Musellet..

pol Ayla 7 Yan 2014 / 19:11
twkler istesez gece yenilerini paylawaram) gece maraqli olur))
red. Ayla (07.01 /19:11)

[cavab]

pol Ayla 9 Yan 2014 / 04:27
Bunlar mənim 3 yaşım olarkən yaşanıb. 13 il əvvəl. Mənə nənəm və anam danışıb bir az da öz yadımda qalıb. Babam yenicə rəhmətə getmişdi. Ailəm yas içində idi. Bir gün evdə biz yox idik. Yalnız nənəm var idi. Onun dediklərini deyirəm "Divanda uzanmışdım. Bir də gördüm ki, kimsə qapını açmaq istiyir. Ayağa durmaq istiyəndə elə bil kimsə özünü yerə çırpdı. Diksindim. Yavaşca qapını açdım. Amma heç kim yox idi". Sonra mən də belə hadisələrin şahidi oldum anamla birgə. Biz anamla ayrı otaqda idik. Birdən yan otaqdan çıqqıltı səsi gəldi. Qapını açdıq. Pərdənin sancaqları öz-özünə tərpənirdi. Pərdədə uçan kimi idi. Sonralar qablar öz-özlüyündə yerə düşüb qırılırdı. Həm də xrustalda olsa düşəndə paralanmırdı, tam ortadan qırılırdı. Sanki, ülgüclə kəsirdin.Bəziləri yenə başlıyacaq ki, psixologiya və s. hansı psixologiya əşyaları hərəkət elətdirir?

[cavab]

pol Ayla 9 Yan 2014 / 04:35
Həyatım boyunca unuda bilməyəcəyim bir hadisə idi o. Bir neçə ay əvvəl məhləmizə təzə qonşu gəlmişdi. Ayrıca bir oğlu da var idi, heç görmədiyim bir oğlu vardı, özü də həmçinin onunla heç ünsiyyətə keçməzdi, qəribə bir ailə idilər, şəklini belə görməmişdim mən. Bütün günü evdə oturur, çölə çıxmır, gecələri isə işıq belə yandırmırdılar, qaranlıqda qalırdılar, pərdələri isə həmişə bağlı olurdu, içərini görmək mümkün deyildi. Bir gün bu qonşumuz ərinin yaşadığı şəhərə gedəcəyini dedi, getdi də. Mənə isə sadəcə evə baxmağı xahiş etdi. Oğlu ilə də görüşmədiyim üçün onu axtarıb soruşmayacağını bilirdim. Getməyinin üstündən bir neçə həftə keçmişdi. Bir gecə birdən ağılıma gəldi oğlu, görəsən, bu adam bütün gün evdə nə edir, nə işlə məşğuldur, maraqlı idi, çünki özünü heç tanımırdım, üzünü də görməmişdim. Ayağa qalxdım, qaldıqları evə tərəf getdim, pəncərədən boyladım, heç bir şey görünmürdü, sadəcə qaranlıq, səs belə gəlmirdi evdən, yatıb deyə düşündüm, geri qayıtdım. Yatağıma uzanıb bir neçə səhifə kitab oxuyub yuxuya getdim. Otağımın qapısı birdən çırpılmağa başladı, diksindim, gözlərimi açdım, qapı sərtcə açıldı. Qarşımda o qonşum və qucağında o oğlu, ölmüş ətləri çürümüş bir vəziyyətdə idi. Ağzından köpük axırdı ölü oğlunun. Əl və ayaqları qucağından aşağı sallanmışdı, otağın ortasına atdı cəsədi, "bax, sənə gətirdim onu, çox maraqlı idi görmək, nə edir bütün günü evdə deyirdin, al". Oğlunu yerə atıb çəkilib getdi. Qorxumdan tərpənə bilmirdim, atdığı yerə tərəf baxdım, üstündən bir neçə saniyə keçmişdi ki, sanki cəsəd canlandı, hərəkət etməyə başladı, əlləri ilə təkan verərək qalxdı, başı, qol və ayaqları tərs bir halda mənə tərəf sürünməyə başladı, qorxumdan qışqırmağa başladım. Öz səsimdən yuxudan ayıldım, anam otağın qapısı açıb həyəcanlı bir şəkildə " nə olub, oğlum, niyə qışqırırdın? " səsləndi. Qorxunc bir yuxu görmüşdüm. Su içəndən sonra yenidən yatdım, çətin olsa da. Səhər qaldığımda telefonu əlimə alıb qonşuya zəng vurdum, gedərkən nömrəsini vermişdi mənə, nəsə olsa zəng vurum deyə. Zəng vurdum amma açan olmadı, vəziyyəti anama da dedim, polisə zəng etməmi istədi. Bir neçə dqə sonra artıq polislər məhləmizdə idilər. Qapını döydük, səs-səmir yox idi. Məcbur qapını qırıb içəri keçdik, evdən üfunət bir qoxu gəlirdi, otaqlara bir-bir baxdıq, sonda, ən başda bir otaq var idi, açdıq, görəcəyim vəziyyət yaddaşımda əbədi həkk olundu. Yataqda bir cəsəd var idi, ağzından köpük axıb yerə tökülmüşdü, ilk baxışdan bir neçə gün əvvəl ölüb, mundar olub qaldığı görsənirdi, yaxınlıqda əlil arabası da var idi, məncə, o oğlana aid idi. Dözə bilmədim çıxdım bayıra. Cəsədi isə maşına qoyub apardılar, qonşunun nömrəsini polislərə verdim. Bir neçə gün sonra məni də polis bölməsinə aparıb bir iki sual verdilər. Qonşumuz da orada idi, anası, heç ağlamırdı, sanki oğlunun ölümü ona təsir eləməmişdi. Bir iki sualdan sonra mən evə dönəcəkdim, orada öyrəndim ki, ana oğlundan bezmişdi son vaxtlar, əlil olduğu üçün baxmaqda çətinlik çəkirdi, ona görə evdə tək qoyub başqa şəhərə gedib ölməyini gözləyirmiş. Mən çıxıb evə gələndə o, hələ də orada idi. Sadəcə baxışdıq, danışmağa şərait yox idi, həm də ehtiyac.

[cavab]

pol [_KRAL_] 9 Yan 2014 / 04:38
Ayla, sene bir wey daniwim hardasa 5.6 ilden cox olar yuxuda goruremki atam gil arxa otaqdadilar qapi doyulur aciram 1 kiwi meni aparmaq isteyir ne qeder qiwqirmaq istesemde sesim cixmir ele bilki lal olmuwdum sonra oyanib agladim allah haqqi ne qeder qorxmuwdum infak vurmuwduye meni amma indi yadimdan cixib

[cavab]

pol ErRoR_[=NiKo=] 9 Yan 2014 / 04:39
Qoyassiz Yataq.. bele weyler oxuyanda Yuxu gorub Agliyiram ((((

[cavab]

pol _RedbuLL_ 9 Yan 2014 / 04:41
HEC BIRIN OXUMADIM GOREM HAMI DEYIR MARAQLIDI

[cavab]

pol [_KRAL_] 9 Yan 2014 / 04:46
Ayla, qorxulu idi

[cavab]

pol _LEBBEYK_ 9 Yan 2014 / 07:06
Qul euzu birebbin nas
Melikin nas
Ileyhin nas
Min werril vesvesil xennas
Ellezi yu vesfisufi sidurin nas
Minel cinneti vennas

[cavab]

pol Ayla 10 Yan 2014 / 05:43
Təxminən 6 il əvvəl, 17 yaşındaydım və dostlarımla hər zamanki kimi evin qarşısında oturub söhbət edəcəkdik. Aşağı endiyimdə bir uşağı qorxudurdular. Mən də buna qatıldım və, "Bu mənzildə hər gecə gizlicə biriləri ölmüşlər. Onları döşəmənin arasına basdırıblar." dedik. Ruhlarının həmişə buralarda gəzişdiyini və hər kəsi çox qorxutduğunu da söyləmişdik. Təbii uşaq ağılıyla inandı buna. Biz də bunu daha çox qorxutmağa çalışırdıq... Bunlar, evin arxasındakı zirzəmiyə gedərlərkən mən çölə çıxardığım musiqi setinin kolonkalarıyla səsləndiriyim qəribə səs tonlarını aşağıdakılara dinlətdirirdim. Uşaq, elə qorxmuşdu ki, bunu bilməyən başqa uşaqlar da buna inanmağa baslamışdı. Biz də bunun davam etməsi üçün zirzəmi qatında bir yer hazırladıq. Sanki biri, insan ölüsü varmış kimi orda dayanırdı. Uşaqlar da divarların arxasından yerlərə şüşələr atır, içəridə səslər çıxarırdılar. Artıq bütün məhəllənin uşaqları buna inanmışdı. Hamısı da, "Ola bilməz belə bir şey!" deyirdi. Sonunda bir problem cıxmadan axşamı keçirmişdik. Amma o uşağın qorxması hamımızı çox əyləndimişdi. Digər tərəfdən də peşman olmuşduq. Uşaq ağlını qaçıracaq dərəcəyə gəlib çıxmışdı. Dəli kimi davranırdı. Amma nə isə ki, evinə kimi gedib çıxa bildi. Bir neçə gün keçmişdi hadisənin üzərindən. Həmən uşağın yoxa çıxması xəbəri hamımızı təəccübləndirdi. Atasız uşaq idi. Anası ağlaya-ağlaya yanımıza gəlib onun yerini bilmədiyimizi soruşdu, hər kəs çaşıb bir-birinə baxdı. Heç kimdən xəbər çıxmayandan sonra məcbur olub ağlaya-ağlaya yoluna davam etdi. Elədiyimiz zarafatın bu dərəcəyə qədər gəlib çıxacağını kim bilə bilərdi axı.Gecələrin birində dostlarla yenə həyətdə toplaşmışdıq. Əylənmək üçün növbəti qurbanımızı axtarırdıq. Amma qurbanın özümüz olacağı ağlımıza belə gəlməzdi. Maraqsız bir gecə idi, sakitcə oturub ətrafa baxırdıq. Birdən zirzəmidən gələn şüşə qırıntısı hamımızın diqqətini ora cəlb etdi. Bir-birimizə baxdıq, bəlkə növbəti zarafatdır deyə, amma yox, aramızdan heç kim bunu etməmişdi. Sakitcə ora tərəfə irəliləməyə başladıq. Taxta qapısını açıb aşağı pilləkanlarla irəliləyirdik. Birdən yanan işığın lampasını kimsə daşla sındırdı. Qapının da bağlanması eyni ana təsadüf etdi. Hər tərəf qaranlığa qərq olmuşdu. Cibimdən çıxardığım kiçik əl fənəri ilə ətrafa işıq gəzdirməyə başladım. Hər şeyi tez bir zamanda görməmiz üçün işığı tez-tez hərəkət etdirirdim. Yan tərəfdən gələn qəfil səs bizi əsl qorxutmuşdu. İşığı o səmtə tutdum. Aman Allahım, o da nə idi elə. Üzü-gözü qan içində biri bizə baxıb gülürdü. Əlində bir qanlı bıçaq var idi. Ağzından da qan axırdı. Hərəkətsiz yerimizdə dayanmışdıq. Biraz baxandan sonra hamımız tanımışdıq onu. Həmən uşaq idi. Barmaqlarını ağzına salıb yeməyə başladı. Bir əlində barmaq tamamilə qalmamışdı. Dayandığı yerdən bıçağı bizə tərəf fırlatdı. Bəxtimiz onda gətirdi ki, bıçaq pilləkanın taxtasına dəyib yerə sancıldı. Qışqıraraq yuxarı qalmağa başladıq. Hamımız çıxıb var gücümüzlə qaçmağa başladıq. Gecə olduğundan kimsələr eşitməmişdi. Evlərimizə tərəf qaçdıq... Elə ən yaxşısı, hər kəsin evinə getməsi idi. Mən, dayanmadan dua edirdim. Evə girəndə özümü biraz ələ aldım, nənəm bizdə qaldığı üçün qonaq otağında yatacağımdan, əşyalarımı götürdüm və yatağa getdim. Gözlərimi bağladığımda həmişə bir səs eşidirdim. Bu sanki birinin mənə doğru gəldiyi və yaxınlaşdığı ayaq səsləri kimi idi. Psixiologiyam təmiz pozulmuşdu. Gözümü açdım və səslər kəsildi. Təkrar gözümü bağladığımda, yenə bir şeylər yaxınlaşır kimi idi. Dərhal gözümü açdım. Dözə bilmirdim... Qışqıracaqdım... Ən sonunda bildiyim bütün duaları oxudum və yatmağa çalışdım. Lakin çarə etmədi. İçimdən bir səs, "Qətiliklə dua etmə və gözünü açma!" deyirdi. Dözə bilməmişdim. Gözümü açdığımda həmən uşaq az öncə gördüyüm vəziyyətdə gözümə görsəndi. Qışqırıq ataraq qalxdım və içəriyə qaçdım. Hamını ayağa qaldırmışdım yuxusundan. O gün, böyük qardaşımın yanında yatdım. Sabahısı gün oyandığımda aşağıdan səslər gəldiyini eşitdim. Əynimi geyinib aşağı düşdüm. Evdəkilər də orda dayanırdı, zirzəminin qarşısında. Təqribi 15ə yaxın adam toplaşmışdı ora. Dostlarım da orda idi. Yanlarına gedib nə olduğu soruşmaq istəyirdim ki, gördüyüm mənzərə hər şeyi mənə izah etdi. Anası uşağını qucağını alıb hönkür-hönkür ağlayırdı. Tək oğlu idi onun. Uşaq ağlını qaçırmışdı. Bir neçə günün içərisində demək olar ki, bütün barmaqlarını yemişdi. Sadəcə bir əlində bir neçə çıxıq qalmışdı, yarımçıq. Bir neçə dqə sonra polis və təcili yardım gəldi. Hər kəs dağılışdı. Çox peşman olmuşduq. Bu barədə heç kəsə bir kəlmə belə etmədik. Hadisənin üzərindən günlər keçdi. Uşaq ağır psixi problemləri olanlar üçün ayrılmış dəlixanaya yerləşdirildi. Növbəti gələn xəbər isə daha da pis idi, tək qalan ana gecələrin birində özünü asmışdı...

[cavab]

pol Bayramli 10 Yan 2014 / 06:22
Ela ela

[cavab]

← 1 2 3 [4] 5 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2312 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az