..::Dünya sevgisi::..

pol aze 7 Yan 2014 / 05:23
Bir gün bir şəxs
Həzrət İsa (ə) ilə həmsəfər olur. Bir
çayın kənarına çatırlar. Orada
əyləşib süfrə açırlar. Üç dənə
çörəkləri var idi və onun ikisini
yeyirlər. Üçüncüsü qalır, Həzrət İsa
(ə) çaydan su içməyə gedir.
Qayıdan
zaman görür ki, süfrədəki üçüncü
çörək yoxdur. Soruşur ki, bu çörək
haradadır? Həmin şəxs cavab verir
ki, bilmirəm.
Onlar yollarına davam edirlər və
bir
səhraya çatırlar. Həzrət İsa (ə)
yenə soruşur ki, üçüncü çörəyə nə
oldu? Həmin kişi
yenə eyni cavabı verir. Həzrət İsa
(ə) yerdən bir
qədər qum götürür və buyurur:
“Allahın izni ilə
qızıl ol!”. Qumlar qızıla çevrildi.
Həzrət İsa (ə)
qızılı üç hissəyə bölür. Həmin
kişiyə deyir: “Bir
hissəsi mənim, bir hissəsi sənin və
bir hissəsi də o
kəsindir ki, üçüncü çörəyi
yemişdir”. Həmin kişi
tez cavab verir ki, çörəyi mən
yemişəm.
Həzrət (ə) buyurur: “Bütün bu
qızıllar sənin olsun.
Sən nə dünyanın dərdinə dəyirsən,
nə də mənimlə
həmsəfər olmağın”. Həzrət (ə)
ondan ayrılır və
yoluna davam edir.
Bir müddətdən sonra həmin
kişinin yanına iki
nəfər yaxınlaşır. Görürlər ki, bu kişi
qızılları
toplamaqla məşğuldur. İstədilər ki,
həmin kişini
öldürüb, özləri bu qızıla sahib
çıxsınlar. Ancaq o,
təklif edir ki, məni öldürməyin. Bu
qızılları üç
hissəyə bölək. Onlar qəbul etdilər.
Bu üç nəfərdən
biri şəhərə ərzaq almaq üçün
gedir. Həmin kişi öz-
özünə düşünür ki, bu iki nəfərin
yeməyinə zəhər
qatıb onları öldürüm. O iki nəfər
isə düşünür ki, bu
kişini öldürüb qızıllara özləri sahib
çıxsınlar.
Üçüncü şəxs gələn zaman bu ikisi
onu öldürür. Bu
iki nəfər isə yeməyi yeyib
zəhərlənib ölürlər.
Bir müddətdən sonra Həzrət İsa
(ə) geri qayıtdı.
Həmin yerdən keçən zaman görür
ki, qızılın
yanında üç cəsəd vardır. Buyurur:
“Budur dünya
sevgisi!”.

[cavab]

pol zekow 7 Yan 2014 / 06:09
Allah razi olsun super

[cavab]

pol aze 7 Yan 2014 / 06:25
zekow, Allah sene yar olsun

[cavab]

pol **BradYaqa** 7 Yan 2014 / 12:51
ehsen qardawim. Cox twk by:bad-boy1

[cavab]

pol aze 7 Yan 2014 / 16:03
**BradYaqa**, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2051 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az