+Hansi rengli qida neye yaxwi gelir+

pol Nurlanichka 14 Okt 2012 / 09:34
Amerika Xərçəng Dərnəyi və
John Hopkins Xəstəxanasının
apardığı ortaq araşdırma diyeti
meydana gətirən rənglərin
xəstəliklərlə yaxın əlaqəsi
olduğunu ortaya çıxardı. Tərəvəz
və meyvədən zəngin diyet
xərçəng və xroniki xəstəlik riskini
azaldır. Ağlar xolesterolu
azaldarkən, bənövşəyilər xərçəng
və yaddaşda çox təsirlidir. " Nə
yeriksə, oyuq" sözü bir daha
təsdiqləndi.
Aparılan son işlər, gündəlik olaraq
5 və üzərində rəngli tərəvəz və
meyvə istehlakının sağlam həyat
üçün çox əhəmiyyətli olduğunu
sübut etdi.
Tərəvəz və meyvələrin təmin
etdikləri vitamin, mineral, sıxa
(lifli qidalar) və fitokimyəvi ilə
sağlamlığı inkişaf etdirdikləri,
yaşlanmanın səbəb olduğu
təsirlərin qarşısını aldığı, xərçəng
və ürək xəstəlikləri riskini
azaltdıqları təyin olundu.
AĞ QİDALAR
Ağ rəngli qidalar LDL xolesterolu
azaldıb, ürək xəstəlikləri riskini
azaldır. Banan, armud, gül kələm,
sarımsaq, soğan, göbələk, kartof
kimi ağ rəngli qidaları istehlak
edərək ürək xəstəlikləri riskinizi
minimuma endirməniz
mümkündür.
MAVİ VƏ BƏNÖVŞƏYİ
Mavi və bənövşəyi rəngli qidalar
təsirini ən çox yaddaş üzərində
göstərir. Bu rəngdəki qidalar bir
çox xərçəng növünə (başda
prostat xərçəngi olmaq üzrə)
tutulma riskini azaldır. Qan dövran
sisteminin qorunmasına və sağlam
yaşlanmağa da kömək edir. Ərik,
qara üzüm, badımcan, böyürtkən,
əncir, çöl mersini, kələm kimi
qidaları tez-tez istehlak etməyə
diqqət edilməsini mütəxəsislər
xəbərdarlıq edir.
SARI VƏ NARICI
Sarı və narıncı rəngli qidalar
immunitet sisteminin
güclənməsini təmin edir. Göz və
ürək xəstəliklərinə qarşı qalxan
meydana gətirir. Portağal, şaftalı,
mango, qovun, kök, ananas, üzüm,
balqabaq, ərik, sarı alma, qarğıdalı
bu rəng qidalar arasındadır.
YAŞIL QİDALAR
Yaşıl rəngli qidalar sümükləri
qoruyur, dişləri gücləndirir, göz
sağlamlığına zərər gəlməsinin
qarşısını alır. Bəzi xərçəng
növlərinə tutulma riskini də
azaldır. Yaşıl rəngli qidalar
arasında kivi, ispanaq, brokoli,
brüksel kələmi, kahı, kələm,
avakado, yaşıl alma, xiyar, bibər,
təzə soğan, roka kimi qidalar
iştirak edir.
QIRMIZI QİDALAR
Pomidor, qırmızı alma, çiyələk,
qarpız, ahududu, albalı, turp kimi
qırmızı qidalar sağlamlıq
cəhətindən olduqca
əhəmiyyətlidir. Qırmızı rəngli
qidaların Alzheimer xəstəliyindən
qorunmaqda baş rolu oynadığı
artıq sübut edildi. Qırmızı qidalar,
ürəyin qan axınını təşkil edir və
üriner sistemin sağlamlığını da
qoruyur.

[cavab]

pol selim 14 Okt 2012 / 11:58
Nurlanichka,yazan ellerin sag olsun maraqli idi twk

[cavab]

pol Dj_KeNaN 14 Okt 2012 / 12:57
Sen hekimsen ? ))

[cavab]

pol Nurlanichka 3 Noy 2012 / 20:12
+++++

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1309 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az