«2 HeKaYe»

pol Maximum 15 Yan 2014 / 01:20
1.Elimi TuT
Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
- Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
- Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
- Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan."
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə güvəndə yox, qarşındakına güvənməkdədir. Sizi Sevənlərin, əlinizdən tutmağını gözləməkdənsə onların əllərindən tutun...


2.Duanın ağırlığı
Kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə ərzaq dükanına girdi. Utana-utana dükan sahibinə yaxınlaşaraq, həyat yoldaşının xəstə olduğunu, yeddi uşağı ilə ac qaldıqlarını dedi. Dükan sahibi isə ona sərt bir nəzərlə baxaraq, dükandan çıxmağı tələb etdi. Qadın çıxış yolu olmadığı üçün yalvarmaqda davam edir: Mənə inanın. Pulumuz olan kimi sizin borcunuzu ödəyəcəyəm, - deyirdi. Bu vaxt dükana girən başqa bir müştəri onların bu söhbətini eşitdi.
Üzünü dükan sahibinə tutub: Ona istədiklərini verin, borcunu da mənim adıma yazın, - dedi.
Dükan sahibi həvəssiz bir şəkildə, bir az da istehza ilə qadından: Sizdə alacağınız ərzaqların siyahısı varmı? - deyə soruşdu.
Luiz başını aşağı əyərək: Var, - deyə cavab verdi.
Dükan sahibi: Elə isə, o siyahını tərəzinin bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o qədər ərzaq verəcəyəm, - dedi... Luiz birdən duruxdu, sonra çantasından içərisində nə isə yazılmış bir kağız çıxararaq, tərəzinin gözünə qoydu. Dükan sahibi tərəzinin o biri gözünə ərzaqları qoymağa başladı. Ancaq tərəzi dolub - daşsa da, tərəzinin bu biri gözü əyilmək bilmirdi.
Dükan sahibi: İnana bilmirəm. Bu necə ola bilər? - deyə heyrətdən donub qaldı. Nəhayət, çarəsiz qalıb tərəzidəkiləri qadına verdi. Dükan sahibi maraqla kağızı götürüb oxudu. Kağızda bu dua yazılmışdı: Allahım, mənim nəyə ehtiyacım olduğunu Sən bilirsən. Hər şeyin Sahibi Sənsən.
Sonra tərəzinin kağız qoyulan tərəfinin qırıldığını və duanın nə qədər ağır olduğunu Anlayır.Dua bizim üçün verilmiş bir hədiyədir
red. Maximum (15.01 /01:24)

[cavab]

pol 4divar@1isiq 15 Yan 2014 / 01:35
çox maraqli idi.
red. 4divar@1isiq (15.01 /01:36)

[cavab]

pol Prosto_MovsuM 15 Yan 2014 / 01:42
super ''5''

[cavab]

pol zekow 15 Yan 2014 / 01:45
super

[cavab]

pol *_SADECE_MEN_* 15 Yan 2014 / 02:02
eladiyee

[cavab]

pol TENHA_MEZAR 15 Yan 2014 / 05:01
He duzdur

[cavab]

pol Aslan_Pencesi 15 Yan 2014 / 15:14
ehsen

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1446 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az