..::iki tikə::..

pol aze 11 Yan 2014 / 04:12
Mərhum Şeyx Səduq “Əmali”
kitabında rəvayət edir ki, bir nəfər
İmam Zeynül-abidinin (ə) yanına
gəldi. İmam onun fikirli olduğunu
görüb səbəbini soruşdu. O adam
dedi ki, 400 dinar borcum var,
ailəm də böyükdür, evə çörək
aparmağa pulum yoxdur.
İmam bu sözləri eşidəndə şiddətlə
ağladı. “Niyə ağlayırsan, ey Allah
Rəsulunun övladı?” – deyə
soruşdular. Cavab verdi: “Bir
mömin üçün bundan böyük dərd
olarmı ki, öz mömin qardaşının
çətinlik içində olduğunu görsün,
amma ona yardım etməyə imkanı
olmasın?”.
Camaat o həzrətin hüzurundan
dağılışıb getdi. Əhli-beytlə düşmən
olan bir nəfər adamların arasında
belə bir şayiə yaymağa başladı:
“Bunlar (yəni imamlar) necə
adamdır? Gah deyirlər ki, göylərin
və yerin ixtiyarı bunlara aiddir və
istədiklərini Allah onlara verir. Gah
da yanlarına xahişə gələndə
acizliklərini etiraf edib söyləyirlər
ki, imkanımız yoxdur”. Söz-söhbət
İmamın yanına gələn həmin
adamın da qulağına çatdı. Bir daha
o həzrətin hüzuruna gəldi və dedi:
“Sizin haqqınızda bu cür sözlər
danışırlar. Bu sözləri eşitmək
mənim üçün öz dərdimdən də
betərdir”.
İmam xidmətçisinə buyurdu ki,
mənim obaşdan və iftar yeməyimi
gətir. (Həmin günlərdə İmam oruc
tuturmuş). Xidmətçi iki tikə quru
çörək gətirdi. İmam Zeynül-abidin
(ə) çörəkləri o adama verib dedi:
“Bunları götür, bundan başqa heç
nəyim yoxdur. Allah sənin
çətinliyini bu yolla həll etməyə
mənə icazə verib. Bu çörəklərin
vasitəsilə işin düzələcək və çox
böyük sərvətə sahib olacaqsan”.
O adam çörəkləri götürüb çıxdı.
Yolda şeytan ona vəsvəsə edirdi
ki, iki tikə quru çörəklə nə
edəcəksən, bunlar sənin nəyinə
lazımdır? Amma o, şeytanın
vəsvəsələrinə uymadı, şübhələri
özündən uzaqlaşdırdı. Bazara sarı
getdi, yolunun üstünə balıq satan
bir adam çıxdı. Satıcının bir balığı
qalmışdı, amma balığı alan yox idi.
Çörəklərin sahibi balıqçıya dedi:
“Sən öz balığını sata bilmirsən,
mən də öz çörəyimi. Bəlkə bunları
dəyişdirək?”. Balıq satan da razı
oldu, balığı o adama verib çörəyin
birini aldı.
Çörək sahibi bazardan çıxanda duz
satan bir nəfərlə qarşılaşdı, o da öz
duzunu satıb qurtara bilmirdi.
Razılaşıb çörəklə duzu
dəyişdirdilər. O adam balıqla duzu
gətirib evə gəldi. Düşünürdü ki,
özü də, ailəsi də balığı duzlayıb
yesinlər. Balığın qarnını
təmizləmək üçün bıçaqla yardı, bir
də gördü ki, balığın qarnında iki
ədəd iri cəvahirat var. Sevincək
halda bahalı daşları çıxardı.
Qəfildən qapı döyüldü. Qapını
açanda gördü ki, bayaq çörək
verib balıq və duz aldığı adamlar
onun evini axarıb tapıblar. Onlar
çörəklərin hər ikisini qaytarıb
dedilər: “Qardaş, bu çörəklər o
qədər qurudur ki, nə özümüz, nə
də ailəmiz bunları yeyə bilmir. Sən
yəqin ki, ehtiyac üzündən bu quru
çörəkləri satmağa məcbur
olmusan. Çörəkləri geri al, sənə
verdiklərimizi də halal edirik”.
Bunu deyib getdilər.
Bir az sonra yenə qapı döyüldü. Ev
sahibi qapını açıb gördü ki, İmam
Zeynül-abidinin (ə) xidmətçisidir.
Xidmətçi dedi: “Ağam buyurur ki,
Allah sənin çətinliyini həll etdi. Indi
sən də mənim çörəklərimi qaytar,
çünki bu çörəkləri məndən başqa
yeyən olmaz”.
Həmin adam İmamın çörəklərini
xidmətçiyə verdi, özü isə
cəvahiratı satıb borcunu qaytardı,
qalan pulla öz güzəranını qurdu.
Əhli-beytin düşməni olan o biri
adam hadisəni eşidəndə yenə
aranı qarışdırmağa çalışdı: “Bunlar
(imamlar) nə qəribə adamlardır!
Başqalarının varlanmasına kömək
edirlər, amma özləri yarıac-yarıtox
yaşayırlar”. İmam bu sözü
eşidəndə buyurdu: “Vaxtilə
Qüreyş müşrikləri də Peyğəmbərə
bu cür irad edirdilər. Deyirdilər ki,
O, bir gecəyə nəhəng məsafə qət
edib Məkkədən Beytül-müqəddəs
ə gedir, amma Məkkədən Mədinəyə
kimi olan qısa yolu 12 günə başa
vurur. Bunlar Allahın işlərini və
Allah dostlarının başına gələnləri
anlamağa qadir deyillər. Ucalıq
yalnız Allaha təslim olmaqla, Onun
müqəddəratını qəbul etməklə və
Onun buyurduqlarına razı olmaqla
əldə edilər. Allahın dostları bəlalara
və çətinliklərə səbr edərlər,
başqalarının buna dözümü çatmaz.
Allah bunun əvəzində onların
bütün istəklərini yerinə yetirər,
amma onlar da Allahın istədiyndən
başqa bir şey istəməzlər”.
(Şeyx Səduq. Əmali, 69-cu məclis,
3-cü hədis).

[cavab]

pol Yumurta 11 Yan 2014 / 04:18
Super..Allah razi olsun

[cavab]

pol aze 11 Yan 2014 / 04:20
Yumurta, Allah size yar olsun

[cavab]

pol zekow 11 Yan 2014 / 06:52
Allah razi olsun. Ela

[cavab]

pol aze 11 Yan 2014 / 06:55
zekow, Allah sene yar olsun

[cavab]

pol Elnur1999 11 Yan 2014 / 14:00
aze, -di ALLAH razi olsun

[cavab]

pol yagmur_damlasi 11 Yan 2014 / 14:54
Superrr twk..Allah hemiwe bizleride sevdiyi qullarindan etsin.Amin..

[cavab]

pol aze 11 Yan 2014 / 16:32
yagmur_damlasi, Allah razı olsun

[cavab]

pol aze 11 Yan 2014 / 16:33
Elnur1999, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2288 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az