..::Quran ayələri ilə danışan qadın::..
aze
15 Yan 2014 / 05:48
Bəzən müəllimi şagirdinin vasitəsi
ilə də tanımaq mümkündür. Həzrət
Zəhranın (ə) yetişdirmələrin dən
biri də, onun evində xidmətçi olan
Fizzə olub. Fizzə Zəhrayi-Əthərin
(ə) məktəbindən dərs almış və
yiyələndiyi elmi əməli olaraq
həyata keçirən bir xanım idi. O,
Əhli-beytin (ə) yanında həmişə bir
nur kimi parlamışdır.
Bəs görəsən, kəniz Fizzə kimi
tanınan bu xanım, necə olmuşdu
ki, Həzrət Zəhranın (ə) kənizi
olmağa nail olmuş və Əli (ə)
xanədanının ən hörmətli və yaxın
bir üzvünə çevrilmişdi?
Fizzənin əsli-nəsəbi Hindistan
ölkəsindən idi. Həbəşənin hakimi
onu həzrtət Peyğəmbərə (s)
hədiyyə vermişdi.
Bu xanım çox dərrakəli və
haqqpərəst olmaqla yanaşı, həm
də “Nəvbə” əhlindən idi. Bu nurani
ailədə meylini ən çox Fatiməyə (ə)
salmışdı. Ona görə də
Peyğəmbərdən (s) xahiş etmişdi
ki, xanım Zəhranın (ə) xidmətində
durmağa ona icazə versin. Fizzə bu
arzusuna çatmış və ömrünün son
anlarına qədər o Xanımın (ə)
yanında olmuşdur.
O xanım köçəri bir qövm
arasından çıxsa da, elm, Quran və
hədislərə yiyələnməklə Həzrət
Zəhra (ə) məktəbinin nümunəvi
şagirdlərindən birinə çevrilmişdir.
Həzrət Zəhra (ə) onu kənizi yox,
yaxın dostu adlandırırdı. Fizzə
savadlı bir qadın və mütaliə əhli
idi. İbadət və itaətdə Əhli-beyt
qadınlarından başqa ona tay
tapılmazdı.
Həzrət Fatimeyi-Zəhran ın (ə)
vəfatından sonra Fizzə, həzrət
Əlinin (ə) icazəsi ilə, Mədinədən
xaricdə, həyat yoldaşının
qəbiləsinin yaşadığı tərəfə getmiş
və ömrünün sonuna qədər orada
yaşamışdı. Məlum həqiqətə görə,
Fizzə həyatının son iyirmi ili
ərzində Quran ayələrindən qeyri
bir söz danışmamışdı.
Əbül Qasim Qəsri öz kitabında bir
çox səhabələrdən nəql edir ki,
Həzrət Zəhranın (ə) kənizi Fizzə
səhrada həcc karvanından geriyə
qalıb itmişdi. Karvandan arxada
qalmış Abdullah Mübarək adlı biri
deyir ki, səhrada bir yalqız qadın
gördüm. Mən dəvə ilə onun yanına
gedib hər nə soruşdumsa, o mənə
Quran ayəsi ilə cavab verdi. Ondan
soruşdum:
[cavab]
aze
15 Yan 2014 / 05:49
– Sən kimsən?
Dedi: “Və “Salam”-de. Onlar mütləq
biləcəklər”. (“Zuxruf”, ayə 89)
Ona salam verib dedim:
– Sən burada neyləyirsən?
Qadın cavab verdi: “Allahın doğru
yola saldığı kimsəni heç kəs yoldan
çıxarda bilməz”. (“Zumər”, ayə 37)
Başa düşdüm ki, yolu azıbdır.
Soruşdum:
– Cinlərdənsən, yoxsa insanlardan?
Dedi: “Ey Adəm oğulları! Hər ibadət
vaxtı gözəl libaslarınızı geyin”.
(“Əraf”, ayə 31)
Əmin oldum ki, Adəm övladıdır.
Soruşdum:
– Haradan gəlirsən?
Dedi: “Onlar uzaq bir yerdən
çağırılırlar”. (“Fussilət”, ayə 44)
Anladım ki, uzaq yoldan gəlir.
Dedim:
– Hara gedirsən?
Dedi: “Gücü çatan hər kəsin Həccə
gedib o evi zayarət etməsi
insanların Allah qarşısında
borcudur”. (“Ali-İmran”, ayə 97)
Onun Məkkəyə getdiyini bilib
dedim:
– Karvandan nə vaxt ayrı
düşmüsən?
Dedi: “Biz göyləri, yeri və onların
arasında olanları altı gündə
yaratdıq”. (“Qaf”, 38)
Ayədən məlum oldu ki, altı gündür
karvandan ayrı düşüb.
Sual etdim:
– Yemək istəyirsənmi?
Dedi: “Biz peyğəmbərləri yeməz-
içməz bir bədən yaratmadıq”.
(“Ənbiya”, ayə 8)
Başa düşdüm ki, acdır.
Dedim:
– Tələs, tez gəl.
Dedi: “Allah heç kəsi qüvvəsi
çatmayan işi görməyə vadar
etməz”. (“Bəqərə”, ayə 286)
İndi də yorulub, yeriməyə taqəti
olmadığını anlayıb dedim:
– Gəl dəvəyə min, arxada əyləş.
Dedi: “Əgər yerdə və göydə
yeganə Allahdan başqa tanrılar
olsa idi, onların ikisi də
müvazinətdən çıxıb pozulardı”.
(“Ənbiya”, ayə 22)
Demək mənimlə dəvəyə oturmağa
həya edir. Dəvədən düşüb onu
təkcə mindirdim.
Elə ki, dəvəyə mindi, dedi: “Bunları
bizə ram edən Allah pak və
müqəddəsdir”. (“Zuxruf”, ayə 13)
Karvana çatan zaman ondan
soruşdum:
– Karvanda sənin qohum-əqrəban
varmı?
Dedi: “Ey Davud, biz səni yer
üzündə xəlifə etdik”. (“Sad”, ayə
26)
“Muhəmməd ancaq bir
peyğəmbərdir”. (“Ali-İmran”, ayə
144)
“Ey Yəhya, kitabdan bərk yapış”.
(“Məryəm”, ayə 12)
“Musa yetkinləşib kamilləşəndə
ona hikmət və elm verdik”.
(“Qəsəs”, ayə 14)
Başa düşdüm ki, karvanda ona
qohum olan Davud, Muhəmməd,
Yəhya və Musa adında şəxslər
vardır, onları çağırdım.
Dörd nəfər cavan o xanıma tərəf
gəldilər.
Ondan soruşdum:
– Bunlar sənin nəyindir?
Dedi: “Mal-dövlət, oğul-uşaq bu
dünyanın bər-bəzəyidir”. (“Kəhf”,
ayə 46)
Məlum oldu ki, oğullarıdır. Onlar
qadının yanına gələndə o dedi:
“Onu muzdla çoban tut, çünki bu
güclü və etibarlı adam muzdla
tutduqlarının ən yaxşısıdır”.
(“Qəsəs” ayə 26)
Qadın bununla onlara deyir ki,
mənim muzdumu verin. Onlar
mənə bir miqdar pul verdilər.
Onlardan soruşdum:
– Mənim hər sözümə Quran ayəsi
ilə cavab verən bu qadın kimdir?
Onlar iftixarla: “Bu qadın, Xanım
Zəhranın (ə) kənizi və bizim
anamız, Fizzədir. O, iyirmi ildir ki,
Quran ayələri ilə danışır” – deyə
cavab verdilər.
Fizzənin şərafətə çatdığı
məqamlardan biri də mübarək
“Həl-Əta” ayəsinin
səbəbkarlarında n birinə
çevrilməsidir. Hər kəsə qismət
olmayan bu Əhli-beytə olan
yaxınlıq mövqeyi o imanlı xanıma
nəsib olmuşdu.
Fizzə həmçinin imam Hüseynin (ə)
qiyamında iştirak etmiş və o ağır,
dəhşətli anlarda Həzrət Zeynəblə
(ə) birlikdə olan xanımlardan
biridir. O, baş vermiş hadisələrdə
Kərbəla şəhidlərinin yaxınları üçün
himmətli və sadiq bir xidmətçi
sayılırdı.
Bəli, Fizzənin obrazı canlı bir sənəd
olaraq, Fatimeyi-Zəhran ın (ə)
məqamını dərk etməkdə bizə
əvəzsiz bir yardımdır.
[cavab]
zekow
15 Yan 2014 / 05:59
Allah razi olsun
[cavab]
aze
15 Yan 2014 / 06:18
zekow, Allah sene yar olsun
[cavab]
aze
15 Yan 2014 / 06:18
xmmmm
red. aze (15.01 /06:18)
[cavab]
_LEBBEYK_
15 Yan 2014 / 06:52
Yetiw dadime Fizze Mohsunum getdi Xanim Zehra s.e
Allah razi olsun gozel qardawim
[cavab]
aze
15 Yan 2014 / 07:03
_LEBBEYK_, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt