Heyatinizdaki bezi weylerin ve ya bezilerinin qiymetini evvelceden anlayin

pol MaraZ 3 Yan 2014 / 15:10
Axira qeder ox coox maraqliydi..
"°°°Bir qaranquş bir adama aşiq olur.
Pəncərənin önünə qonub bütün
cəsarətini toplayır, tüklərini
qabardır, gözəl durduğuna əmin
olduqdan sonra kiçik dimdiyi ilə
pəncərəyə vurur: Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi ilə
məşğuldur. Kimdir onu işindən
aralayan? Balaca bir qaranquş!
Həyəcanlı qaranquş dərin bir nəfəs
alaraq dimdiyindən sözlərini
yağdırdı: - Hey adam! Mən səni
sevirəm. Niyəsini soruşma. Uzun
zamandır səni izləyirəm. Danışmağa
bu gün cəsarət tapdım. Pəncərəni
aç, məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir: - Yox daha
nələr! Sən hardan gəldin? Olmaz.
Ola bilməz. Sən bir quşsan. Heç quş
insana aşiq olar? Qaranquş pərt
olur. Yenə də ümidini itirmir. Bir
müddət sonra təkrar pəncərəyə gəlib
gülümsəyərək təkrar şansını yoxlayır:
- Adam, ay adam. Aç bu pəncərəni.
Al məni içəri. Səni heç incitmərəm.
Bax soyuqlar da başladı, üşüyürəm.
Yoxsa isti ölkələrə getməli olacam.
Mən ancaq istidə yaşaya bilirəm.
Peşman olmazsan. Sən də mənim
kimi yalnızsan, yalnızlığını
paylaşaram. Bu dəfə adam əməlli
hirslənir: - Mən yalnızlığımdan
məmnunam. Məni rahat burax! Bu
dəfə qaranquş başını önə əyib gedir.
Bir daha görünmür pəncərədə.
Aradan zaman keçir. Adam öncə
düşünür, sonra öz-özünə etiraf edir:
- Hey mənim ağılsız başım, nə qədər
axmaqlıq etdim. Gözlənilməz anda
qarşıma çıxan fürsəti əldən verdim.
İndi belə tək oturacağıma əyləncəli
vaxt keçirərdik birlikdə. Peşman olur
amma iş işdən keçib. Yenə də öz-
özünü rahatlatmaq üçün deyir:
İstilər başlayanda qaranquşum necə
olsa gələr. Mən də onu yanıma alar,
maraqlı bir həyat keçirərəm. …. Və
çox uzun müddət istilərin gəlməsini
gözləyir. Gözü yollarda qalır. Yaz
gəlir, başqa qaranquşlar gəlir, amma
… onun qaranquşu heç görünmür.
Yazın sonuna qədər pəncərəsi açıq
gözləyir,amma nahaq. Qaranquş
yoxdur! Gələn başqa qaranquşlardan
soruşur, görən olmayıb. Sonunda
dərdini demək və məlumat almaq
üçün bir müdrikə gedir. Olanları
danışır. Müdrik gözlərini adama
dikir və deyir: - Qaranquşların ömrü
6 aydır… Həyatda bəzi fürsətlər
vardır ki,sadəcə bir dəfə əlinizə
keçər və dəyərləndirməsə niz uçub
gedər. Həyatda bəzi insanlar vardır
ki, yalnız bir dəfə qarşınıza çıxar,
dəyərini bilməsəniz qaçıb gedər. Və
heç vaxt geri dönməzlər. Diqqətli
olun və düşünün:

[cavab]

pol *K_I_L_L_E_R* 3 Yan 2014 / 16:35

[cavab]

pol Maximum 3 Yan 2014 / 16:58

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1738 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az