..::Bir Qurtum Su::..
aze
3 Yan 2014 / 23:19
Harun ər-Rəşidin müasiri olan
məşhur arif İbn Səmmak bir gün
onun yanına gəlmişdi. Harun var-
dövləti, hökuməti ilə fəxr edərək
öyünür. Bu zaman içmək üçün
onlara su gətirirlər. Harun su
qədəhini əlinə götürüb içmək
istəyəndə İbn Səmmak soruşur:
«Ey xəlifə, əgər susuzluqdan
ölmək halına gəlib çatsan və bir
qurtum suyun əvəzində xilafətin
yarısını səndən tələb etsələr,
verərsənmi?». Harun bir az
fikirləşib cavab verir: «Bəli,
verərəm».
Xəlifə suyu içəndən sonra İbn
Səmmak bu sualı verir: «Bəs, əgər
içdiyin su mədəndə qalsa və çölə
çıxmasa, səni müalicə etmək və
sudan azad etmək üçün xilafətin o
biri yarısını istəsələr,
verərsənmi?». Harun yenə deyir:
«Əlbəttə, verərəm». Bu zaman İbn
Səmmak söyləyir: «Sənin
xilafətinin qiyməti məlum oldu.
Xilafət bir qurtum suyun içilməsi
və ifraz olunması qədər dəyərə
malikdir. Əgər belədirsə, onun
uğrunda bu qədər hərislik
göstərməyə dəyərmi?!».
[cavab]
aniko
3 Yan 2014 / 23:19
aze, Allah razi olsun.
[cavab]
**BradYaqa**
3 Yan 2014 / 23:22
aze, ehsen qardawim. By:bad-boy1
red. **BradYaqa** (03.01 /23:23)
[cavab]
aze
3 Yan 2014 / 23:23
aniko, Allah sene yar olsun
[cavab]
aze
3 Yan 2014 / 23:24
**BradYaqa**, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt
0.2728 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az