+Gozlerinizin rengini hemiwelik deyiwe bilersiz+

pol Nurlanichka 14 Okt 2012 / 16:43
Çox vaxt həyatımızda bir çox şeyi
dəyişmək, həyatımıza yenilik və
rəng qatmaq istəyirik... Söhbət
rəngdən düşmüşkən, obrazımızı
dəyişmək istədikdə, biz çox vaxt
gözlərimizin rənginidəyişməyə
çalışırıq. Əgər əvvəl vəziyyətdən
yeganə çıxış yolu rəngli linzalar
idisə, bu gün alimlər bu məsələnin
yeni həllini tapıblar – gözlərinizin
rəngini həmişəlik dəyişə
bilərsiniz.
Yeni lazer texnologiyaları
sayəsində qonur göz rəngini zərif-
mavi yaxud boz rəngə dəyişə
bilərsiniz. Düzdür, bir “əmma” var
– belə əməliyyata qərar
verməmişdən əvvəl əmin olmaq
lazımdır ki, bu sizə həqiqətən də
lazımdır, çünki gözlərinizin ilkin
rəngini qaytarmaq mümkün
olmayacaq. Lakin əsas məsələyə
keçək – bu necə bir prosedurdur
və onun bəxtəvər müəllifi
kimdir? Inqilabi icad Stroma
(Kaliforniya) Tİbb mərkəzinin
doktoru Qreqq Homerə (Gregg
Homer) məxsusdur. O, Lumineyes
adlı geniş yayılmış texnologiyanı
hazırlayıb. Bu texnologiya
üzərində Homer 10 il çalışıb,
illərlə sürən elmi axtarışların
nəticəsinin səbirsizliklə gözlənilən
patentini isə o, 2005 ildə alıb.
Qumral gözlərin sirri asandır – bu
rəngi gözlərə gözlərin qüzehi
qişasında əmələ gələn melanin
piqmenti verir. Mavi gözlər
qumral gözlərdən melanin
piqmentinin gözün qüzehi
qişasının arxa tərəfində
yerləşməsi ilə fərqlənir. Belə çıxır
ki, açıq rəngli gözlərin sahibləri
bunu melanin çatışmazlığına
borcludurlar.
Indi siz doktor Qreqq Homerin
metodikasının nəyə əsaslandığını
başa düşürsünüz? Lazer vasitəsilə
piqment qüzehi qişanın üst
qismindən götürülür və
əməliyyatdan bir neçə həftə sonra
gözlər istəkli mavi rəngə çevrilir.
Əməliyyat cəmi 20 dəqiqə çəkir.
Lakin əməliyyata yazılmaq üçün
dəstəyi əlinizə almağa tələsməyin.
Bu prosedur insan üzərində cəmi
bir dəfə sınaqdan keçirilib.
Homer ümid edir ki, növbəti on
səkkiz ay ərzində belə
əməliyyatlar ABŞ klinikalarında
keçirilməyə başlayacaq. Hal-
hazırda bu prosedur gələcək
sınaqları keçirmək üçün maliyyə
dəstəyinə ehtiyac duyur. Hələlik
isə biz kontakt linzalardan istifadə
etməli olacağıq. Doktor Homerin
icadı linzaları əvəz edəcək kimi
görsənir, lakin bu olduqca baha
başa gələcək – 3 min funt
sterlinq.
Azərbaycanda qumral gözlərin
sahibləri əhalinin arasında çoxluq
təşkil edir, buna görə də mavi
gözlər diqqət cəlb edir və daha
cazibədar hesab edilirlər. Stroma
Tibb mərkəzinin araşdırmasına
əsasən tünd rəngli gözlərin
sahiblərinin 17% gözlərinin
rəngini daha açıq rəngə dəyişmək
istəyir.

[cavab]

pol WanTed 14 Okt 2012 / 17:02
men gozumun rengini goy qirmizi yawil edecem.:) qoy gorsunnerki vetenperverem:)

[cavab]

pol ozdunyamiz 14 Okt 2012 / 20:03
WanTed,:D o deyqe)

[cavab]

pol ozdunyamiz 14 Okt 2012 / 20:03
Maraqli idi,tewekkurler Nurlanichka

[cavab]

pol Nurlanichka 14 Okt 2012 / 22:35
ozdunyamiz,Deymez:)

[cavab]

pol Golf 15 Okt 2012 / 01:14
Menim gozum normalda qehveyidi.lamiwka iwiginda aciq karicnivi olur.qelem cekende yawil.gun iwiginda goze carpacaq derecede aciq yawil fosfor yawili olur.hami ele bilir linza taxiram.menim gozumde kipriyimde originaldi.ey meni taniyanlar.ehtiyacim yoxdu linzaya..

[cavab]

pol WanTed 15 Okt 2012 / 02:52
Golf,daa denenki senun gozderun sviftafor-duda:)))

[cavab]

pol Monster 15 Okt 2012 / 05:57
WanTed,brat mende deyecekdim de senin gozun isiqforduda sen meni qabaqladin.
red. Monster (15.10 /05:57)

[cavab]

pol Monster 15 Okt 2012 / 06:00
heqiqeten deyirdm menim gozum qehveyi rengdedi amma gun isiqi dusende bir basqa reng olur ozumde bilmirem niye

[cavab]

pol WanTed 15 Okt 2012 / 18:08
Monster,senden cox yawayacam:)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2036 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az