Üz cizgilərinə görə xarakter analizi. (Feminist)
Feminist
13 Yan 2014 / 03:06
Üz xəttlərinin ifadə etdiyi şəxsiyyət xüsusiyyətləri ...
Alın
İnsanların düşüncələrini inkişaf etdirmə üsulu haqqında məlumat verir.
Geniş alın, güclü bir xəyal gücü və intellektual şəxsiyyət quruluşunu ifadə edir.
Dar alın isə adamın diqqətli, zamanlamaya əhəmiyyət verən, riyazi qabiliyyətləri qüvvətli biri olduğunu izah edir. Donqar bir alına sahib kəslər isə təşəbbüs sahibi, uyğun və paylaşmaçı olaraq qəbul edilir.
Gözlər
Həyata baxışını və stres qarşısındakı davranış şəklini izah edir.
Çuxur gözlü kəslər ciddi və sirrli olarkən, gözləri yaxın olanlar vasvası, qərarlı və detalçı şəxsiyyət quruluşuna sahib olurlar.
Böyük gözlər, açıq sözlülüğü, nəzakətliliyi və sözünə etibarlılığı, Kiçik gözlər isə diqqətini asan cəmləməyi və qapalılığı ifadə edir.
Aşağı gözlü kəslər həyata optimist baxmağı sevməzkən, qabarıq göz şəklinə sahib olanlar həyata qarşı həvəsli və küsəyən olurlar.
Burun
İş həyatındakı seçimləri və pul mövzusuna baxışı ifadə edir.
Geniş burun, iş həyatında özünə güvənən və ictimai quruluşu,dar burun, idarəçiliyi və zəmanətçiliyi,böyük burun, idealistliyi və lider olma istəyini,aşağı burun, insanlarla yaxşı ünsiyyət qura bilmə qabiliyyətini,yumru və şiş burun isə pul mövzusunda müvəffəqiyyəti və qənaət düşkünlüyünü göstərir.
Dodaqlar
Düşüncələri, ifadəni və seksual meyillərə münasibətini ifadə edir.
Geniş və aşağı dodaqlar adamınəliaçıq olduğunu və cinsi həyatını geniş təxəyyüllə rəngləndirə bildiyini,incə dodaqlar,az və öz danışmağı, ehtirası və mühafizəkarlığı ifadə edir.
Həddindən artıq böyük alt dodaq isə adamın tənbəl və zövqə düşkün olduğunu izah edir.
Çənə
Özünü müdafiə etmə üsulunu və təcavüzkarlıq səviyyəsini təyin edir.Geniş çənə avtoritarlığı, mərhəmətsizliyi və enerjini, iti çənə, tez əsəbiləşən quruluşu göstərir.İkiyə ayrılmış çənə, qərarsızlığıyumru çənə, enerjililiyi və tez canlılığı, irəliyə doğru çıxıq çənə, inadçılığı və tolerantsızlığı işarələyir.
Qaşlar
Həyata dair əhəmiyyətli qərarların necə alındığı haqqında məlumat verir.Aşağıya doğru qaşlar, adamın əlaqələrini ciddi qəbul etdiyini və sahibləndiyini, qalxığ qaşlar ehtiraslı biri olduğunu və asan əsəbiləşdiyini,uzun qaşlar güclü və mübarizəçi şəxsiyyət quruluşunu,incə qaşlar asan imtina edən və elastik quruluşu,birləşmiş qaşlar maceracılığı,düz qaşlar isə optimizmi ifadə edir.
Qulaqlar
Ətrafındakıları təsir etmə və onlardan təsirlənmə səviyyəsini təyin edir.
Böyük qulaqlar, musiqiyə olan qabiliyyəti,normal qulaqlar, ciddiliyi,başa yapışıq qulaqlar, cəmiyyət qaydalarına bağlılığı ifadə edir.
Böyük və çömçə qulaqlı kəslərin isə danışmağı çox sevdiyi ifadə olunur.
Üz forması
Adamın romantik və zehni səviyyəsini təyin edir.
Həddindən artıq uzun üzlü kəslər qürurlu,kök yüzlülər maddiyyətçi, əyləncəyə rahatına düşkün,sümüklü üzə sahib olanlar işi sevən və ürkək,zəif yüzlülər, dərin düşüncəli və diqqətli olaraq qəbul edilir.
[cavab]
_LEBBEYK_
13 Yan 2014 / 03:17
[cavab]
Bölmeye qayıt