Revayet var
NARDARANLI
13 Yan 2014 / 04:12
Belə nəql edirlər ki, bir şəxs imam Hüseyn (a.s.)
xidmətinə gəlib həzrətə belə ərz etdi:
Ey peyğəmbərin övladı! Mən bir günahkar şəxsəm
və edə bilmirəm günahlarımın qarşısını alım. Mənə
nəsihət et!
Həzrət o şəxsə belə buyurb:
Diqqətlə qulaq as, bu beş cür işi yerinə yetirəndən
sonra hansı günahı istəyirsən əncam ver.
1. ALLAHın nemətlərindən istifadə etmə. Sonra
hansı günahı istəyirsən əncam ver.
2. ALLAHın vilayət və hökumətindən xaric ol.
Sonra hansı günahı istəyirsən əncam ver.
3. Elə yer tap ki, ALLAH səni görməsin. Sonra
hansı günahı isəyirsın əncam ver.
4. Ölüm mələyi sənin sorağına gəlib sənin ruhunu
bədənindən çıxaranda onu özündən uzaqlaşdır.
Sonra hansı günahı istəyirsən əncam ver.
5. Cəhənnəmin sahibi səni cəhənnəmə aparanda
cəhənnəmə daxil olma. Sonra hansı günahı
istəyirsən əncam ver.
Belə yazırlar ki, bir gün Məlik şah öz adamları ilə
ova çıxmışdı. Onun nökərləri çöllükdə bir heyvanla
rastlaşırlar. Elə o dəm tutub onu kəsib-bişirib,
yeyirlər. Bu heyvan da bir qoca qadının imiş ki, üç
yetim balasını onun südü ilə saxlayırmış.
Qarı xəbəri eşidib gəlir Məlik şahın keçdiyi
körpünün üstündə əyləşir. Elə ki, görür şah gəlir,
oturduğu yerdən durub şaha belə deyir:
- Ey Alp Ərslanın oğlu, mənim şikayətimə bu
körpü üstündə baxırsan ya qiyamət körpüsündə.
Hansına razısan?
Məlik şah cavab verir ki, bu körpü üstündə. Yoxsa
sənin istəyinə qiyamət günü cavab verməyə
taqətim olmaz. Denən nə istəyirsən?
- Bir heyvanım var idi, sənin tərbiyyət etdiyin
nökərlərin onu kəsib yeyiblər. Şah əmr verir ki,
onları tapıb cəzalandırsınlar. Bu qadına da yüz
heyvan versinlər. Məlik şah qarının rizayətin
biləndən sonra çıxıb gedir.
Məlik şah öləndən sonra o, qarı gəlib üzünü onun
qəbrinə qoyub ALLAHa dua edir.
- Ey İlahi! Alp Ərslanın oğlu öz alçaqlığı ilə mənim
barəmdə ədalətli iş görüb. Səxavət göstərdi. Ey
ALLAH! Sən kömək edənlərin kömək edəni, Rəhm
edənlərin rəhm edənisən, əgər bunun bir günahı
var, öz kərəminə görə onu bağışla.
Bir gün Məlik şahı yuxuda görüb halın soruşurlar.
Cavab verir: qoca qarının ki, körpü üstündə
harayına yetişdim. Duası olmasaydı mənə nicat
yolu olmazdı.
Dinlə bir nəsihət söyləyirəm mən
Kim tikan əkibsə, dərməz yasəmən
(Sədi)
[cavab]
ViP_BoY
13 Yan 2014 / 04:14
hal yoxdur oxumaqa (
[cavab]
*_FaLCoN_*
13 Yan 2014 / 16:11
oxudum, twk
[cavab]
Bölmeye qayıt
0.1881 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az