+Sebirlisen?!Test!
Nurlanichka
14 Okt 2012 / 15:44
aşqa insanların fikrini dinləyirsən?
Ona hörmətlə yanaşmağı
bacarırsınız? Səbrli insansınızmı?
Bunu yoxlamaq üçün sizə test
təqdim edirik. Ümid edirik ki,
səbrinizin hansı vəziyyətdə
olduğunu ölçüb bundan nəticə
çıxaracaqsınız.
Qeyd: Suallara tez və düşünmədən
cavab verin.
1. Sizə elə gəlir ki, ağlınıza çox
gözəl bir ideya gəlib. Lakin bunu
heç kəs bəyənmir və dəstəkləmir.
Bu zaman siz kədərlənirsiniz?
a) Bəli
b) Xeyr
2. Siz dostlarınızla görüşürsünüz
və kimsə söyləyir ki, oyun
başlasın. Siz nə təklif edərdiniz?
a) Bu oyunda ancaq yaxşı
oyunçular iştirak etsin
b) Eybi yox, oyunun qaydalarını
bilməyən də, iştirak etsin
3. Sizə xoş olmayan xəbəri sakit
bir şəkildə izləyə bilərsiniz?
a) Bəli
b) Xeyr
4. İctimai yerlərdə sərxoş
insanların peyda olması sizi
qıcıqlandırırmı?
a) Başqa insanlara heç bir
narahatçılıq törətmirlərsə və
sərhədləri aşmırlarsa, bu mənə
qətiyyən təsir etmir.
b) Özünü idarə edə bilməyən
insanlara həmişə nifrət etmişəm
5. Başqa peşənin, mövqeyi sizinlə
eyni olmayan insanlarla asan
ünsüyyyət qura bilirsinizmi?
a) Bunu etmək mənim üçün
çətindir
b) Mən belə şeylərə fikir
vermirəm
6. Sizə edilən zarafatlara necə
reaksiya verirsiniz?
a) Mən nə zarafat, nə də zarafatcıl
insanları sevirəm
b) Zarafat xoşuma gəlməsə də,
eyni reaksiya ilə cavab verərəm
7. Bu fikirlə razısınızmı ki,
“insanların çoxu öz yerində
oturmur və özişini görmür” ?
a) Bəli
b) Xeyr
8. Hansısa tədbirə ya da məclisə
dostunuzu da özünüzlə birlikdə
gətirirsiniz və o, bütün
kompaniyanın diqqət mərkəzinə
çevrilir. Buna münasibətiniz necə
olar?
a) Sözün düzü, bu mənə pis təsir
göstərər. Çünki bütün diqqətlər
mənim deyil, onun üzərindədir
b) Mən sadacə olaraq sevinə
bilərəm
9. Qonaqlıqda yaşlı bir insanla
oturmusunuz. O, yeni nəsli tənqid
edir, köhnə nəsli tərifləyir və
nümunələr gətirir. Bu zaman siz
nə edərsiniz?
a) Mülayim bir şəkildə üzr istəyib
ordan uzaqlaşaram
b) Mübahisə edərəm
İndi isə ballarınızı hesablayın: 1b,
2b, 3b, 4a, 5b, 6b, 7b, 8b, 9a
(digər variantı seçmisinizsə, boş
buraxın, yəni, 0 ball hesablayın)
Nəticə :
0 – 4 bal: Siz zarafatcıl deyilsiniz.
Bağışlayın, amma çox tərssiniz.
Belə bir təəssürat yaranır ki, siz
fikir və mövqeyinizi insanlara
sırırmaq istəyirsiniz. Tez-tez
səsinizin tonunu yüksəldirsiniz.
Belə bir xaralterlə insanlarla
norml ünsiyyət, münasibət
qurmaq çətindir. Onlar sizi sizin
etdikləriniz və dediklərinizlə razı
olmaq məcburiyyətində deyil.
İnsanları özündən çıxartmayın.
6 – 12 bal: Fikirlərinizin üstündə
qətiyyətlə durmağı bacarırsınız.
Buna baxmayaraq siz insanlarla
dialoq zamanı, həqiqəti ayırd
edərək öz fikrinizi (səhv fikrinizi)
dəyişə bilərsiniz. Hərdən olur ki,
həmsöhbətinizə qarşı çox laqeyd
davranır və hörmətsizlik edirsiniz.
Belə olan halda siz mütləq
həmsöhbətinizə qalib gələ
bilərsiniz. Çünki o, həssas
xarakterli insan ola və bundan
küsə bilər. Sizcə, dürüst və
vicdanla qalib gəlmək qalarkən
cığallıq edərək udmaq
düzgündürmü?
14 – 18 bal: Əminliyinizlə ağlınız
bir-birinə uyğundur. Siz ilk
baxışdan düzgün qərar verə və
nəticə çıxara bilərsiniz. Hətta onu
dəstəkləməsiniz belə. Özünüzə
qarşı hədsiz dərəcdə tənqidi
münasibət göstərirsiniz. Eyni
zamanda böyük ustalıq və taktika
ilə qarşıdakı insanın səhv
düşüncələrini dəyişdirmək
qabiliyyətinə maliksiniz. Bu
baxımdan sizi səbrli insan
kateqoriyasına daxil etmək olar.
[cavab]
[=KraL=]
14 Okt 2012 / 15:59
Hech axira kimi oxumaga sebrim chatmadi )))
[cavab]
dilek2
14 Okt 2012 / 15:59
Sebirli deyilem.Bu yazini bele axira qeder oxuya bilmedim.
[cavab]
Nurlanichka
14 Okt 2012 / 16:02
Sebirsizler:))))
[cavab]
yako
14 Okt 2012 / 16:05
mende oxuya bilmedim sorry Nurlanicka)))sebrsiz olduqmu onsuz bilirem)
[cavab]
WanTed
14 Okt 2012 / 16:08
axira qeder oxumadim.sebrim yoxdu:(
[cavab]
*nazli*
14 Okt 2012 / 16:14
men axira qeder oxudum amma hamisi yalandi!!!
[cavab]
nina*
14 Okt 2012 / 17:56
5 balim oldu..ama 0-4 bi de 6dan yuxari ballar var.indi nece olcq?))
[cavab]
Memo
14 Okt 2012 / 18:10
11 bal yigdim :(
[cavab]
ozdunyamiz
14 Okt 2012 / 20:02
Testi onceden etmiwem,dogru cavablara gore 2 bal,yalniw cavaba gore 0 bal. 8 dogrum oldu,neticede 16 bal edir.
[cavab]
Bölmeye qayıt
0.148 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az