..::Xeybər döyüşündəki zəhər::..
aze
31 Dek 2013 / 19:27
Xeybər döyüşü sona çatan zaman
Xeybərin qəniməti müsəlmanlar
arasında bölünür. Zeynəb adında
bir yəhudi qadın kabab olmuş bir
quzunu hədiyə olaraq Peyğəmbərə
(ə) və səhabələrinə verir. Ancaq bu
quzunu verməmişdən qabaq
səhabələrdən soruşur ki,
Peyğəmbər (s) quzunun hansı
tərəfini daha çox sevir? Səhabələri
də qolunu daha çox sevdiyini
söyləmişdilər. (Tebyan)
Əziz Peyğəmbərimiz (s) bu dünya
ilə necə vidalaşdı...
Bundan sonra həmin qadın
quzunu zəhərə bulayıb, xüsusilə
də qol tərəfinə çox zəhər vurub,
Həzrətin (s) qarşısına qoyur.
Həzrət (s) bu kababdan bir qədər
yeyir və sonra səhabələrinə
buyurur: “Onu yeməkdən əl
saxlayın. Çünki zəhərlənmişdir” .
Həzrət Peyğəmbər (s) yəhudi
qadını çağırıb ondan soruşdu:
“Niyə belə etdin?”. O, dedi: “Çünki
mən öz-özümə deyirdim ki, əgər
bu şəxs peyğəmbərdirsə, ona heç
bir ziyan dəyməz. Əks halda isə
onun şərindən azad olarıq”.
Həzrət (s) onun sözlərini eşidib
onu bağışladı. Ancaq o hadisədən
sonra Həzrət (s) davamlı olaraq
deyərdi: “Xeybər yeməyi məni
həlak etdi və daxilimi bir-birinə
vurdu”.
Bu zəhər Həzrət Peyğəmbəri (s)
yavaş-yavaş əldən saldı və
nəhayət şəhid etdi.
İmam Baqir (ə) nəql edir: “Əziz
İslam Peyğəmbərinin (s) bərəkətli
ömrünün son günlərində İmam Əli
(ə) onun yatağının kənarında idi.
Mübarək başını qucağına almışdı.
Həzrətin evində mühacir və
ənsarlar toplanmışdılar. Bəziləri
onun yatağının ətrafında dövrə
vurmuşdular. Nəhayət Həzrət
gözlərini açır və İmam Əliyə (ə)
xitab edərək buyurur: “Qardaşım!
Mənim vəsiyyətimi qəbul
edərsənmi? Mənim tövsiyələrimi
yerinə yetirərsənmi?”. İmam Əli
(ə) buyurur: “Bəli, ya Rəsulallah!”.
Sonra ağlamağa başladı və o qədər
ağladı ki, az qalmışdı ki, qəşş etsin.
Peyğəmbər (s) Bilala buyurdu: “Ey
Bilal! Qılıncımı, zirehimi, papağımı,
atımı, dəvəmi və ibadət zamanı
qarnıma bağladığım parçanı gətir”.
Bilal Həzrətin əmrini yerinə yetirib
dediklərini gətirdi. Peyğəmbər (s)
İmam Əliyə (ə) xitab edərək
buyurdu: “Ey Əli! Bu şeylər sənə
aiddir, onları al və evinə apar”.
İmam Əli (ə) də bu əşyaları
götürüb hamının gözü önündə
gözünə və başına sürtdü və sonra
da onları evinə apardı”.
İmam Baqir (ə) buyurur:
“Peyğəmbərin (s) xəstəliyi
şiddətlənən zaman bir nəfər
girmək üçün icazə istədi. İmam Əli
(ə) Həzrətin evindən bayıra çıxıb
həmin şəxsə dedi: “Nə hacətiniz
vardır?”. O, şəxs dedi: “İstəyirəm
ki, Peyğəmbərin (s) xidmətinə
gedim”. İmam (ə) buyurdu:
“Həzrət çox xəstədir və indi onun
hüzuruna gedə bilməzsən. İstəyini
mənə de”. Həmin şəxs deyir:
“Onun yanına getməkdən başqa
bir çarəm yoxdur”. İmam Əli (ə)
evə müraciət edir və Həzrət
girmək üçün icazə verir. Həmin
şəxs evə daxil olur və Həzrətin (s)
yatağının kənarında əyləşir.
Buyurur: “Ey Allahın peyğəmbəri!
Mən Allahın məmuruyam”.
Peyğəmbər (s) buyurdu: “Hansı
dəstədənsən?”. Buyurdu: “Mən
ölüm mələkiyəm. Allah sənə ixtiyar
vermişdir ki, Allahla görüşməklə -
ölümlə bu dünyada qalmaq
arasında seçim edəsən”. Həzrət (s)
buyurdu: “Mənə möhlət ver ki,
Cəbrayil (ə) nazil olsun və mən də
onunla məsləhətləşim”. Cəbrayil
(ə) nazil oldu və buyurdu: “Ey
Muhəmməd! Axirət sənin üçün
daha yaxşı olar”. Ona görə də
Həzrət (s) dünya ilə vidalaşmağı və
Allahla görüşü seçir. Cəbrayil (ə)
Əzrayildən (ə) xahiş edir: “Tələsmə
və bir qədər səbir et ki, mən Allaha
tərəf gedib, Ona müraciət edim”.
Əzrayil (ə) deyir: “Xeyr, icazəm
yoxdur”. Elə bu zaman Həzrətin
müqəddəs ruhu mələkut aləminə
uçur”.
Allah Təala bizləri o Həzrətin (s)
ardıcıllarından qərar versin!
[cavab]
Maximum
31 Dek 2013 / 19:31
tsk...
[cavab]
aze
31 Dek 2013 / 19:35
Maximum, Allah razı olsun
[cavab]
**BradYaqa**
31 Dek 2013 / 20:11
twk qardawim ALLAH razi olsun. By:bad-boy1
[cavab]
_LEBBEYK_
31 Dek 2013 / 20:20
Exim Allah razi olsun
nece qiydilar bu ummetin atasina
[cavab]
zekow
31 Dek 2013 / 20:52
super Allah razi olsun
[cavab]
aze
1 Yan 2014 / 01:27
**BradYaqa**, Allah sene yar olsun
[cavab]
aze
1 Yan 2014 / 01:28
_LEBBEYK_, Allah sene yar olsun
[cavab]
aze
1 Yan 2014 / 01:29
zekow, Allah sene yar olsun
[cavab]
zekow
1 Yan 2014 / 02:29
aze, chox sagol
[cavab]
Bölmeye qayıt