hem oturacaq,hem televizor

pol spange 14 Okt 2012 / 15:01
Həm oturacaq, həm televizor



Heç televizorun üstündə əyləşmisiniz? Yox, zarafat etmirik. Söhbət koreyalı dizayner Sunq-kyu Namın layihəsi əsasında hazırlanmış NapTV adlı yeni qurğudan gedir. Bu qurğuya tənbəllər üçün televizor da demək olar. Yəni görünüşjə stula bənzəyən bu əşyanın oturajaq yerinin alt tərəfində maye kristallı kiçik ekran yerləşdirilib. Bu ekrana baxmaq üçün oturajağın altına uzanmalısan. Tamaşaçılar bir neçə nəfər olduqda isə oturajağı yan üstə qoyub adi televizor kimi istifadə etmək olar. Televizora baxmayanda Nap TV-dən daşınan kiçik masa kimi də istifadə etmək olar. Belə ki, çəkisi yüngül olan Nar TV asanlıqla başqa yerə daşına bilər. Bunun üçün iki tərəfdən qulpları da var.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1697 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az