+Dirnaqlar+
Nurlanichka
14 Okt 2012 / 08:22
Amerikalı elm adamlarının
araşdırmaları nəticəsində məlum
olub ki, dırnaqların rəngi bəzi
xəstəliklərin göstəricisidir. Belə
ki, dırnaqlardakı ağlıq hepatitin,
sarı, qalın və yavaş uzanan
dırnaqlar ağciyər xəstəliklərinin,
dib qismi ləkəli sarı dırnaqlar
diabetin, yarısı çəhrayı, yarısı ağ
rəngli dırnaqlar böyrək
xəstəliklərinin əlamətidir. Dırnaq
dibləri çox tünd çəhrayı ya da
qırmızı rənglidirsə, bu, ürək
xəstəliyinin göstəricisidir.
Dırnaqlarda soyulma revmatizm
əlamətini, dırnaqların alt qismində
qırmızı ləkələr varsa, dəri vərəmi
ehtimalı göstərir. Dırnağın alt
qisimində tünd ləkələr varsa, dəri
xərçənginə tutulma ehtimalı var.
Dırnaqların tam yenilənməsi
əllərdə 3-4 ay, ayaqlarda 6-8 aya
başa gəlir. Hamilə qadınların və
dırnaqlarını yeyənlərin dırnaqları
yavaş uzanır. Bəzi vitaminlərin
əskikliyi, həddindən artıq
yorğunluq, artıq zəiflik, düzgün
qidalanmama, bəzi dərman
zəhərlənmələri isə dırnaq
uzanmasını yavaşada bilər.
Sağlam bir dırnaq parlaq, hamar
səthli, elastik və xarici faktorlara
müqavimətlidir. Bədəndəki
dəyişik xəstəliklər, fiziki faktorlar,
dərmanlar, birbaşa dırnaqları tutan
xəstəliklər dırnaqlarda
problemlərə səbəb ola bilər. Bu
problemlər dırnaqlarda estetik
qüsurlar meydana gətirməklə
yanaşı, dırnaqların funksiyalarını
da pozur.
Tibbi estetik uzman Nuran Əliyeva
Kabakçının sözlərinə görə, rəng
dəyişiklikləri dırnaqlar üçün çox
əhəmiyyətlidir. Belə hallarda bu
problem xəstəlik əlaməti olaraq
araşdırılmalıdır. "Çox zaman
pasiyentlər dırnaqların
ağarmasından şikayət edirlər.
Bunun konkret səbəbi bilinməsə
də, buna göbələk xəstəlikləri,
dərmanlar və ya kimyəvi
maddələr, vitamin əskiklikləri və
manikür zamanı zədələnmələr
səbəb ola bilər".
Həkim bildirir ki, dırnaqların
narıncı rəngə çalması sədəf
xəstəliyinin, sarı rəngə çalması isə
göbələk xəstəlikləri, eləcə də bəzi
dərmanlarla əlaqədar ola bilər.
Siqaret çəkənlərdə də dırnaqlar
sarı rəngə çala bilər. Bu, siqaretin
tüstüsündən əmələ gələn
ləkələrdir. Bəzən isə dırnaqlar
mavi və ya qara rəng alır.
Həmsöhbətimizin sözlərinə görə,
hormonil preparatlar və ağır
dərman qəbul edənlərin
dırnaqlarının rəngi çox zaman
belə olur. "Dırnaqlarda qara
ləkələnmələr kiçik hissələri əhatə
edirsə, öncə ağla dırnaqaltı ətlərin
qanaması gəlir. Amma bu
ləkələnmələr melanoma adlı
təhlükəli xərçəng növünün
əlaməti ola bilər. Ləkə dırnaqla
birlikdə irəli gedirsə, bu, ət
qanamasıdır. Yox, əgər dırnaq
uzanır, ləkə isə yerində qalırsa,
mütləq həkimə müraciət etmək
lazımdır" deyən həkim hesab edir
ki, dırnaq üzərində uzununa qara
xətlər də dərman istifadəsinin
əlaməti ola bilər. Dediyinə görə,
dırnaq uclarındakı kiçik, qara
xətlər isə səthi qanamalara
bağlıdır ki, bu da çox zaman
zədələnmələr zamanı meydana
gəlir.
Ən çox müşahidə edilən dırnaq
xəstəliklərindən biri də dırnaqların
qalınlaşıb, kobudlaşmasıdır. Bu
zaman dırnaqlar qalınlaşır,
quruyur, sərtləşir, parıltısını itirir
və asan qırılır. Bu əlamətlər
göbələk xəstəliyinə məxsusdur və
çox zaman ayaq dırnaqlarında baş
verir. Həkim bildirir ki, göbələk
xəstəliyi yoluxucudur və qayçı,
corab və s. bu kimi alətlərin
istifadəsi zamanı keçə bilər.
N.Kabakçının dediyinə görə,
dırnaqların qırılma səbəbləri
müxtəlif ola bilər. Belə ki,
dırnaqlar B7, A, D vitaminlərinin
və dəmir, maqnezium, kalsium və
sink çatışmazlıqları zamanı qırılır.
Genetik və ailəvi səbəblər,
xüsusilə zülal zəifliyi, dırnaqların
hava almaması, davamlı lak
istifadəsi və aseton da dırnaqların
qırılmasına səbəb ola bilər.
Müsahibimiz dırnaq qırılmasının
qarşını almaq üçün zülal tərkibli
qidaların qəbulunu məsləhət
görür. Bundan əlavə, ərik, kök və
üzüm şirəsi içmək də bu
problemin arada qalxmasına
yardım edir.
Bəzi insanların dırnaq yemə kimi
mənfi vərdişləri olur. Dırnaq
yemək insanda müxtəlif ağır
xəstəliklərin yaranmasına səbəb
ola bilər. Dırnaq yemək
bəzilərində vərdiş halını alsa da,
bunun da özünəməxsus səbəbləri
var. İnsanlar əsəbi, gərgin, çətin
və ac olduqları zaman dırnaq
yeməyə üstünlük verirlər.
Bəzən qadınlar dırnaqları
uzanmadığından, süni dırnaqlara
və ya süni yolla uzadılan
dırnaqlara üstünlük verirlər.
Manikür ustası Səadət Səlimovanın
sözlərinə görə, müasir zamanda
dırnaqlar müxtəlif səbəblərdən
quruyub, qırıldığı üçün
qadınlarımız süni dırnaqlara, daha
doğrusu, dırnaqların uzadılmasına
üstünlük verirlər. "Biz buna
protez dırnaq da deyirik" deyən
S.Səlimova protez dırnaqların təbii
dırnaqlar kimi olub, heç bir
narahatlıq yaratmadığını bildirib.
Onun dediyinə görə, süni
dırnaqlar ayda bir dəfə manikür
etdirilməli, səliqəyə salınmalıdır.
[cavab]
Nurlanichka
3 Noy 2012 / 20:13
+++++
[cavab]
Bölmeye qayıt
0.1595 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az