..::Imam Sadiq (ə) və Hindistanlı::..
aze
12 Yan 2014 / 20:09
Günlərin birində İmam Sadiq (ə)
Mənsurun
məclisinə gəldi, onun yanında
Hindistandan biri
var idi və tibbi kitablar oxuyurdu.
İmam Sadiq (ə)
ona qulaq asdı. Eləki, hindistanlı
kişinin oxunuşu
sona çatdı, İmam Sadiqə dedi: Ey
Əbu Əbdullah!
Mənim yanımda olanlardan bir şey
istəyirsən?
Buyurdu: Yox. Sənin yanında
olandan daha yaxşısı
mənim yanımda var.
Soruşdu: O nədir?
Buyurdu: İstini soyuqla, soyuqu
isti ilə, qurunu
tər ilə, təri quru ilə dərman edirəm.
Və işi bir
dəfəlik Allaha tapşırıram.
Peyğəmbərin
buyrduğunu əncam verirəm.
Bilirəm ki mədə bütün
dərdlərin evi və pəhriz etmək
təkcə dərmandır.
Bədəni onun ünsiyyət tutduğu
şeyə
adətləndirirəm.
Hindistanlı kişi dedi: Bəs tibb
bundan başqa bir
şeydirmi?
İmam Sadiq (ə) soruşdu: Bəs
güman edirsən ki,
tibbi kitablardan bir şey
öyrənmişəm?
Dedi: Bəli.
Buyurdu: And olsun Allaha!
Allahdan başqasından
bir şey öyrənməmişəm. İndi söylə
ki mən tibbi daha
mükəmməl bilirəm yoxsa sən?
Dedi: Sən yox, Mən.
İmam Sadiq (ə) buyurdu: Səndən
bir şey soruşum?
Dedi: Soruş.
Buyurdu: Ey hindi! Mənə söylə
niyə başda xırda
deşiklər və layələr var?
Dedi: Bilmirəm.
Soruşdu: Niyə tüklər başın yuxarı
qismətindədirlə r?
Dedi: bilmirəm.
Soruşdu: Niyə alında tük yoxdur?
Dedi bilmirəm.
Soruşdu: Niyə alında çirk var?
Dedi: bilmirəm.
Soruşdu: Niyə kipriklər gözlərin
üstündədirlər?
Dedi: bilmirəm.
Soruşdu: Niyə gözlər badam
kimidirlər?
Dedi: bilmirəm.
Soruşdu: Niyə burun iki gözün
arasındadır?
Dedi: bilmirəm.
Soruşdu: Niyə burunun deşiyi
altdadır?
Dedi: bilmirəm.
Soruşdu: Dodaq və bığ niyə ağızın
yuxarısındadır?
Dedi: bilmirəm.
Soruşdu: Niyə qabaq dişlər itidir,
yan dişlər enlidir
və kəsici dişlər uzundur?
Dedi: bilmirəm.
Soruşdu: niyə kişilərin saqqalı var?
Dedi: bilmirəm.
Soruşdu: niyə əllərin içində tük
yoxdur?
Dedi: bilmirəm.
Soruşdu: niyə dırnaqla tükün
həyatı yoxdur?
Dedi: bilmirəm.
Soruşdu: niyə ürək sənubərə
oxşardır?
Dedi: bilmirəm.
Soruşdu: niyə ciyər iki hissədir. Və
onun hərəkəti
təkcə özünün sabit yerindədir?
Dedi: bilmirəm.
Soruşdu: niyə ciyər qövsvaridir?
Dedi: bilmirəm.
Soruşdu: niyə böyrək lobya dənəsi
kimidir?
Dedi: bilmirəm.
Soruşdu: niyə dizlər arxaya
getmir?
Dedi: bilmirəm.
Soruşdu: niyə ayağın altında
boşluq var?
Dedi: bilmirəm.
Bu vaxtda İmam Sadiq (ə)
buyurdu: Amma mən
bilirəm.
O kişi dedi: bəs onda özün cavab
ver.
[cavab]
aze
12 Yan 2014 / 20:11
İmam Sadiq (ə) dedi: başda
deşiklər və qatlar var;
çünki içi boş olan hər bir şey əgər
bütov olarsa,
daha tez sınar.Əgər bir neçə hissə
olarsa ondan
da daha tez sınar.
Başın tükü ona görə başın yuxarı
hissəsindədir ki,
tükün kökləri piyi beyinə
çatdırsınlar. Və tükün
ucu buxarı beyindən çıxarsın. Və
ona çatan
soyuqluq və istiliyi dəf etsin.
Alında tük yoxdur çünki gözlərə
çatan işığın
yeridir.Alında ona görə qırışlar var
ki,başdan
tökülən tərləri özündə saxlasın və
onların gözlərə
yetişməyinə mane olsun. Necə ki
yerdəki arxlar
suları özündə saxlayır.
Qaşlar gözlərin üstündədir ona
görə ki, kifayət
qədər işığı gözlərə çatdırsınlar. Ey
hindli! Məgər
görmürsən ki nur çox olanda əlini
gözlərinin
üzərinə tutursan tainki nuru lazım
olan qədər
gözlərə çatdırasan.
Burun ona görə iki gözün
arasındadırki nuru iki
gözə bərabər şəkildə bölsün.
Göz ona görə badama oxşayır ki,
çirklər onda
cərəyan edib, çölə çıxsınlar. Əgər
gözlər dörd
bucaq və ya dairəvi şəkildə
olsaydı, nə onun hər
tərəfinə su çatardı, nə də çirk
ondan xaric olardı.
Burunun deşiyi ona görə
aşağıdadır ki, beyindən
gələn çirklər tez aşağı gəlsin və
iylər ondan yuxarı
getsin. Amma əgər burunun deşiyi
yuxarıda
olsaydı nə xəstəlik və çirk ondan
açağı gələrdi və
nə iy onunla hiss olunardı.
Dodaq və bığ ona görə ağızın
yuxarısındadır ki,
beyındən tökülən üfunətlərin
ağıza tökülməsinə
mane olsun.
Ona görə kişilərdə saqqal var ki,
qadınlardan
fərqlənsinlər. Və tanınmaq üçün
sifəti tam
açmağa ehtiyac olmasın.
Qabaq dişlər itidir ona görə ki,
bölmək onun
vasitəsi ilə əmələ gəlir. Yan dişlər
enlidir çünki
çeynəmək onun köməyi ilə olur.
Əllərin içində tük yoxdur ona
görəki onun köməyi
ilə hiss edilir.amma əgər onlarda
tük olsaydı insan
onun qarşısında olan şeyi hiss
etdikdə onun nə
olduğunu bilməzdi
Tük və dırnağın həyatı yoxdur.
Çünki onların
uzanması çirkinliyə səbəbdir.
Onları qısaltmaq
bəyənilmişdir əgər onlarda həyat
olsaydı, insan
onları qısaldanda ağrı hiss edərdi.
Qəlb sənubər şəkillidir. Çünki
əksinədir. Ürəyin bir
tərəfi nazikdir buna görəki ciyərin
laybalayı ilı
getsin və soyuqluğu ilə
sərinlənsin. Nəticədə beyin
onun istiliyindən yanmasın.
Ciyər ikihissədən ibarətdir buna
görə ki, ürəyin
damarları onun təzyiqlərinin
laybalayında qərar
tutsun və onun hərəkətinin
köməyi ilə sərinlənsin.
Ciyər qövsvaridir. Çünki mədəyə
ağırlıq salır və
bütünlüklə onun üstündə qərar
tapır onu sıxır və
nəticədə onun içində olan buxarı
çölə çıxarır
Böyrək lobya dənəsi şəklindədir.
Ona görə ki,
spermanın tökülmə yolu onun
üzvünün nöqtə və
nöqtəsidir. Əgər böyrək dörd
bucaqlı və dairəvi
olsaydı, ilkin nöqtə spermanın
ikinci nöqtəyə
yetişməsinə mane olardı. İnsanlar
onun ixracı ilə
ləzzət hiss etməzdilər.Çünk i
sperma bel fəqərə
stunlarından böyrəyə tərəf
gəlir.böyrəkdə qudr
kimi açılır yığılır və tədricən
spermanı sidikliyə
tərəf aparır. Kamandan atılan ox
kimi tökülür.
Dizlərin açılması arxa tərəfədir.
Çünki insan
qabaq tərəfə yol gedir və onun
hərəkətini
tənzimləyir amma əgər belə
olmasaydı insan yol
gedən vaxtı yıxılardı.
Ayağın altında boşluq var. Çünki
hər şey
bütünlüklə yerlə bərabər olsa,
dəyirman daşı kimi
ağır olar. Əgər ayağın ucu yerdə
olsa,bir uşaqda
edə bilər onu yerdən qaldırsın.
Bu vaxt Hindli kişi soruşdu: Bu
bilik səndə
haradandır?
İmam Sadiq (ə) buyurdu: Onu
atalarımdan,
Peyğəmbərdən, Cəbrayıldan,
aləmlərin Rəbbindən
ki təkdir və insanları yaradıb,
öyrənmişəm.
Sonda hindli kişi dedi: Düz dedin,
məndə şəhadət
verirəm ki, Allahdan başqa Allah
yoxdur. Və
Məhəmməd onun quludur. Və Sən
öz zəmanəmizin
ən biliklisisən.
[cavab]
Maximum
12 Yan 2014 / 20:21
Allah razi olsun
[cavab]
aze
12 Yan 2014 / 20:38
Maximum, Allah sene yar olsun
[cavab]
*Duyqu*
12 Yan 2014 / 20:40
[cavab]
aze
12 Yan 2014 / 20:49
*Duyqu*, Allah razı olsun
[cavab]
_LEBBEYK_
12 Yan 2014 / 23:42
MawAllah exi
[cavab]
aze
12 Yan 2014 / 23:52
_LEBBEYK_, Allah razı olsun
[cavab]
zekow
13 Yan 2014 / 06:31
ela Allah razi olsun
[cavab]
aze
13 Yan 2014 / 06:47
zekow, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt