..::313::..
aze
4 Yan 2014 / 18:53
İmam Zaman ağa (ə.f) zühur edən
zaman 313 nəfərlə zühur edəcəkdir.
Hədislərdə bu insanların
xüsusiyyətləri və sifətləri zikr
edilmişdir ki, onlardan bəzisinə işarə
edək. (Tebyan)
İmam Baqir (ə) buyurur: “Bədr əhli
qədər insan Qaimlə (ə.f) beyət edər.
Onların içərisində Misir əhlindən
olan nəciblər, Şam əhlindən olan
xeyirxahlar, İraq əhlindən olan
nəciblər vardır ki, dini Allah istədiyi
qədər bərpa edəcəklər” .
İmam Əli (ə) Həzrət Məhdinin (ə) dostlarının
xüsusiyyətləri haqqında buyurur: “Məhdinin (ə.f)
dostları cavandırlar. Onların arasında qoca
yoxdur”.
İmam Sadiq (ə) buyurur: “Qaim İmamın (ə.f)
səhabələri anidən gecə yataqlarından qeyb olar
və səhəri Məkkədə olarlar. Onların bəzisi
küləklərin arasında hərəkət edər. Adları,
atalarının adı, sima və qiyafələri tanınmış olar”.
İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, 313
nəfər onun yanına gələr ki, onun 50-si qadındır”.
İmam Sadiq (ə) buyurur: “Bu kişilərin qəlbi dəmir
parçası kimidir. Heç bir şey onların qəlbini Allahın
zatına görə şəkkə sala bilməz. Daşdan da
möhkəmdirlər. Əgər dağa hücum etsələr, onu
dağıdarlar. İmamın atının yüyəninə əl çəkərlər və
bu işdən bərəkət istəyərlər. İmamlarının ətrafında
dövrə vurmuş, döyüşlərdə canlarını ona qalxan
edərlər. Hər nə istəsə, onun üçün edərlər. Bu
insanlar gecələri yatmırlar və namazlarındakı
səsləri bal arısının səsi kimidir. Gecələri öz
ayaqları üstə dayanar, gündüzləri isə ata
minərlər. Gecə dindarları və gündüz şirləridir.
İmama itaətləri kənizin ağasına itaətindən daha
çoxdur. Çıraq kimidirlər. Allah qorxusundan qorxar
və şəhadət istəyərlər. İstəkləri Allah yolunda
şəhid olmaqdır. Şüarları budur: “Ey insanlar!
Hüseynin (ə) qanını almaq üçün ayağa qalxın”. O
zaman ki, hərəkət edərlər, onlar dəstə-dəstə
mövlalarına tərəf gedərlər. Allah onların vasitəsilə
həqiqi İmamına yardım edər”.
Bir çox hədislərdən belə nəticə çıxartmaq olar:
1. Onlar dünyanın müxtəlif yerlərindən qeyri-adi
bir şəkildə toplaşacaqlar.
2. Onlar Həzrət Məhdi (ə.f) ilə ilk beyət edən
olacaqlar.
3. Onlar Həzrət Hüccətin (ə.f) xüsusi
müdafiəçiləridir.
4. Onlar yer üzündə Həzrət Hüccətin (ə.f)
bayraqdarlarıdırlar.
5. Onlar zalımlar üçün İlahi əzabın misalıdırlar.
6. Onlar İlahi inayət sayəsində meydanda həmişə
qələbə çalacaqlar.
7. Onların qəlbində Allaha qarşı heç bir zaman
şəkk və şübhə yaranmaz.
8. Onlar düşmənlərlə mübarizədə İmamın (ə.f) yer
üzündəki xidməçiləridir.
9. Bu səhabələrin əksəriyyəti cavandır və yaşlı
insanlar çox azdır.
10. Bu səhabələrin içərisində qadınlar da
olacaqlar.
[cavab]
Da_Silva
4 Yan 2014 / 19:04
Twk.
[cavab]
aze
4 Yan 2014 / 19:13
Da_Silva, Allah razi olsun
[cavab]
_LEBBEYK_
4 Yan 2014 / 20:07
goresen bizede qismet olacag
[cavab]
aze
4 Yan 2014 / 20:09
_LEBBEYK_, ehhh
[cavab]
reshid11
4 Yan 2014 / 20:10
ALLAH RAZI OLSUN
[cavab]
aze
4 Yan 2014 / 20:19
reshid11, Allah sene yar olsun
[cavab]
@ibrahim@
4 Yan 2014 / 20:19
reshid11, tekce aze yox hamidan burda yaxsiliq edenere ALLAH RAZI OLSUN
[cavab]
aze
4 Yan 2014 / 20:19
@ibrahim@, Alla komeyin olsun
[cavab]
_LEBBEYK_
4 Yan 2014 / 20:53
Bizde leyaqet yoxdi aganin silahdawi olag
birce aga seni gorim olim cennetide isdemirem
ilahi cehennemuvede elhemdulillah
[cavab]
Bölmeye qayıt
0.1908 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az