+Ayaqqabi alarken neye diqqet yetirmek lazimdir?+

pol Nurlanichka 16 Okt 2012 / 04:38
Ayaqqabı alarkən nəyə diqqət
yetirmək lazımdır?
Ayaqqabı hər zaman insan
geyiminin ayrılmaz elementidir.
Bəziləri ayaqqabını rahatlığına,
bəziləri estetik görünüşünə,
əksəriyyət isə qiymətinə görə
seçir. Lakin sağlamlığınızı
qorumaq üçün ayaqqabı seçimində
diqqətli olmaq vacib
şərtlərdəndir.Ayaqqabıların
keyfiyyəti onların hazırlandığı
altlıq, üzlük və içlik materiallardan
və istehsal texnologiyasından
asılıdır. Sözsüz ki, təbii dəri və
gönlərdən hazırlanan və istehsal
texnologiyasının ardıcıllığına
riayət edilərək hazırlanan
ayaqqabılar daha rahat və insan
sağlamlığı üçün ziyansızdır. Hər
şeydən əvvəl ayaqqabı hazırlanan
material yüksək keçiriciliyə malik
olmaqla, yüngül olmalı, istifadə
zamanı insan səhhətinə və
rahatlığına mənfi təsiri
olmamalıdır. Ayaqqabının müxtəlif
sahələrində yerləşdirilmiş
materiallar eyni xassəyə malik
olmalıdır. Texnoloji proses zamanı
ardıcıllığa riayət olunmadıqda və
üzlük materialın nəmlənməsi
aparılmadıqda ayaqqabı forma
saxlama qabiliyyətini itirir. Təbii
gönlərdən fərqli olaraq süni və
sintetik materiallarda məsamələr
olmadığından ayaqlarda yaranan
tər və nəm ötürülə bilmədiyinə
görə xoşagəlməz qoxunun əmələ
gəlməsinə, həmçinin sürtünmə
nəticəsində hiperhidroz, yəni
göbələk xəstəliyinin əmələ
gəlməsinə səbəb olur.
Ayaqqabını seçərkən həmişə
ikisini də geyinib yoxlayın.
Üstündən burun hissəsini basaraq
barmaqları əzib-əzmədiyini
yoxlayın. Elastik və yumşaq altlıqlı
ayaqqabı seçin. Əlinizdə bir az
əyin. Keyfiyyətli ayaqqabıda altlıq
asanca qatlanır, yuxarı hissəsi isə
öz formasını çox da dəyişmir.
Ayaqqabı alarkən onun içlik
materialına da fikir vermək
lazımdır. Yaxşı olardı ki, içində
xüsusi tərlik olsun. Tərlik altlıqla
bərabər səviyyədə olmalıdır. Əgər
süni materialdan olan ayaqqabı
almısınızsa, heç olmasa, tərliyin
təbii materialdan və ya parçadan
olmasına əmin olun. Təbii
materialdan hazırlanan tərlik
sağlamlıq üçün əsas şərtdir.
Yayda isti havada ayaq şişdiyi
üçün laklı ayaqqabı almayın.
Yazda və payızda ayaqqabı
alarkən onun su buraxmamağı
vacib şərtdir. Bu cür ayaqqabıların
altlığı qalın olsa, daha yaxşı olar.
Qışda da ayaqqabının altlığının
qalın olması ən vacib şərtdir. Bu
səbəbdən ayaqqabı seçərkən
bunlara diqqət etmək məsləhətdir.
Ayağın həcmi gün boyu
genişləndiyinə görə ayaqqabını
günortadan sonra almağa çalışın.
Ayaqqabını yoxlayarkən ayağınızı
sıxırsa, satıcının bir müddət sonra
açılacaq deməsinə aldanmayın.
Nəzərə alın ki, istehsalında plastik
materiallardan, həmçinin
orqanizm üçün həyati təhlükə
daşıyan, zahirən dəriyə oxşayan
sintetik materiallardan istifadə
olunan, hava buraxmayan
ayaqqabılar sağlamlığa ziyandır.
Eyni zamanda bir cüt ayaqqabının
tayları arasında hər hansı görünüş,
forma, rəng və ölçü fərqinin
olmamasına diqqət edin.
Ayaqqabının üstü, iç astarı, altlıq
və dabanının hazırlanmasında
hansı materiallardan istifadə
olunduğunu öyrənmək üçün onun
etiketinə baxın.
Ayaqqabı seçərkən əsas meyar
model və rəngdən öncə, rahat
olmasıdır. Ayağınızın anatomik
quruluşuna uyğun gəlməyən,
böyük və ya ayağınızı sıxan
ayaqqabı almayın. Ən uzun
barmağınızla ayaqqabının ucu
arasında bir qədər boşluq olmalı,
yəni ayaqqabı ayağınıza kip
oturmamalıdır.
Uşaq ayaqqabılarının arxalarının
bərk, ayaqqabının üstünün elastik
olmasına, burun hissəsinin
barmaqları sıxmamasına, altlığının
və dabanının yeri yaxşı tutan,
sürüşməyən, elastik bir
materialdan hazırlanmış olmasına
diqqət yetirin.
Ayaqqabının içini əl ilə yoxlayaraq
astar və başqa hissələrdə ayağı
narahat edəcək qırışıqların
olmadığından əmin olun. Tikiş
xətalarının olmamasına diqqət
yetirin. Tez çirklənən və ya rəngi
tez soyulan materiallardan istehsal
olunmuş ayaqqabıları alarkən və
istifadə edərkən iqlim şərtlərini
nəzərə alın.
Eyni zamanda nəzərə alın ki,
“İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 15-ci
maddəsinədə lazımi keyfiyyətli
qeyri-ərzaq malı öz formasına,
ölçüsünə, fasonuna, rənginə görə
istehlakçıya yaramırsa və ya digər
səbəblərə görə təyinatı üzrə
istifadə oluna bilməzsə
istehlakçının onu alındığı yerdə
uyğun mala dəyişdirmək hüququ
təsbit edilmişdir. Bu eyni zamanda
aldığınız ayaqqabıya da şamil
oluna bilər. İstehlakçı tərəfindən
əldə edilmiş lazımi keyfiyyətli
mal, o cümlədən ayaqqabı istifadə
olunmayıbsa və onun əmtəə
görünüşü, istehlak xassələri,
plombu, yarlığı, həmçinin, mal və
yaxud kassa qəbzi və ya ona mal
ilə birlikdə verilmiş digər
sənədləri saxlanılıbsa, bu hallarda
o alınma günü sayılmamaq şərti
ilə, 14 gün ərzində dəyişdirilə
bilər.

[cavab]

pol ozdunyamiz 16 Okt 2012 / 04:59
twk. maraqli melumatdir

[cavab]

pol PLAYBOY 16 Okt 2012 / 06:14
Lazimli melumatdi heqiqeten cox sagolun. Oz tecrubemden onu deyimki, ayaqqabidan basqa butun geyimlerin en ucuzun geyinin, eybi yox o qederde ziyan yoxdu, ama ayaqqabi alarke hecvaxt ximiclik etmiyin, bacardiginiz qeder max pul verib yaxsisin alin. Bu menim size qizil meslehetim)))

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1377 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az