..::HİCRİ QƏMƏRİ MÜSƏLMAN AYLARI BUNLARDIR::..
aze
14 Yan 2014 / 18:00
1. Məhərrəm - 30 gün (bu ay ərəblərdə müqəddəs sayılır. Qədimdə ərəblər həmin ayda müharibə etməzdilər. Kərbəla faciəsi - imam Hüseyn və onun tərəfdarlarmın bu ayda öldürülməsi ilə əlaqədar məhərrəm şiələrin matəm ayı hesab olunur).
2. Səfər - 29 gün («sarı ay deməkdir, həmdə «yola düşmək» mənasını verir).
3. Rəbiyyüləvvəl - 30 gün (rəbi «yaz» deməkdir).
4. Rəbbiyyülaxir - 29 gün.
5. Cəmadiyüləvvəl - 30 gün (cəmədə «soyuma» deməkdir)
6. Cəmadiyülaxir - 29 gün.
7. Rəcəb - 30 gün («müharibədən, hücumdan özünü saxla» deməkdir, həm də «ibadət et» mənasını verir).
8. Şaban - 29 gün («getmə» deməkdir, həm də «şöbələr» mənasını verir).
9. Ramazan - 30 gün («orucluq ayı», «yanma», «çox isti» mənasını da verir).
10. Şavval - 29 gün («qaldır apar» deməkdir, «qalxmaq», «yola düşmək» mənasını verir).
11. Zilqədə - 30 gün («evdə otur» deməkdir).
12. Zilhiccə - 29 (30) gün («həcc ayı» deməkdir. Bu ayda ərəblər, ümumiyyətlə bütün müsəlmanlar Kəbəni ziyarət edirlər).
[cavab]
zekow
14 Yan 2014 / 18:37
chox gozel. Allah razi olsun
[cavab]
aze
14 Yan 2014 / 19:30
zekow, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt