Tarixin ən sirli təsadüfləri.

pol Fermer23 3 Yan 2014 / 22:37
Bəzən hadisələr o dərəcə bir-birinə bənzəyir
ki, onların təsadüf olması şübhə doğurur.
Napoleon - Hitler
1. Napoleon 1804, Hitler isə 1933-cü ildə
hakimiyyətə gəlib. Aradakı fərq 129 ildir.
2. Napoleon Vyanaya 1809, Hitler isə 1938-ci
ildə daxil olub. Aradakı fərq 129 ildir.
3. Napoleon Rusiyaya hücum etdikdə 1812-
ci, Hitler hücum etdikdə isə 1941-ci il idi.
Aradakı fərq isə yenə 129 il idi.
Linkoln - Kennedi
1. Linkoln ABŞ prezidenti olduqda 1860-cı il
idi. Kennedi isə 1960-cı ildə prezident
səlahiyyətini qəbul edib. Aradakı fərq 100
ildir.
2. Hər ikisi cümə günü, həyat yoldaşlarının
iştirakı ilə – başdan güllə zərbəsi alaraq ölüb.
3. Linkolndan sonra prezident Endru Conson
olur (Conson 1808-ci ildə doğulub).
Kennedidən sonra isə Lindon Conson
prezident olub (1908-ci ildə doğulub).
Aradakı fərq 100 ildir.
4. Hər iki şəxs prezident olmamışdan öncə
senator olub.
5. Linkolnun qatili 1829, Kennedinin qatili isə
1929-cu ildə doğulub. Aradakı il fərqi 100
ildir. Hər iki qatil də məhkəmə öncəsi
öldürülüb.
6. Linkoln "Kennedi" teatrında, Kennedi isə
"Linkoln" avtomobilində qətlə yetirilib.
1992-ci ildə fransalı rəssam Rene Şarbonno
Ruan bələdiyyəsinin sifarişi ilə "Janna Darkın
tonqalda yandırılması" rəsmini yaradır.
Janna Darkın obrazını yaratmaq üçün isə
rəssama Janna Lenua adlı bir qız modellik
edir. Lakin növbəti gün rəsm əsəri geniş
sərgi salonunda nümayiş edilən vaxt
universitet laboratoriyasında reagentlər
partlayır.
Həmin məkanda olan Janna oranı tərk edə
bilmir və orada yanaraq həlak olur. Bu
inanılmaz təsadüf barədə o zamanlar çox
yazırlar.
1896-cı ildə ikinci dərəcəli fantastik əsər
yaradıcısı Morqan Robertson Londonda öz
"Titan-ın məhvi" romanını ictimaiyyətə
təqdim edir. Bu əsərdə böyük sərnişin
gəmisinin ilk və son səfərindən, onun buz
parçası ilə toqquşub batmasından bəhs
edilir. Əsərdəki gəmi ilə 1912-ci ildə batmış
"Titanik" gəmisi, demək olar ki, görünüşü,
gəmi xüsusiyyətləri, sərnişinlərinin və həlak
olanların sayı eyni idi. Əsərdəki "Titan"
gəmisi də real həyatdakı "Titanik" gəmisi
kimi 1912-ci ildə batıb.

[cavab]

pol aniko 3 Yan 2014 / 22:40
Fermer23, cox maraqli melumatlardi lakin napoleon ve hitler o qederde tesadufi kimi gelmedi mene her birimizin heyatda idealimiz varda esasda siyaset adamlarinin.onlar demek olarki,siyasi taktikalarin bir coxunu hakimiyyeti dovrunde ugur qazanmiw hokmdarlardan gotururler

[cavab]

pol Fermer23 3 Yan 2014 / 22:47
aniko,düz deyirsən.
red. Fermer23 (03.01 /22:48)

[cavab]

pol **BradYaqa** 3 Yan 2014 / 23:04
Fermer23, maraqli idi. Heyatda bele tesadufler coxdur. Bu dunya boyuk dunyadir ve ele tesadufler var ki heqiqeten insani cox teeccublendirir. twk melumatcun by:bad-boy1
red. **BradYaqa** (03.01 /23:06)

[cavab]

pol aniko 3 Yan 2014 / 23:17
Fermer23, wexsen mende bele edirem.melumatlar cox maraqli idi twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2452 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az