..::Oxu agah ol::..
aze
1 Yan 2014 / 05:34
İmam Cəfər Sadiq əleyhissalam
buyurur:
1- Cənnəti qazanmağın yolunu
axtardım, onu səxavətli olmaqda
tapdım.
2- Sağlamlıq və salamatlığın
yolunu axtardım, onu sadə həyat
tərrzində tapdım.
3- Əməl tərəzisində yaxşı
əməllərimin ağır olmasının yolunu
axtardım, onu “la ilahə illallah,
Muhəmmədun rəsulullah” zikrində
tapdım.
4- Cənnətə sürətlə və tez girməyin
yolunu axtardım, onu bütün işləri
Allaha xatir etməkdə tapdım.
5- Ölümü sevməyin yolunu
axtardım, onu mal-dövlətdən
Allahın razılığını qazanmağa xatir
ehtiyaclı olanlara bəxşiş etməkdə
tapdım.
6- İbadətin şirinliyinin yolunu
axtardım, onu günah etməməkdə
tapdım.
7- Qəlbin incəliyinin yolunu
axtardım, onu aclıq və susuzluqda
(oruc tutmaq, ya az yeməkdə)
tapdım.
8- Qəlbin nurlu olmasının yolunu
axtardım, onu düşünmək və
ağlamaqda tapdım.
9- Sirat körpüsünü asan keçməyin
yolunu axtardım, onu sədəqə
verməkdə tapdım.
10- Üzümün nurlu olmasının
yolunu axtardım, onu gecə namazı
qılmaqda tapdım.
11- Cihad və çalışmağın üstününü
axtardım, onu ailəm üçün ruzi
qazanmaqda tapdım.
12- Allahın məni sevməsinin
yolunu axtardım, onu
günahkarlarla düşmən olmaqda
tapdım.
13- Böyüklük və başçılığın yolunu
axtardım, onu insanların xeyirini
istəməkdə və onları nəsihət
etməkdə tapdım.
14- Qəlbimin rahatlığının yolunu
axtardım, onu az sərvətə malik
olmaqda tapdım.
15- İşlərin ən üstününün yolunu
axtardım, onu səbr etməkdə
tapdım.
16- Şərafətli və hörmətli olmağın
yolunu axtardım, onu elm
öyrənməkdə tapdım.
17- Həqiqi ibadəti axtardım, onu
pərhizkarlıqda və şübhəli
şeylərdən uzaq olmaqda tapdım.
18- Rahatlıq və asayişin yolunu
axtardım, onu dünyaya bağlı
olmamaqda tapdım.
19- Ucalıq və alicənablığın yolunu
axtardım, onu təvazökar olmaqda
tapdım.
20- Əziz və hörmətli olmağın
yolunu axtardım, onu
doğruçuluqda və düzgünlükdə
tapdım.
21- Sadəlik və yumşaqlığın yolunu
axtardım, onu oruc tutmaqda
tapdım.
22- Ehtiyacsızlığın yolunu
axtardım, onu qənaətcil olmaqda
tapdım.
23- Özümə həmdəm və sirdaş
axtardım, onu Quran oxumaqda
tapdım.
24- İnsanların dostu olmağın
yolunu axtardım, onu gözəl əxlaqlı
olmaqda tapdım.
25- Allahın razılığını axtardım, onu
ata-anaya yaxşılıq etməkdə
[cavab]
HaYaLeT
1 Yan 2014 / 07:41
aze,
[cavab]
aze
1 Yan 2014 / 07:59
HaYaLeT, Allah sene kömek olsun
[cavab]
zekow
1 Yan 2014 / 12:08
super Allah razi olsun
[cavab]
*BUTTERFLY*
1 Yan 2014 / 12:24
Allah razi olsun,ellerin derd gormesin.
[cavab]
*K_I_L_L_E_R*
1 Yan 2014 / 13:30
di ALLAH sene yar olsun aze
[cavab]
**BradYaqa**
1 Yan 2014 / 14:46
aze, qardaw hemiweki kimi orijinal movzulardi. ALLAH razi olsun. By:bad-boy1
[cavab]
aze
1 Yan 2014 / 16:37
zekow, Allah sene yar olsun
[cavab]
aze
1 Yan 2014 / 16:38
*BUTTERFLY*, Allah sene yar olsun
[cavab]
aze
1 Yan 2014 / 16:40
*K_I_L_L_E_R*, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt
0.1397 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az