..::Peyğəmbərimiz bunları qadağan edib::..
aze
6 Yan 2014 / 05:54
-cənabətli halda yeməyi (çünki bu,
kasıblığa səbəb olar).
- dırnaqları çeynəməyi, hamamda
dişləri misvakla təmizləməyi,
məscidin içində tüpürməyi.
- yolüstü əbəs yerə məscidə baş
çəkməyi (amma orada iki rükət
namaz qılarsa, qadağan qüvvəsini
itirər).
- sol əllə yeməyi və hara isə
söykənmiş halda yeməyi.
- açıq havada ayıb yerlərini
örtmədən qüsl almağı.
- qabın dəstəyi tərəfdən su
içməyi; çünki qabın dəstək olan
tərəfi adətən kirli olur.
- üzü qibləyə sarı oturmuş halda
ayaqyoluna getməyi.
- başına müsibət gəldiyi zaman ah-
nalə etməyi.
- dəfn mərasiminə qadınların
qatılmasını.
- yalandan yuxu uydurmağı. Belə
edən adama qiyamət günündə
Allah əmr edər ki, arpa dənəsinə
düyün vursun, o isə bunu
bacarmaz.
- heyvanın hər hansı bədən
üzvünü diri-diri yandırmağı.
- öz müsəlman qardaşının alış-
verişinə müdaxilə etməyi (yəni
başqasının almaq istədiyi malı
ondan qabaq almağı).
- cinsi əlaqə zamanı çox
danışmağı; çünki bu, doğulacaq
uşağın lal olmasına gətirib-çıxara
bilər.
- kirli əllərini yumadan gecə
yatmağı. Əgər bu halda gecə ona
Şeytandan bir ziyan dəysə, özünü
təqsirkar bilsin.
- qadının ərindən icazəsiz evdən
çıxmasını. Əgər belə etsə, evə
qayıdana kimi səmadakı bütün
mələklər, rastına çıxan bütün
insanlar və cinlər ona lənət
deyərlər.
- qadının öz ərindən başqa bir kişi
üçün bəzənməsini. Əgər belə etsə,
Allahın həmin qadını (axirətdən
qabaq elə bu dünyada) alovda
yandırması qəribə olmaz.
- bir qadının öz əri ilə münasibəti
barədə gizli məlumatları başqa
qadına xəbər verməsini.
- qeybət etməyi və qeybətə qulaq
asmağı.
- söz gəzdirməyi və sözgəzdirən
adamı dinləməyi. Peyğəmbər
buyurub ki, sözbaz adam heç vaxt
cənnətə girməz.
- fasiq (tövbə etmədən ardıcıl
günaha bulaşan) adamı yemək
süfrəsinə dəvət etməyi.
- yalandan and içməyi; çünki yalan
andla evlər yıxılar. Hər kim
yalandan and içib, bunun
nəticəsində öz müsəlman
qardaşının malını mənimsəsə və
tövbə etməsə, qiyamət günündə
Allah ona qəzəblənər.
- məstedici içki içilən süfrənin
arxasında oturmağı.
- insanları Allahın yolundan başqa
yollara təhrik edən sözlər
danışmağı.
- qızıl və gümüş qabda xörək
yeməyi.
- kişilərin ipək parçadan paltar
geyinmələrini; qadınlar üçün isə
bunun maneçiliyi yoxdur.
- yetişməmiş meyvəni satmağı.
- ticarət zamanı yaş xurmanı quru
xurma ilə, kişmişi üzümlə
qarışdırmağı.
- şərab satmağı və başqası üçün
şərab süzməyi. Peyğəmbər
buyurub ki, Allah lənət eləsin
şəraba, onu (yəni şərablıq üzümü)
əkənə, sıxıb şirəsini çıxarana,
içənə, başqasına içmək üçün
verənə, satana, alana, onun pulunu
xərcləyənə, şərabı daşıyana və
daşıtdırana. Hər kim şərab içsə, 40
gün namazı qəbul olmaz. Öləndə
mədəsində bir zərrə şərab varsa,
Allah ona axirətdə cəhənnəm
əhlinin kəsafət və nəcasətini
içirdər.
- sələmçiliyi (faiz vermek),
yalandan şahidlik etməyi, sələm
müqaviləsini yazmağı. Peyğəmbər
buyurub ki, sələm verənə də, alana
da, bunu yazana da, buna şahidlik
edənə də Allah lənət edər.
- özünə məxsus olmayan bir şeyi
satmağı.
- məsciddə silah çəkməyi.
- heyvanların sifətinə vurmağı
(qamçı və ya əl ilə).
- yeməyə, içməyə və namaz qılınan
yerə üfürməyi (adətən, yemək-
içməyə soyutmaq məqsədilə,
namazgaha isə tozunu təmizləmək
məqsədilə üfürürlər)
[cavab]
aze
6 Yan 2014 / 05:56
- bal arısını öldürməyi.
- heyvanların sifətinə dağ
basmağı.
- cənabətli halda məsciddə
oturmağı.
- cümə günü imam-cümə xütbə
söyləyərkən onu dinləyənlərin
danışmasını. Hər kim bu zaman
danışsa, boşboğazlıq etmiş
kimidir; boşboğaz adam isə cümə
gününün feyzindən məhrum qalar.
- üzüyün qaşına canlıların təsvirini
həkk etdirməyi.
- bulaq suyunu heyvanlar kimi
(ağzı suya salmaqla) içməyi.
Peyğəmbər suyu ovucla götürüb
içməyi tövsiyə edirdi.
- içməli su quyusuna tüpürməyi.
- muzdla işləyən adamla qiyməti
razılaşdırmadan onu işlətməyi.
- küsülü qalmağı. Əgər insan öz din
qardaşından küsdüsə, üç gündən
artıq küsülü qalmamalıdır. Üç
gündən sonra barışmasa,
cəhənnəm atəşinə layiq olar.
- qızılı miqdarından artıq qızıla
satmağı (çünki bu, sələmçilikdir).
- başqalarına yaltaqlanıb onları
tərifləməyi.
- təkəbbürlə yol getməyi.
Peyğəmbər buyurub ki, hər kim
əyin-başı ilə lovğalanıb təkəbbürlə
yerisə, Allah onu cəhənnəmə salar
və orada o, Qarunla yanaşı qalar.
Qarun təkəbbür edən ilk şəxs oldu,
Allahın əmri ilə həm özünü, həm də
ev-eşiyini torpaq uddu. Kim
qürrələnsə, Allahın qüdrət və
əzəməti ilə bəhsə girmiş kimidir.
- şəhadəti gizlətməyi (yəni vacib
bir məsələ barədə şahidlik etmək
lazım gələndə bundan imtina
etməyi).
- qonşusu nəyi isə müvəqqəti ona
verməsini xahiş edəndə bundan
imtina etməyi. Peyğəmbər
buyurub ki, hər kim qonşusunun
müvəqqəti istifadə üçün istədiyi
bir əşyanı ondan əsirgəsə, Allah
qiyamət günündə həmin adamdan
öz xeyir-bərəkətin i əsirgəyər və
onu özbaşına buraxar. O adamın
əhvalı nə pis olar!
- qeybət etməyi. Peyğəmbər
buyurub ki, hər kim bir
müsəlmanın qeybətini etsə, sanki
orucu batil olar, dəstəmazı pozular.
Qiyamət günündə onun ağzından
elə bir üfunət iyi gələr ki,
məhşərdəkilər bu qoxudan əziyyət
çəkərlər. Əgər tövbə etməzdən
qabaq ölsə, Allahın haramını halal
edən şəxs halında ölər.
- əmanətə xəyanət etməyi.
Peyğəmbər buyurub ki, hər kim
əmanətə xəyanət etsə, onu öz
sahibinə qaytarmasa və bu
vəziyyətdə ölsə, mənim
ümmətimdən sayılmaz və
qiyamətdə Allah ona çox
qəzəblənər.
[cavab]
_LEBBEYK_
6 Yan 2014 / 06:17
aze, MawAllah Ehsen exi
[cavab]
aze
6 Yan 2014 / 06:30
_LEBBEYK_, Allah razı olsun exim
[cavab]
zekow
6 Yan 2014 / 07:38
Allah razi olsun ellerin derd gormesin
[cavab]
*BUTTERFLY*
6 Yan 2014 / 07:48
zekow, Amin...
[cavab]
_FCB_
6 Yan 2014 / 12:12
Cox sagol qaqas mən coxunu bilmirdim alah razi olsun ..
[cavab]
**BradYaqa**
6 Yan 2014 / 13:48
aze, cox sag ol eziz qardawim. Copy edecem halalliq ver. By:bad-boy1
red. **BradYaqa** (06.01 /13:48)
[cavab]
*_DaRK_LiFe_*
6 Yan 2014 / 15:45
cox sagol
[cavab]
aze
6 Yan 2014 / 18:26
zekow, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt