..::Ətir haqqında::..

pol aze 11 Yan 2014 / 01:22
Bilməlisiniz ki, xoş ətir vurmaq
peyğəmbərlərin əxlaqındandır
(Kafi, 6-cı cild, səh. 510, bölmə
təyyib, hədis 1-2).
Ətir vurmaq ürəyi qüvvətləndirər,
qəm-qüssəni insandan
uzaqlaşdırar və cinsiyyət
qüvvəsini çoxaldar.
Bığa ətir vurmaq peyğəmbərlərin
əxlaqındandır.H əmçinin əməl
yazan mələklərə hörmət əlamətidir
(Müstədrəkul-Və sail, 1-ci cild, səh.
1).
Xoş ətiri tərk etmək kişi üçün
yaxşı iş deyil. Əgər imkanı olmasa
iki gündən bir, əgər o da mümkün
olmasa hər cümə ətirlənməyi tərk
etməsin
(Kafi, 6-cı cild, səh. 510).
Bir insanın ətirli halda qıldığı
namazı ətirsiz namaz qılanın
yetmiş namazından üstündür
(Kafi, 6-cı cild, səh. 511).
Hər bir həddi-buluğa çatmış insana
lazımdır ki, hər cümə günü bığ və
dırnaqlarını tutsun və xoş ətirli
mayelərdən özünə vursun
(Kafi, 6-cı cild, səh. 511).
Məsumlardan təkidli rəvayətdə
buyurulur: "Cümə günlərində xoş
ətri tərk etməyin. Hətta
qadınlarının ətirli paltarlarını
üzlərinə sürtməklə olsa belə.
Onu bir az nəm edib üzə çəkmək
olar."
(Kafi, 6-cı cild, səh. 511).
Xoş ətir üçün nə qədər pul
xərcləsən israf deyil
(Kafi, 6-cı cild, səh. 512).
Həzrət Peyğəmbər (s.ə.s)
yeməkdən çox ətirə pul
xərcləyərdi
(Kafi, 6-cı cild, səh. 512, hədis 18).
Kişilərdə gərək xoş ətirin qoxusu
aşkar olsun rəngi isə yox, lakin
qadınlarda əksinə olmalıdır
(Kafi, 6-cı cild, səh. 512).
İmam Museyi Kazım (ə) buyurur:
"Çərşənbə axşamı dırnağınızı
tutun, çərşənbə günü hamama
gedin, cümə axşamı həcamət edin
və ən gözəl ətirlərinizi cümə günü
istifadə edin."
(Vafi, 1-ci cild, cüz 4, səh. 102)
Rəvayətdə buyurulur ki, qadınlar
gərək həmişə öz ərləri üçün ətir
vursunlar. Lakin qadın evdən
kənara gedəndə ətir vurmamalıdır.
Buyurulmuşdur ki, hər bir qadın
xoş ətir vurub evdən çölə gedərsə,
qayıdana qədər mələklər onu
lənətləyər.

[cavab]

pol KinG_oF_WorLD 11 Yan 2014 / 02:14
Allah razi olsun. :)

[cavab]

pol aze 11 Yan 2014 / 02:28
KinG_oF_WorLD, Allah sene yar olsun

[cavab]

pol *Duyqu* 11 Yan 2014 / 20:15
Allah razi olsun

[cavab]

pol zekow 11 Yan 2014 / 22:20
duzdu Allah razi olsun

[cavab]

pol aze 11 Yan 2014 / 23:39
*Duyqu*, Allah size yar olsun

[cavab]

pol aze 11 Yan 2014 / 23:39
zekow, Allah sene yar olsun

[cavab]

pol (=LoVe=) 12 Yan 2014 / 00:27
Maraqlıdı

[cavab]

pol aze 12 Yan 2014 / 00:58
(=LoVe=), Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2067 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az