaq: Ana qarınındaymış kimi qıvrılaraq yatmaq, xaricə dönük ancaq romantik, həssas bir ürəyə sahib olduğunuzu göstərir. Bu cür kəslər biriylə ilk görüşmələrində utancaq ola bilər, ancaq qısa müddətdə rahatlayarlar. Araşdırmalarda 1000 adamdan 41%-i bu şəkildə yatdığı təyin olunub. Qadınların kişilərdən 2 qat daha çox bu formada yatdığı da aşkar edilən digər bir tapıntıdır.
Yatmağınıza görə xasiyyətiniz
Sağ yanı üstə yatmaq: Çox adam bu şəkildə yatır. Bu şəkildə yatanlar rahat, kütləyə öyrəşən, sevdiyinə güvənən, ictimai insanlardır. Buna baxmayaraq, bəzən asan aldana bilərlər. Olduqca romantik və diqqət sevən olurlar.
Yatmağınıza görə xasiyyətiniz
Sol yanı üstə yatmaq: Sol yanı üstə yatan insanlar təbii insanlardır. Pessimist, yaxşılığa şübhəylə baxan xüsusiyyətlər daşıya bilərlər. Düşüncələrinizdə köməkçi olarlar. Ümumiyyətlə, maraq mərkəzi olmaqdan heç xoşları gəlməz.Tez-tez yalan danışmaqları adi bir haldır.
Yatmağınıza görə xasiyyətiniz
Əlini üzünə qoyub yatmaq: Bu şəkildə yatanlar çox ciddi və bir o qədər də sakitliyi sevən insanlardır. Hamıdan fərqlənmək, yaxud maraq mərkəzinə çevrilmək və ya buna bənzər şeylərin olub-olmaması onları o qədər də maraqlandırmaz. Sevdikləri insana az diqqət verər lakin özünə çox diqqət tələb edəndirlər.
Yatmağınıza görə xasiyyətiniz
Üzü üstə yatmaq: Bu şəkildə yatanlar özünə güvənən insanlardır. Amma elə olduqları qədər də hər şeydən tez bezirlər. Bir işə həvəslə başlayır amma onu sonuna qədər bu həvəslə bitirmirlər. Sevmək onlar üçün bu dünyada ən bezdirici iş hesab olunar. Çünki bu cür yatan insanlar hər şeydən tez bezdikləri üçün bir şeyi axıra kimi davam etdirə bilmirlər.
Yatmağınıza görə xasiyyətiniz
Ulduzu şəklində yatmaq:Bu formada yatanlar daim sərbəst olan insanlardır. Hər zaman göz önünüdə olmağı və başqalarından fərqlənməyi sevirlər. Olduqca zövqlü və sadə insanlardır. Məsləhət verməyi sevər almağı isə sevməzlər. Sevgidə sadiq və vəfalı olarlar.
[cavab]
_ATILLA_
18 Okt 2012 / 18:57
men sag yanim ustunda yatiram.
red. _ATILLA_ (18.10 /18:58)
[cavab]
BEATIFUL
18 Okt 2012 / 19:50
Hmm maraqli idi twk.
[cavab]
selim
18 Okt 2012 / 23:52
men herden sag,herdende sol terefimde yatiram
[cavab]
Jinkazama
23 Okt 2012 / 00:49
Men firlanaraq yatiram.
[cavab]
Bölmeye qayıt