Musellet..
Ayla
7 Yan 2014 / 04:57
Əslində bu hekayəni bura insanları xəbərdar etmək üçün yerləşdirəm. Sizə etdiyim "hüddam" dəvətini və nəticələrini yazacağam. Hüddamın nə olduğunu bilməyənlər üçün qısaca belə açıqlayım: Cin və ya şeytanları insanların əmrinə götürməkdir. Çox güc tələb edən bir şeydir, cahil bir başıma bunu sınadım. Və çox qorxunc şeylər yaşadım. Yoldaşlarım bir gün cinləri nəzarət edək, onlara istədiyimizi etdirə bilərik dedi, bu mövzularda çox məlumatlı molla var deyə danışırdılar. Mən qulaq qonağı oldum, dərhal o molla ilə görüşmək istədim. Görüş (randevu) götürdük, elə adama istədiyin saat gedə bilmirsən. Uçuq-sökük bir yerdə yaşayırdı, yoxsul idi yəni. "Sizə verəcəyim duaları oxumağı əsla buraxmayın yoxsa siz onların əmrinə girərsiniz." Mənə sözləri verdi. (Sizin başınızı bəlaya salmamaq üçün sözləri yazmıram.) Hər gün 100 dəfə bunlardan oxuyacaqdım 13-cü günün sonunda cinlər mənim əmrimdə olacaqdı, amma lənət olsun kaş ki, heç oxumasaydım. İlk gecə oxumağa başladım. Oxudum 100 dəfə. Sonra getdim yatdım. Bir gecədə görə bilməyəcəyim qədər çox kabus gördüm. Amma davam etməliydim yoxsa mən onların idarəsi altına girəcəkdim. Ertəsi gecə yenə oxudum. İkinci gecə kabus filan görməmişdim amma yaxşıca havalanmağa başlayırdım. Çünki qara şəkillər görməyə başlamışdım. Divarda qara kölgələr məni izləyirdilər. Hara getsəm onları görürdüm. Üçüncü gecə toxundular. Otağımın şüşəsi öz-özünə açıldı və heç bir şey görməmə baxmayaraq bir soyuq nəfəs his etdim arxamda, olduqca soyuq idi, üşüməyə başlamışdım, qorxumdan gözlərimi aça bilmirdim, sonda bir əl hiss etdim başımda. Sanki toxunurdu. Saçlarımın necə hərəkət etdiyini hiss edirdim. Artıq yaxşıca qorxmağa başlamışdım amma dönmədim. Yenə davam etdim mütləq idarə altına alacaqdım cinləri. Dördüncü gecə ağlama səsləri eşitməyə başladım. Körpə ağlaması idi amma heç susmurdu. Bütün gecə körpə ağlaması eşitdim. Günlər keçdikcə məni daha da çox qorxudurdular. Beşinci gecədə qışqırıq səsləri eşitməyə başladım yaxşıca psixologiyam pozulmuşdu. Buraxmaq istəyirdim artıq, oxumaq istəmirdim o sözləri. Gecələri eşitdiyim o səslər və o gördüyüm kabuslar irəlidə yaşayacaqlarımın göstəricisi idi.Altıncı və yeddinci gecələr qarşımda varlıqlar görməyə başladım. Qara silüetler otağımda gəzirdi başımda heç bilmədiyim bir dildə pıçıldaşıb dayanırdılar. Pıçıldamalar 5 gecə davam etdi. 6-7-8-9-10. O qaranlıq və qorxulu gecələrdə həmişə yanımda idilər. 11-ci gece otağımda itlər, ilanlar, yarasalar vardı. Artıq qara silüet deyil heyvan şəklində görünürdülər. Çox qorxunc heyvanlar, yarasa dedimsə də rahat 1 metr boyunda idi. Hamısı ətrafımda idi və mənim gördüklərimi heç kim görmür və eşitmirdi. İnanmaya bilərsiz, amma bunları yaşadım mən.12-ci gecə tavandan cəsədlər və sümüklər yağdı üzərimə. And içərəm, heç bir şəkildə yalan danışmıram. Kəsik başlar və qollar yağırdı. 13-cü günə gələ bilmişdim. Son gün oxuduğumda özümü qarşımda gördüm. Öz boğazımı kəsir və gözlərimi bıçaqla oyurdum, dəli kimi gülürdüm. Amma artıq onları nəzarət etməyi bacardığımı zənn edərkən 14-cü günün gecəsində qara paltarlı ağ bədənli uzun boylu bir adam gəldi. Mənə razılaşma təklif etdi. "Sən bizim cinlərimizi nəzarət etmək istədin, amma bu iş o qədər asan deyil övlad" dedi. Ayaqlarımdan birinə Quran digərinə İncil bağlayaraq 40 gün və 40 gecə gəzsəm mənə istədiklərimi verəcəklərmiş, dedi. "Xeyr, belə bir şey etməm" dedim. "Bizi boş yerə narahat etdin, etdiklərinin əvəzini ödəyəcəksən. Sən kimsən ki, bizi əmrinə götürəcəksən?" dedi. Sonunda çox qorxunc bir varlığa çevrildi və ortadan yox oldu, bədəni heyvan, üzü isə insan üzü, dörd ayaqlı, qoça bənzəyirdi sanki. Yerimdəcə donub qalmışdım. Bizə "hüddam" söyləyən mollaya getdik tapa bilmədik. Ölmüş adam, həm də yanaraq. Kahin (medyum) bir qadın tapdıq, "cinlər üçün qurban kəs səni bağışlayarlar" dedi. Qadın bir də dua verdi bunu əsla çıxarma dedi. Bir neçə gecə qorxulu yuxular və pıçıltılar eşitsəm də sonradan hər şey normal oldu.
[cavab]
[_KRAL_]
7 Yan 2014 / 05:06
Ayla, ellerine sagliq
idi
[cavab]
Ayla
7 Yan 2014 / 05:07
[_KRAL_], twk
[cavab]
[_KRAL_]
7 Yan 2014 / 05:11
Ayla, senede indi rahat yata bilerem
[cavab]
DuA_eDeN_eLLeR
7 Yan 2014 / 05:12
WoKDaYaM,Gece VaXTi Deli oLDuMe(
[cavab]
DuA_eDeN_eLLeR
7 Yan 2014 / 05:20
DehWeT(
[cavab]
Ayla
7 Yan 2014 / 05:35
DuA_eDeN_eLLeR, cox qorxulu deyil axi))
[cavab]
Umud99
7 Yan 2014 / 05:48
supeeeeeeeeerdii
[cavab]
zekow
7 Yan 2014 / 06:13
ela hekaye idi. twk
[cavab]
eRRoR_KoMBat
7 Yan 2014 / 06:24
Hec birin oxumadim ama deyesen maraqli idi
[cavab]
Bölmeye qayıt
0.1443 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az