+Piwikler haqqinda+
Nurlanichka
14 Okt 2012 / 08:44
1 - Pişiklər süd sevər : Məcbur
olmadıqca heç bir pişik, ana
südündən kəsildikdən sonra inək
südü içmək istəməz, çünki
içindəki laktoz nisbəti çox
yüksəkdir və onların həzminə
uyğun deyil, amma aç və susuz
isə nə etsin, önünə başqa bir şey
qoyulmazsa məcbur olaraq içəcək,
ancaq hər qurtum inək südü
pişiklərdə ciddi həzm
problemlərinə gətirib çıxarır. Çox
pişik əslində su içməyi seçir.
2 - Pişiklər siçan yeyər : Hərhalda
bu da Tom və Jerrynin
yaradıcılarının bir fantaziyası
olaraq həyatımıza yerləşmiş bir
vəziyyət; pişiklər, siçanlarla
oynamağı və oynayarkən onları
öldürməyi sevərlər. Bu, ana
menyuda siçan seçdikləri mənasını
verməz. Pişiklər onun yerinə,
əgər tuta bilsələr dovşan, soxulcan
və çəyirtkələri yeməyi seçərlər.
Çox çətin vəziyyətdə qalmadıqca
siçan yeməzlər.
3 - Pişiklər yuyunmağı
sevməzlər :Bir çox pişik cinsi,
suyu çox sevər. Pişiklərin
sevmədiyi şey, insanların onları
suya girməyə məcbur etməsidir
4 - Pişiklərin mırıldanması
keflərinin yerində olduğunu
göstərər : Buyurun bu da bir səhv
inanış, pişiklər qorxduqlarında ya
da bir yerləri ağrıdığında da
mırıldanarlar . Mırıldanmanın
mənası əslində: "Heey sən, hər
kimsənsə, mənim adım pişik,
mənə bir az daha əlaqə
göstərərsənmi ?" deməkdir.
Məsələn yeni doğulmuş və daha
gözləri açılmamış pişiklər də
analarının özlərini tapması üçün
mırıldanaraq ona səslənərlər.
5 - Pişiklər qaranlıqda yaxşı görə
bilərlər : Pişiklər qaranlıqda biz
insanlar nə qədər yaxşı görürüksə
o qədər görə bilər. Ancaq
pişiklərin retinalarının arxasında,
Tapetum Licidum adı verilən bir
retina vardır. Bu təbəqə gələn
işığı əks etdirər. Beləcə işıq
retinaya öndən və arxadan olmaq
üzrə iki dəfə əks olunar, və daha
təsirli şəkildə iş görmüş olar.
Buna əlavədən retinalarında
uvuladan (rəngləri görmələri
təmin edici) daha çox qəbuledici
(görmə qüvvətini artırıcı) vardır.
Beləcə alaqaranlıqda nisbi olaraq
daha yaxşı görə bilərlər.
6 - Qabağınızdan qara pişik
keçməsi uğursuzluq gətirər : Eh
yəni insaf, bu qədər səhv olarmış?
Bir yuxarı qoyduğum şəkilə
baxın,sizcə elə məsum pişiklər
insana uğursuzluq gətirə bilərmi?
[cavab]
Seyfu
14 Okt 2012 / 10:37
Ela.cox sag ol
[cavab]
lokcity777
14 Okt 2012 / 14:15
coox maraqlidi.tewekkur
[cavab]
Nurlanichka
14 Okt 2012 / 14:19
Deymez sizler sagolun:)
[cavab]
*nazli*
14 Okt 2012 / 14:39
bir de pisikler her yeri boz gorur
[cavab]
Bölmeye qayıt
0.2395 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az