..::Dəccal kimdir?::..

pol aze 9 Yan 2014 / 22:01
Dəccalın tarixi İslamdan əvvələ qayıdır. İncil kitabında Dəccalın adı çəkilmişdir. İncil kitabından görmək olur ki, “Dəccal”ın mənası – “yalançı” və “insanları yolundan azdıran” deməkdir. İncildəki ayələrdən görmək olur ki, o zamanda Dəccalın sağ olduğu və zühur edəcəyi fikri geniş yayılmışdı. İslam dinində də Dəccalın adı çox çəkilmişdir.
Əhli-beyt (ə) məktəbində Dəccalın adı çəkilir, ancaq onun haqqında deyilənlərin çoxu əfsanələrə bulaşdığı üçün həqiqətdən uzaqdır. Dəccal haqqında iki fikir vardır:
1. Dəccal insan adıdır. Hədislərdə Dəccal bu cür bəyan edilmişdir: kök, qırmızı sifətli, üzümə oxşar gözləri olan bir kişidir. Başqa hədisdə oxuyuruq ki, Dəccal Peyğəmbərin (s) zamanında yaşayırdı. Adı Abdullah ya da Said ibni Siya idi. Peyğəmbər (s) və səhabələri onu görmək üçün evinə gedirlər. O, peyğəmbərlik iddiasında idi və Ömər onu öldürmək istəyir. Ancaq Peyğəmbər (s) icazə vermir.
2. Dəccal - bir simvoldur. Əllamə Seyyid Muhəmmədsədr bu haqda deyir: “Dəccalın adı simvolik bir addır. O, Allahın və İslamın ən qatı düşmənidir. Bu, həqiqətdə Qərbin materialist dünyagörüşlü insanlarıdır”.
Bəziləri Dəccalı Qiyamətin əlaməti kimi tanıtmışdılar. Əgər bu ehtimal düz olarsa, onda zühur zamanında bu bəhsi bağlamalıyıq.
Dəccalın harada meydana çıxacağı ehtimalı da fərqlidir. Müxtəlif mənbələrdə müxtəlif yerlərin adı çəkilmişdir. O cümlədən: İsfahan, Xorasan, Səcestan. Onun kimin əlində qətlə yetiriləcəyi də mübahisəli mövzudur. Bəziləri onun Həzrəti İsanın (ə) və bəziləri isə İmam Zaman ağanın (ə.f) əli ilə qətlə yetiriləcəyi bəyan edilmişdir.
Beləliklə deyə bilərik ki, Dəccalın adı İslami mənbələrdə çəkilmişdir. Ancaq onun adının məhz Dəccal olacağı ehtimalı çox azdır, bu ola bilər ki, simvolik bir ad olsun. Yəni bu insan daima yalan danışdığı və insanları həqiqət yolundan uzaqlaşdırdığı üçün onu belə adlandırmışdılar. Dəccal adının mənası yalançı və insanları yolundan azdıran olduğu üçün hər bir zamanda dəccallar olmuşdular. Həm İslamdan əvvəl və həm də sonra. Hətta Peyğəmbərin (s) zamanında belə özünü peyğəmbər adlandıran insanlara Dəccal deyirdilər.
Dəccal o kəsdir ki, nəhayət İmamın (ə.f) zühurundan əvvəl gələcək və özünü yalandan imam adlandıracaqdır. Sonra da İmamın (ə.f) əli ilə qətlə yetiriləcəkdir.

[cavab]

pol NARDARANLI 9 Yan 2014 / 22:11
Revayete gore bezi menbelerde deccalin bir gozu var insanlar onun elinden o qeder feryad ederllerki Allah celli celalun İmam Mehdi e.f zuhurunu gerceklesdirer ve onun eli ile deccal qetle yetiriler

[cavab]

pol aze 9 Yan 2014 / 22:35
NARDARANLI, Allah razi olsun

[cavab]

pol *Duyqu* 9 Yan 2014 / 22:38
Allah razi olsun

[cavab]

pol aze 9 Yan 2014 / 22:42
*Duyqu*, Allah size yar olsun

[cavab]

pol zekow 10 Yan 2014 / 03:01
Allah razi olsun..

[cavab]

pol pessimistka 10 Yan 2014 / 03:58
Allah razi olsun,movzuya gore tsk,uzun zamandir bu haqda dusunurdum.1 de Imam(e.f) nedir? E ve fni nezerde tuturam

[cavab]

pol aze 10 Yan 2014 / 04:58
pessimistka, Allah size yar olsun...e.f yani O gelecek dimekdi

[cavab]

pol aze 10 Yan 2014 / 04:59
zekow, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1784 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az