Heyatda olub
NARDARANLI
6 Yan 2014 / 03:52
Danışacağım hadisə bundan 16 il əvvəl
yaşanmışdır. O yay günləri ən çox
məşğuliyyətimiz yoldaşlarla gecə dərəyə enmək
idi və endiyimiz hər gecə bir-birimizə qorxu
hekayələri izah edərdik. İzah etdiyimiz hekayələr
ümumiyyətlə öz xəyal gücümüz olardı, lakin izah
edərkən sanki yaşamış kimi izah edərdik və öz
uydurduğumuz hekayəyə o mühitin verdiyi
gərginliklə özümüz də inanar və qorxardıq.
İçimizdə ən çox hekayə izah edən Nazim deyə bir
dostumuz idi. Yaşca bizdən böyük idi və bizi
qorxutmağı yaxşı bacarırdı açıqcası. Yenə belə bir
gecədə o, bizə çox maraqlı bir hekayə izah etdi.
Hekayəyə görə günahı çox olan bəzi insanların
gözünə nəsə görsənər, səbəbsiz yerə içlərindən
gələn bir odla külə çevriləcək qədər yanırlarmış.
Bu yanma o qədər tez olurmuş ki, özünü
qurtarmağa zamanı olmurmuş qurbanın. Ayrıca bu
hadisə qurban tək olarkən reallaşırmış, yəni
hadisəni görən şahid olmurmuş çox zaman. Bu
izah etdiyi hekayə maraqlı olduğu qədər inandırıcı
gəlməmişdi çoxumuza. Lakin evindən gətirdiyi
ensiklopediya da yazılanları bizə göstərdi,
qurbanlar və yanmış cəsədləri, ölüm tarixləri kimi
məlumatlarlar da var idi. Tüklərimiz tikan tikan
olmuşdu hamımızın. Bu hadisələr gerçək yaşanmış
hadisələr olaraq izah edilirdi ensiklopediyada
dəlilləri ilə. Gecə bitdikdən sonra hər kəs evə
dağılışdı, mənimlə Nazim qaldı, mən də sağollaşıb
gedəcəkdim. O da təbii gedəcəkdi, amma evə yox.
Gecələri içki içər, biraz gəzdikdən sonra səhərə
yaxın gedib evə yatardı. Demək olardı ki, səfil
həyat tərzi keçirərdi. Pulu isə oğurluq edərək
tapırdı. Mən evə tərəf gedəndə o hələ orda oturub,
qaladığımız ocaqla qurdalanırdı. İri addımlarla
təpəyə çıxırdım, evə çatıb bütün gecəni kürəyi
uzanıq halda tavanı izləyirdim, yuxu gəlmirdi.
Dərədən gələn qışqırıq səsləri yatmağıma mane
olurdu. Heyvanların səsi olduğunu düşündüm,
çünki çox vaxt gəlirdi belə səslər, amma bu dəfə
qışqırıq səsləri idi. Pəncərəni bağlayıb uzandım,
səhərə yaxın yuxuya getdim. Sabahısı gün isə
bəlkə hamımız üçün həyatimizin ən qorxunc günü
olmuşdu. Gələn xəbərə görə Nazim dərədə ölü
tapılmışdı, yanmış halda. İlk öncə ocaqla
qurdalanan zaman yandığını düşünsəm də,
sonradan ocağın elə də böyük olmadığı və gedənə
yaxın zəiflədiyi yadıma düşdü. İşin daha da qoxulu
yeri, basdırıldığı qəbiristanlıqda 1 həftə sonra
yanğın çıxmışdı və məzarı da yanaraq kül
olmuşdu.
(Tarix: 3 Sentyabr 1997, Mersin qəbiristanlığı)
[cavab]
Arc_Cinus
6 Yan 2014 / 04:01
hmm o ensiklopediyani oxumag isterdim.
hardan tapmisan bu hekayenii????
[cavab]
*Romantic*
6 Yan 2014 / 04:02
men dogulandan 4gün evvel
[cavab]
NARDARANLI
6 Yan 2014 / 04:05
Arc_Cinus, Belke inanmiyacaqsan amma o qebir dogurdan yanib hetta seklini de gordum o sekile baxmaga hec kese meslehet gormurem o qebirle bir yerde onlarla qebir yanmisdi
[cavab]
__R_A_U_L__
6 Yan 2014 / 04:26
NARDARANLI, o sekil internetde var?
[cavab]
_LEBBEYK_
6 Yan 2014 / 04:40
Qul euzu birebbin nas
Melikin nas
Ileyhin nas
Min werril vesvesil xen nas
Ellezi yuvesfisufi sidurin nas
Minel cinneti ven nas
[cavab]
Bölmeye qayıt
0.18 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az