..::8#Anlayana::..
aze
1 Yan 2014 / 05:22
Bir vaxtlar iki qardaş var idi.
Böyük qardaş kəndin
ağası idi. O qədər varlı idi ki, hamı
onun var-
dövlətindən danışırdı. Kiçik qardaş
isə böyük
qardaşın yanında bir qarın çörəyə
işləyirdi. Bir
gün kiçik qardaş ağacın altında
oturur. Çox
yorulduğu üçün onu yuxu tutur.
Çox keçməmiş
böyük qardaş gəlir. Ayağı ilə kiçik
qardaşı vurub:
«Qalx, iş vaxtı yatmaq olmaz.
Unutma ki,
işləməyən dişləməz», — deyir.
Kiçik qardaş alakal
oyanıb gözlərini ovuşdurur və:
«Qardaş, məni
niyə oyatdın? Çox gözəl yuxu
görürdüm. Yuxuda
böyük torpaqlarım, sürüylə atım,
mal-qaram, ucu-
bucağı görünməyən otaqlarım,
var- dövlətim var
idi. O qədər gözəl bir yuxu idi ki…
Kaş ki, məni
oyatmayaydın... » — deyir. Böyük
qardaş istehza
ilə kiçik qardaşa baxır və: «Sən bu
saydıqlarını
yuxuda görürsən ancaq bütün
bunlar indi məndə
var», — deyə cavab verir. Kiçik
qardaş bir az
fikrə gedir, sonra böyük qardaşa
üz tutub deyir:
«Qardaş, əslində biz ikimizdə yuxu
görürük.
Sadəcə olaraq, fərq ondadır ki,
mənim yuxum mən
gözlərimi açanda qurtarır, sənin
yuxun isə sən
gözlərini yumanda qurtaracaq.»
[cavab]
Maximum
1 Yan 2014 / 05:24
Tsk..
[cavab]
aze
1 Yan 2014 / 05:42
Maximum, Allah sene yar olsun
[cavab]
zekow
1 Yan 2014 / 12:15
super
[cavab]
*K_I_L_L_E_R*
1 Yan 2014 / 13:34
Supppppppaaaa
[cavab]
**BradYaqa**
1 Yan 2014 / 14:48
kicik bir cumlenin boyuk hikmeti. Ehsen. By:bad-boy1
[cavab]
aze
1 Yan 2014 / 16:35
zekow, Allah sene yar olsun
[cavab]
aze
1 Yan 2014 / 16:35
*K_I_L_L_E_R*, Allah sene yar olsun
[cavab]
aze
1 Yan 2014 / 16:36
**BradYaqa**, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt
0.1362 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az