cib komputeri
spange
14 Okt 2012 / 15:02
Сib kompüteri
Xəbərin var, xəbərdən? Yeni сib kompüteri iсad olunub. PS Square adlı bu orijinal kompüter 12-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulur. Bu yeni layihənin müəllifi isə dizayner Hipotaka Matsundur. Onun beyninin məhsulu olan bu mini-jihaz həm təhsillə bağlı məqsədlər, həm də əyləncə və sosial şəbəkələrdə ünsiyyət üçün çox sərfəlidir. RS Square cib kompüteri 6 düym (düym - 23 millimetrə bərabər ölçü vahidi; futun on ikidəbiri – red.) diaqonallı sensor ekrana malikdir. Belə ekranda kitab oxumaq, internetə qoşulmaq, yazı yazmaq, video oyunları oynamaq çox rahatdır. Bundan əlavə, PS Square slayder planşet kimi də istifadə oluna bilər. Bunun üçün ekranın altında QWEPTY klaviatura, kənarlarında isə video oyunlar üçün coystiklər var. Həmçinin PS Squape video və audio player kimi də istifadə edilə bilər. USB və mini USB bağlanma girişləri vasitəsilə başqa rəqəmli cihazlara, Wi-Fi modulu ilə internetə də qoşula bilər. Müəllif təqdim etdiyi cihazı nədənsə, yeniyetmələrə aid etsə də, əslində, PS Square böyüklərin də çox xoşuna gələcək.
[cavab]
Bölmeye qayıt
0.2633 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az