Ne yazim

pol NARDARANLI 7 Yan 2014 / 01:29
Yaman darıxmışam sözlərin üçün...Mənalı, məst
edən gözlərin üçün
Dedimki oturub bir şer yazım. Dilim də tutulub AXI
nə yazım?
Bəkə də yorğunam, əzginəm bu gün. Əsəbi,
səbrsiz, bədbinəm bu gün.
Əllərim titirəyir soyuqdan hər gün...Bu titrək
əlimlə AXI nə yazım?
Sənin də işlərin çoxalıb daha. Xərcləmək asandı,
qazanmaq baha.
Əl açıb dedimki, bayaq Allaha. Bu işlər içində Axı
nə yazım?
Bilmirəm nə üçün görmürəm səni. Bəlkə də bu
həyat sınayır məni.
Nə vaxtdır tutmuram daha əlini. Bu həsrət için Axı
nə yazım?
Qarşımda qələmdir, bir də ki kağız. Ürəyim
doludur, danışmır ağız.
Dörd divar içində oturub yalqız. Divara baxaraq
Axı nə yazım?
Mən səndən həmişə ilham almışam. İndisə
əlacsız, tənha qalmışam.
Bəlkə hiss etmirəm, mən qocalmışam. Cavanlıq
gedibsə Axı nə yazım?
Beynimə bir ad da gəlmirki mənim. Bir başlıq
altında yazım şerimi.
Sən yoxsan elə bil pozulub xəttim. Bu əyri xətt ilə
Axı nə yazım?

[cavab]

pol *Duyqu* 7 Yan 2014 / 01:33
NARDARANLI,

[cavab]

pol ***EmiL*** 7 Yan 2014 / 03:25

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1941 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az