..::1000 nəfəri vəhabi edən bir gecə daxilində Şiə oldu::..

pol aze 15 Yan 2014 / 05:59
Əhli Beyt (əleyhimus səlam) -
ABNA- Xəbər Agentliyi- İran İslam
Respublikasında yaşayan və
Vəhabilik firqəsinin tanınan
simalarından biri olan Salman adlı
şəxs gözlənilməz halda şiəliki qəbul
edib. Bu haqda o, Müqəddəs Qum
şəhərindən yayımlanan Nur TV
kanalında danışıb.
Sünnilərin mövləvisi (ruhanisi)
olan Səlman, şiəlikdən öncə
500-1000 nəfər arası sünnini
vəhabi firqəsinə çəkdiyini də
bildirib.
O, necə hidayət olaraq, Şiə olmasını
belə açıqlayıb: “Bir Şiə
yeniyetməyə 60-a yaxın kitab
verdim ki, öz əqidəmə çəkim, ama
kitablar onda təsir qoymadı.
Bir gün o yeniyetmə mənə dedi ki,
“sənin 60-a yaxın kitablarını alıb
oxumuşam, indi mənim səndən bir
xahişim var. Biz İmam Hüseyn
(əleyhis səlam) üçün mərasim
keçiririk gəl orda iştirak et.”
Mühərrəm ayı daxil oldu. Mən hər
gün bir bəhanə gətirərək məclisdə
iştirak etməkdən imtina edirdim.
nəhayət Aşura günü çatdı,
gördüm artıq alınmır, söz
vermişəm mütləq məclisə gedib
iştirak etməliyəm. İkimiz birlikdə
məclisə getdik. Mən əlimdə
təsbehlə Allahdan bu məclisə
gəldiyimə görə istiğfar edib,
bağışlanmamı diləyirdim...
Gördüm məclisdə söhbət edən
xətib bu sözləri deyir: “Ay camaat!
Hansınız Allaha və onun dininə
görə öz canından ki, heç
namusundan keçər, bacısı bu
yolda sillələnər, üç yaşlı uşağı
vəfat edər?.. Hüseyn (əlehis səlam)
bunu etdi.”
Öz-özümə dedim, “əcəba, Hüseyn
ibn Əli (əleyhiməs səlam) nə böyük
adam imiş!...”. Özümə gəldikdə isə,
İmam Hüseynin (əleyhis səlam)
məzlumluğu üçün ağlayaraq, uzun
saqqalımdan göz yaşlarının
axdığını gördüm. Və həmin gecə
də Əhli-Beyt (əleyhis səlam)
əqidəsini qəbul etdim.
Bir müddət keçdi. Atam bu xəbəri
eşitdikdə, Şiə olmamağım üçün
mənə ev alacağını, maşın
verəcəyini bütün arzularımın
həyata keçirəcəyini vəd etdi. Hətta
bildirdi ki, “Səlman şeytanpərəst ol,
amma şiə olma”.
Dedim: “Atacan mən artıq öz
yolumu tapmışam...”
Bir gün hesabımdakı pulların
boşaldığını, mal-mülkümün
əlimdən alındığını gördüm. Həyat
yoldaşıma dedim ki, mən
Urmiyəyə işləmək üçün gedirəm.
Qapını açdım, eşikə çıxdım, ailəm
məni ötürmək üçün arxamca
gəlirdi... Küçənin başında atam bir
neçə nəfərlə yolumu kəsərək,
mənə “Hara gedirsən?” dedilər.
Mən onların cavabında dedim: “Siz
də babalarınız kimi yol
kəsirsiniz?” (Admin: İşarə edir
İmam Hüseynin Küfəyə getməsinə.
İbni Ziyad (əleyhi lənətulah)
Yəzidin (lənətullahi əleyh) göstərişi
ilə İmam Hüseynin (əleyhi səlam)
Küfəyə getməsinin önün
kəsmişdir).
Atam: “Yolundan
dönməyəcəksənmi ?”

[cavab]

pol aze 15 Yan 2014 / 06:00
Mən: “Xeyr”
Atam dəyənəklə başıma güclü
zərbə endirdi və mən özümdən
getdim. Huşumu itirdim. Atam və
ətrafındakılar başımı kəsmək üçün
bıçaqı boynuma dayıyıblar, amma
necə olubsa başımı kəsməyiblər.
Lakin qolumdakı damarları üç
yerdən doğramışlar...
Özümə gəldikdə çoxlu qan
itirmişdim və hamilə xanımımın da
döyüldüyünü, zərbələr nəticəsində
övladını itirdiyini eşitdim... Eh... Biz
hara? O kəski öz gözləri ilə bütün
hadisələri müşahidə etdi hara?...
Mən ki huşdan getmişdim,
görmədim, həyat yoldaşım ki,
həzrəti Zəhra deyildi... (Admin:
Həzrəti Xanım Fatiməyi Zəhranın
(səlamullahi əleyha) səqifə
hadisəsindən sonra, Ömər, Qonfoz,
Muğeyrə olmaqla bəzi səhabələr
tərəfindən döyülərək, aldığı
zərbələr nəticəsidə bətnindəki
Möhsün (əleyhis səlam) adlı altı
aylıq oğlan uşağının itirdiyi
hadisəyə və bütün bu ağrılı
hadisələrin şahidi olan İmam Əli
(əleyhis səlam) cənablarına işarə
edir).
Bu zərbələrdən sonra danışığımda
kəkələyirəm... Həkimlər bir daha
övlada sahib ola bilməyəcəyimizi
dedikdən sonra isə Qum şəhərinə
getdik. 70 gecə Cəmkəran
Məscidində ibadətlə məşqul olub
karton üzərində yatırdıq... Bir gün
Xanım Zəhraya (səlamullahi
əleyha) təvəssül edib ağlaya-
ağlaya dedim: “Ya Zəhra! Bizim
bütün bu çəkdiklərimiz sənin
həyat yoldaşının vilayətinə görə
oldu. Biz övlad sahibi olmaq
istəyirik.”
Bir müddətdən sonra isə həyat
yoldaşımda hamiləlik əlamətlərini
müşahidə etdim. lakin doğuma 15
gün qalmış həkimlər bu uşağın
700 qram olduğunu və dünyaya
gələcəyi təqdirdə belə öləcəyini
bildirdilər. Evə gəldik, yoldaşım
gecə dərman atıb yatdı, mən isə
həzrəti Əlinin (əleyhis səlam)
məzlumiyyətinə ağladım...
Yoldaşım gecə yarısı yanıma gəlib
dedi: “Yuxuda bir xanım gəldi
yanıma və dedi ki, “Məni
tanıyırsan? Mən peyğəmbər qızı
Zəhrayam (əleyha səlam)...
Övladınızı biz qoruyacağıq.”
Körpə dünyaya göz açdıqda,
2kq.800 qram idi...
Mən, qızımın adını Fatimə qoydum.
Çünki bu haqda hədis varımızdır ki,
"Qızınızın adını Fatimə qoysanız
onu heç vaxt vurmayın, üstünə
qışqırmayın. Çünki peyğəmbərin
qızı Fatiməni (əleyha salam) çox
vurdular, üzərinə qışqırdılar...”

[cavab]

pol zekow 15 Yan 2014 / 06:06
super

[cavab]

pol aze 15 Yan 2014 / 06:19
zekow, Allah sene yar olsun

[cavab]

pol _LEBBEYK_ 15 Yan 2014 / 06:59
MawAllah ehsen qardawim

[cavab]

pol aze 15 Yan 2014 / 07:02
_LEBBEYK_, Allah razı olsun

[cavab]

pol (Ti_Je_Ne_Baby) 15 Yan 2014 / 11:15
Bu Sünni Şie Sohbeti bir bitse dunya daha gozel olar. Hamimiz Allaha ibadet edirik. Ayrimciliq duz deyil. Kuçede Saqqalli birin gorende deyirler Vahabist ! Hal Bu ki Mehemmed (s.e.s) oda Saqqal saxlayib. Salvarinin Balaqlari qisa olan.birin goren kimi Vahabidi.!... Bu Söhbetler Bitmez

[cavab]

pol Alleqator 15 Yan 2014 / 15:04
elin var olsun
sene "Eli Aşiqleri" kalxozu adından teşekkür

[cavab]

pol Alleqator 15 Yan 2014 / 15:09
(Ti_Je_Ne_Baby), şaxaxıda oxuyan bir vehabi
vehabilikden imtina etdiyinə görə onu öldürmüşler
sende deyirsen ayrı secgilik salma şiyeler de saqqal saxlayır amma pula satılmır
biz insanları maariflendirmesek onda Vehabiler mariflendirecek!

[cavab]

pol aze 15 Yan 2014 / 18:06
(Ti_Je_Ne_Baby), Allah razi olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1345 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az