..::Imam Rzaya (ə) təvəssül::..
aze
12 Yan 2014 / 06:08
İmam Rzaya (ə) təvəssül edən kor
kişi və sağalmaz
xəstəliyə tutulan xristian qadın...
Məsum İmamların (ə) hər biri
kəramət sahibi idi. Çünki Allah
insanları hidayət etmək üçün
Məsum
İmamların (ə) ixtiyarına hər şeyi
qoymuşdu. Onlar İlahi hüccətdirlər
və Qiyamət günü Allah insanları
Məsum İmamların (ə) onları
hudayət
etmələrinə görə sual-cavab
edəcəkdir. (Tebyan)
Kor zəvvar və bəraət kağızı
Mərhum mühəddis Nuri nəql edir:
“Azərbaycandan
bir qrup zəvvar İmam Rzanı (ə)
ziyarət etmək
üçün gəlmişdi. Onların arasında bir
nəfər kor idi.
Bu müqəddəs yerdə iki gün qalıb
ziyarət etdikdən
sonra öz vətənlərinə hərəkət
etməyə başladılar.
Məşhəd şəhərindən iki fərsəx
məsafə
uzaqlaşmışdılar ki, orada çadır
qurub istirahət
etmək üçün dayandılar.
Zəvvarlar Məşhədin və hərəmin
şəkili olan şəkilləri
hədiyyə məqsədi ilə almışdlar və
dayanan zaman bu
kağızları çıxardıb onlara nəzər
saldılar. Kor kişi
görmədiyi üçün bu kağızın səsini
eşitdi və onun nə
olduğunu soruşdu. Dostları da
zarafat olsun deyə
ona dedilər: “Məgər sən bilmirsən
ki, bu kağız
bizim cəhənnəm atəşindən bəraət
kağızımızdır və
onu bizə İmam Rza (ə) mərhəmət
etmişdir?”. Kor
kişi onların bu sözünə inandı və
dedi: “Məlum olur
ki, səkkizinci İmam (ə) sizlərin hər
birinə bu
kağızdan vermişdir. Ancaq mən
kor və zəif
olduğumuz üçün mənə bu
kağızdan mərhəmət
etməmişdir. Allaha and olsun ki,
mən əl
çəkməyəcəyəm və bu saat qayıdıb
həmin kağızı
mən də alacağam”. Kor kişi
qayıtmaq üçün
hazırlaşan zaman dostları onunla
zarafat
etdiklərini söylədilər, ancaq bu kişi
onların sözünə
inanmadı. Məşhəd şəhərinə qayıtdı
və birbaşa
hərəmə girdi və zərəhi tutub öz
dilində dedi:
“Ağacan, mən kor və acizəm. Öz
vətənimdən kor
halımla səni ziyarət etməyə
gəlmişəm. Bu, sizin
kərəminizidən uzaq bir şeydir ki,
dostlarıma
cəhənnəm odundan bəraət
kağızını verəsəniz və
mənim kimi zəif və kor birinə
mərhəmət
etməyəsəniz. Sənin haqqına and
içirəm ki, o
zamana qədər ki, mənə də bu
kağızdan verməsən,
zərəhindən əl çəkən deyiləm”.
Anidən gördü ki, bir
parça kağız əlinə düşdü. Hər iki
gözü açılıb
görməyə başladı. Bu kağızda yaşıl
qələmlə
yazılmışdı ki, filan kəs cəhənnəm
atəşindən
azaddır. Sevinərək kağızı götürüb
hərəmdən çıxdı
və özünü dostlarına çatdırdı”.
Sağalmaz xəstəliyə tutulan xristian
bir qadının
şəfası
Xristian bir qadın ki, təzə
müsəlman olmuşdu,
sevincli halda Quds Rəzəvinin
ofisinə yaxınlaşıb
ona nəsib olan səadəti müjdə
verdi. 28 yaşlı bu
qadın hal-hazırda Tehranın
Firuzabad
xəstəxanasında işləyir. O, şəfa
tapmasını belə
nəql edir: “Keçən il əlacı olmayan
bir xəstəliyə
düçar olmuşdum. Hərəkət edə
bilmirdim və
onurğam tərəfdə şiddətli ağrılar
var idi. Tehran
həkimləri onurğamın şəklini
çıxartmışdılar ki,
onların dediyinə görə beş fəqərəm
qaralmışdı.
Cərrahi əməliyyat ilə də düzələsi
deyildi. Mənim
hər yerdən əlim üzülmüşdü. Bir
gün eşitdim ki,
Xorasanda bir İmam (ə) var ki,
xəstələrə şəfa
verir. Böyük ümid və çox əziyyətlə
özümü ora
çatdırdım. Oranın xadimlərinin
məsləhəti ilə bir
gecəni polad pəncərə arxasında
keçirtdim. Səhərə
yaxın yuxuda gördüm ki, bir nəfər
mənə
yaxınlaşdı. Buyurdu: “Sən
sağalmısan”. Yuxudan
ayılan zaman özümü sağalmış
halda gördüm.
Ağlamağa başladım və Tehrana
qayıtdım. Həkimlər
belimin şəklini yenidən çəkdilər və
təəccüb içində
qaldılar. Bu macəradan bir il keçdi
və mən yenidən
Məşhədə gəldim. İmamı (ə) ziyarət
edəndən sonra
Ayətullah Milaninin hüzurunda
İslam dinini qəbul
etdim. O, mənə Fatimə adını verdi”.
[cavab]
zekow
12 Yan 2014 / 08:01
ela. Allah razi olsun
[cavab]
*Duyqu*
12 Yan 2014 / 13:20
Allah razi olsun
[cavab]
aze
12 Yan 2014 / 18:49
zekow, Allah sene yar olsun
[cavab]
aze
12 Yan 2014 / 18:49
*Duyqu*, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt