+Siqaretin faydali cehetleri+
Nurlanichka
14 Okt 2012 / 08:50
Uzun illərdir Ümumdünya
Sağlamlıq Təşkilatı həyəcan təbili
çalır – Siqaret çəkmək sağlamlıq
üçün ziyandır. Ancaq son aparılan
araşdırmalara inansaq onda siqaret
sağlamlıq üçün o qədər də
təhlükəli deyil.
Sağlamlığa olan təhlükə hətta
siqaret qutuların üzərindədə əks
olunub. İndi isə bu zəhərli
tüstünün faydasının da olduğu
deyilir. Bəs bu nədir?
1.Möhkəm diz
Avstraliyanın Adelaide
Universitetinin alimləri yaxın
zamanda müəyyən ediblər ki,
siqaret çəkənlərin oynaqları,
xüsusilə dizləri daha az zərər
görür. Bu nəticə bu ilin yayında
əldə edilsə də, onun səbəbi
açıqlanmayıb. Ancaq nikotin
hansısa yolla osteoporozdan
(sümük sisteminin deformasiyası
ilə müşahidə edilən xəstəlik)
qoruyur, qığırdaq və vətərlərin
dağılmasının qarşısını almağa
kömək etdiyi ehtimal edilir.
2.Parkinson riskinin azalması
Aparılan bir neçə elmi iş sübut
edir ki, siqaret çəkənlər parkinson
xəstəliyindən daha az əziyyət
çəkirlər. Guya ki, tütün tüstüsü
hər hansı müdafiə təbəqəsi
yaradır. Anoloji nəticəyə
harvadrın elmi işçiləridə gəliblər.
Ancaq onlar fərqli bir xüsusiyyəti
də tapa biliblər – insanı siqareti
atan kimi onun qoruyucu təsiri
tamamilə itir.
3. Piy demək olar ki, yoxdur
Siqareti atdın – kökəldin,çəkdin-
arıqladın. Bu nəzəriyyə aydındır.
Ancaq 2009-cu ildə alimlər bu
məsələnin kökünə getdilər.
Piy insan orqanizmində xüsusi
zülal ayırır. Onu AZGP1 geni kimi
kodlaşdırırlar. Məhz Nyu-Yorkun
Kornel universitetinin alimləridə
bu gen üzərində işləyiblər. Onlar
müəyyən ediblər ki, siqaret
çəkənlərdə bu xeyli fəaldır. Yəni
yağı yandıran zülalın yüksək
səviyyədə yaranmasını təmin edir.
Bu nəticələri siqaret çəkən və
çəkməyənlərdən götürülən
nümunələrin tədqiqi sayəsində
əldə etmək mümkün olub. Düzdür
burada da tütünün tərkibindəki
hansı maddənin genin yaranmasını
sürətləndirdiyi hələdə sirr olaraq
qalır.
Amma buna baxmayaraq
mütəxəssilsər arıqlamaq üçün olsa
belə tüstüləməyi məsləhət
görmürlər. çünki kökəlmək
sağlamlığı başqa təhlükələrlə üz
üzə qoymaqdan daha yaxşıdır.
4. İnfarktdan ölmə riski azalır
Mütəxəssislər əmin edirlər ki,
siqaret çəkənlərin arteriya
damarlarını genişləndirmək
çəkməyənlərə nisbətən daha
asandır. Bu cür əməliyyatlar
infarkt riskini azaldır. Alimlərin
fikrincə, siqaret çəkənlər
çəkməyənlərlə müqayisədə
damarlarla bağlı problemlərlə tez
rastlaşırlar. Onların damarları daha
elastik olur.
5. Dərmanlar effektiv olur
Kerayalı alimlərin sözlərinə görə,
qan damar sistemi xəstəlikləri və
arterial damarda troblaşmanın
profilaktikası üçün nəzərdə tutulan
“Klopidogrel” adlı preparatlar
siqaret çəkən insanlara daha yaxşı
təsir edir. Effekt gündə 10 siqaret
çəkənlərdə hiss edilir.
[cavab]
lokcity777
14 Okt 2012 / 14:18
yaaa siqaretinde faydali terefi olurmuw?!!....nifret edirem siqarete
[cavab]
_SeNSiZ_
14 Okt 2012 / 14:25
siqareti atmiwdim. Gerey tezden bawliyim cekmeye ))
[cavab]
Dj_Elektron
14 Okt 2012 / 14:33
Ziyan
[cavab]
*nazli*
14 Okt 2012 / 14:35
duzunu desem bir cumle oxudum yazan cox sebirliymis
[cavab]
Nurlanichka
20 Okt 2012 / 15:20
:))))
[cavab]
ozdunyamiz
20 Okt 2012 / 22:43
maraqlidi) yenede cekesi deylem :p
[cavab]
Bölmeye qayıt