+Seher yemeyi yemesek,ne olar?+

pol Nurlanichka 14 Okt 2012 / 15:57
Çox insan səhər yemək yeyə
bilmir. Və ya səhər yeməyini
lazımsız sayır.Hətta səhər
yeməməklə arıqlamağı nəzərdə
tuturlar. İlkin görünüşdən bu,
məntiqli görsənsə də, əslində belə
deyil.
Gecə insan yatanda orqanizm
dincəlir, amma bəzi orqanlar var
ki, onlar işləyir. Bu da enerji itkisi
deməkdir. İtirilmiş enerji ilə günə
başlamaq düzgün deyil. Bu,
günortayadək daha çox enerji
itkisinə səbəb olacaq ki, nəticədə
siz günorta normadan daha çox
enerji almaq məcburiyyətində
qalacaqsınız. Bu da sizin arıqlama
arzularınızı suya düşürəcək.
Keyfiyyətli səhər yeməyi zehni və
fikrimizi bir yerə toplama
gücümüzü daha da gücləndirir.
Keyfiyyətli səhər yeməyində
mütləq yetəri qədər protein, lif
olmalıdır ki, aclıq hissi saat 11-12
ə kimi olmasın. Hər yemək vaxtı
- səhər yeməyi də buna daxildir -
rəngli nə isə yemək lazımdır.
Rəngli deyərkən meyvələri,
tərəvəzləri, gilə meyvələri
nəzərdə tuturam. Əgər səhər
tezdən oyanmalısınızsa və
iştahanız olmursa, işə/məktəbə
gedərkən, yolda bir banan və ya
xoşladığınız hansısa bir meyvəni
yeyə bilərsiniz. Ancaq mütləq
məktəbə/işə çatdığınızda səhər
yeməyini yeməlisiniz.
Səhərə yumurta yeyin
Hər səhər müntəzəm olaraq hansı
ərzaqları qəbul etməklə gün
ərzində orqanizmi enerji ilə təmin
etmək və sağlamlığı qorumaq
olar? Alimlər belə qərara gəliblər
ki, yumurta - ən yaxşı səhər
yeməyidir. Səhər yumurta
yedikdə uzun müddət həm fiziki,
həm də intellektual fəallığı
saxlamaq mümkündür.
Yumurtanı cəsarətlə ən yaxşı
səhər yeməyi adlandırmaq olar. O,
protein, D və B12 vitaminləri,
amin turşuları və antioksidantlarla
zəngindir. Özü də səhər qayğanaq
yeyənlər çəkinin artacağından
narahat olmaya bilərlər.

[cavab]

pol dilek2 14 Okt 2012 / 16:00
Men seher yemeyi yemirem.

[cavab]

pol yako 14 Okt 2012 / 16:02
Men teessuf seher yemeyi yeye bilmirem:)melumata gore twk.

[cavab]

pol WanTed 14 Okt 2012 / 16:09
seher derse gedende birazda nese olsa yeyrem.yungulvari yeyirem.xaw piti qutab. dovqa zad)))

[cavab]

pol Nurlanichka 3 Noy 2012 / 20:15
+++++

[cavab]

pol Memo 3 Noy 2012 / 20:18
Men ümumiyyətlə heç nə yemirəm səhər...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1902 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az