Bir tesaduf idi heyatimda varliğin
Edik__
29 Dek 2013 / 18:14
Heç gözləmədiyim anda
həyatıma daxil oldun. Sevgiyə
inanmadığım anda birdə baxdım
ki artıq özüm aşiq olmuşam. Artıq
özüm özümə inana bilmirdimki
sevgiyə inanmayan mən sənə
aşiq olmuşam... Sevdim
sevildim... Zaman oldu xoşbəxt
oldum zaman oldu
kədərləndim... Amma heç bir
zaman tək olmadim. Ağlayanda
da yanımda oldun, güləndə də...
Artıq dostlarımda məni
danlayırdılar ki bəs sən sevgiyə
inanmırdın görürsən sevgi necə
hissdi? Susurdum
gülümsəyirdim. Ama ürəyim
sanki körpə uşaq ürəyi idi.
ərköyün uşaq olmuşdum
dəyişmişdim tamam. Bəzən
qısqanclıqdan dalaşırdıq
küsürdüm ağlayırdım... ama
könlümü aldığın zaman göz
yaşımı da unudurdum.
Necə ki həyatıma qəfil gəldin
eləcədə qəfil çıxdın. Heç özümdə
inana bilmədim. Sanki bir
boşluğa düşdüm. Sanki əlim
qolum qırılıb yanıma düşdü.
Nələr oldu bizə? Xəbər
göndəribsən bu sevginin sonu
yalnız ölüm olacaq. Əmin ol
məndəki bu canı yalnız Allah
alacaq. Sənin gücün çatmaz.
Bilirəmki heç bir zaman
görüşməyəcəyik. Mən hisslərimi
yazıram bəlkə bir zaman
oxuyarsan yazdıqlarımı. Xəbərin
olsun indi ərköyünlük nədi
unutmuşam indi həqiqətən
ürəyim daş olub. Unutmuşam
səni desəm aldatmış olaram,
ama inanki ürəyimdə yaşayan
hisslər ərköyün sevgimdən
xatirədi. Artıq sevmirəm səni
artıq yoxluğunla barışmışam....
Necəki gözləmədiyim anda
həyatıma gəldin, gözləmədiyim
anda da həyatımdan çıxdın. Artıq
ürəyimdə sənə yer yoxdu. Uğur
sənlə olsun.
[cavab]
Bölmeye qayıt