+Evimizi temizleyib, kūceni zibilleyirik+

pol Nurlanichka 17 Okt 2012 / 03:33
Evimizi təmizləyib, küçəni
zibilləyirik
Zibil yeşiyini deyil, onun ətrafını
zibilləmək çoxdan milli ənənəyə
çevrilib. Çox zaman paytaxt
parklarındakı oturacaqların
ətrafında çoxlu tum qabığı, siqaret
kötüklərinə rast gəlirik. Tüpürcək
izlərindən – güclü cinsin bu zərərli
vərdişindən isə danışmağa
dəyməz.
Amma bu yaxınlarda şəhərini
sevən heç bir vətəndaşı laqeyd
qoya bilməyəcək bir mənzərənin
şahidi olduq. Bahalı bir “CEEP”
yolun kənarında saxladı və
maşının açıq pəncərəsindən zibil
torbasını var qüvvə ilə çölə
tulladılar…
Yeri gəlmişkən, bu müşahidə
etdiyimiz yeganə hadisə deyil.
Tez-tez avtobusun
pəncərələrindən yola boş
butılkalar, istifadə olunmuş
salfetlər və s. uçub, şəhərimizi
zibilləyir.
Maraqlıdır ki, evdə nə qədər
təmizkarıqsa, evimizin
kandarından çıxan kimi ictimai
təmizliyə bir o qədər biganəyik.
İnsanlar gündə bir neşə dəfə
keçdikləri yolları belə,
zibilləyirlər.
Səbəb nədi? Şəhərdə zibil yeşiyi
azdı, ya onları göməzlikdən
gəlirlər? Yəqin, daha çox ikincisi.
Bir neçə il öncə şəhər icra
hakimiyyəti avtobus
dayanacaqlarının yanında yeni, üç
siyirməli zibil yeşikləri quraşdırdı,
onlarda Avropada olduğu kimi,
zibil bankaları, kağızlar, şüşə və
metal üçün ayrıca yerlər nəzərdə
tutulmuşdu. Amma sakinlər
istifadə təyinatını nəzərə almadan,
zibili hansı bölməyə gəldi
atırdılar. İndi bu xarici zibil
qablarında daha bu təyinat
şəkilləri yoxdur. Yəqin, şüurları
onlara əziyyət verməsin deyə,
yoldan keçənlər onları cırıblar.
Bəs bəzi ramolunmazlara asayişə
əməl etməyi necə öyrədək?
Təbliğat, yoxsa inkişaf etmiş
ölkələrdə tətbiq olunan cərimələr
yolu ilə? Yüksək cərimələr dərhal
ən vecsiz adamı belə, şəhəri
zibilləməkdən çəkindirə bilər.
Məsələn, Sinqapurda şəhəri
zibilləməklə mübarizə metodları
çox sərtdir: bir tüpürcəyə görə
700 dollar, bir siqaret kötüyünə
görə 2000 dollar cərimə tətbiq
olunur.
Azərbaycanda bu yaxınlarda 20
manat cərimə tətbiq edilməyə
başlanıb. Məbləğ, həqiqətən də,
simvolikdi, həm də şəhəri
zibilləyənlərdən heç bu simvolik
məbləği də alan yoxdur.

[cavab]

pol ozdunyamiz 17 Okt 2012 / 03:52
Cox dogru unvanlanmiw yalniwlarimizdandir bu heqiqetler. Duzunu desem,20 manat cerime qoyulsada,hele bu gune kimi ewitmemiwem ve nedeki gormemiwem ki kimse dursun kimise hardasa cerimelesin. Ama riayet edilse cox gozel olar

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1366 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az