Musellet..

pol Ayla 7 Yan 2014 / 03:36
Özüm namaz qılıram. 16 yaşım var. Bu hallar məndə lap balacalıqdan yaranmışdı. Bizim ev məhəlləli ev idi və bir məhəllədə 2 ev var idi. 2 ci ev (biz ona yuxarı ev deyirik) orda hec kim qalmırdı hərdən bir qonaq gələndə orda olurduq. Mən o otaqda qara tüstü kimi bir forma görürdüm. Amma hərdən ağ rəngdə də olurdu. Orda babamım şəkli var idi (babam rəhmətə gedib), mən həmin şəkilə baxanda cox qorxulu (cin kimi) bir şey görürdüm. Üzü çox qorxulu idi. Bibim məni bir falçı yanına apardı, o dedi ki, mənə vergi vermək istiyirlər. Ancaq yaxşı vergi deyil. Məndən maykamı istədi və ona nəsə elədi. Sonra dedi ki, bunu geyin və yuma. Mənim də falçına yanına getmək fikrim yox idi. Ele şeylərə inanan deyiləm. Mən də geyinmədim. Günlər kecdikce bunlar daha da yaxinlasirdi. Özümə boynumdan asmağa dua almışdım. Onu taxanda özümü güvəndə hiss edirdim. Ancaq sanki bunlara təsir etmirdi. Üstümə-üstümə gəlirdilər. Tam dəyəcək ikən yox olurdular. İçəri girərkən bildiyim bütün dua və surələri oxuyurdum, lakin təsir etmirdi. Axırda nənəm bir molla yanına apardı. O dedi ki, buna toxunurlar, yoldan çıxarmaq istiyirlər. Bir dua yazdı, həmin dua biraz kömək oldu. Ancaq o da paltarımın üstündə qaldı və yuyuldu. Bir gecə yatmağa çalışırdım. Bir də gördüm ki, güzgünün qabağında bir qadın fiquru yarandı. Ayaqları yox idi. Mənə tərəf gəldi. Gözlərimi yumdum. Hiss etdim ki, gəldi yanımda oturdu. Başımı tumarlamağa başladı və sonra yox oldu. Sonra bir gecə yerimə girəcəkdim. Güzgünün yanında durdum başladım özümə baxmağa. Birdən kimsə başladı pəncərələri vurmağa və sonra qapını. Mən də qapının yanında durmuşdum. Qorxudan nəfəsim daraldı. Qaçıb yerimə girdim. Hətta namaz qılanda belə yanımda durub mənə baxırdılar. Televizorda Rusiya verilişi var (битва экстрасенсов) orda baxdım ki, bir cadugər şam yandırır və kimlərləsə danışır. Mən də həmin evdə şam yandırdım və onların gəldiyini gördüm. Onlara gəlin deyəndə gəlirdilər. Amma tam onlara baxanda yox olurdular. Artıq bezmişdim. Axırda üsyan elədim. Onları Allah tapşırdım. Ondan sonra mən Rusiyaya köçdüm. Bunun səbəbini heç kəs bilmədi. Amma mənə görə, ondadır ki, mən balaca vaxtından ruh, cin çağırmağa marağım olub. Həmişə onlarla görüşmək istəmişəm. Axırıncı dəfə çağıranda çox adam var idi. Orda ancaq mənə sanki müsəllət oldular və elə axırıncı dəfədən mənimlə gəldilər. İnanın ki, bunlar hamısı düzdür. Allah əmanət olun.

[cavab]

pol [_KRAL_] 7 Yan 2014 / 03:41
Ayla, twk azda olsa qorxu yarandi

[cavab]

pol WEN-OGLAN 7 Yan 2014 / 03:46
Saat 1 di e ( bunu tez yazallar ,yatanayaxin
red. WEN-OGLAN (07.01 /03:49)

[cavab]

pol Ayla 7 Yan 2014 / 03:48
[_KRAL_], az((

[cavab]

pol Ayla 7 Yan 2014 / 03:48
WEN-OGLAN, qorxma)

[cavab]

pol WEN-OGLAN 7 Yan 2014 / 03:52
Ayla, eh, saba Bakiya gedrem ,deyrdim bir az yuxumu alim ),movzu yerine düsdu lap )
red. WEN-OGLAN (07.01 /03:53)

[cavab]

pol SeV_AmA_UnUTmA 7 Yan 2014 / 03:53
Ayla, bu copy di?
red. SeV_AmA_UnUTmA (07.01 /03:54)

[cavab]

pol (o0o) 7 Yan 2014 / 03:55
Seher yazsaydın olmazdı?.. hhhh,

[cavab]

pol Ayla 7 Yan 2014 / 03:58
SeV_AmA_UnUTmA, aha

[cavab]

pol Ayla 7 Yan 2014 / 03:59
(o0o), seher maraqli olmur axi)

[cavab]

[1] 2 3 ... 5 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1714 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az