..::Dua etməkdə israrlı olaq::..
aze
28 Dek 2013 / 22:49
İmam Sadiq (ə) buyurur: “İnsan
duadan başqa heç bir şeylə Allaha
yaxınlaşmaz
Hər bir kiçik məsələyə görə onu
cüzi hesab edib, dua etməyi boş
buraxmayın. Çünki kiçik hacətlər
də o Kəsin əlindədir ki, böyük
hacətlər Onun əlindədir”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Sizlərdən hər biriniz gərək
hacətinizi Allahdan istəyəsiniz.
Hətta duz və çəkmənizin bağına
qədər.”
Həzrət Peyğəmbər (s) buyurur:
“Allah Təalaya layiq deyildir ki, dua
qapısını bəndəsinə açsın, lakin
duanın yerinə yetmə qapısını
üzünə bağlasın. Allah bu cür iş
görməkdən daha Kərimdir”.
Bəznəti deyir: “İmam Rzaya (ə)
dedim: Fədan olum, neçə ildir ki,
hacətimi Allahdan istəmişəm.
Ancaq cavab almamışam. Qəlbimdə
yavaş-yavaş şübhə yaranmışdır”.
İmam (ə) buyurur: “Əgər sənə söz
desəm, mənə etimad edərsən?”.
Dedim: “Sizə etimad etməyim, bəs
kimə edim?”. İmam (ə) buyurur:
“Onda Allaha daha çox etimad et.
Çünki Allah sənə yerinə
yetirəcəyini vəd etmişdir. Məgər
Allah buyurmamışdır ki: “Məni
çağıran zaman dua edənin duasını
qəbul edirəm”. (“Bəqərə” 186).
Bu ayənin nazil olması haqqında
belə nəql edirlər ki, bir nəfər
Peyğəmbərə (s) sual verir: “Allah
bizə yaxındır ki, Onunla yavaş
səslə münacat edim? Yoxsa
uzaqdır, Onu yüksək səslə çağırım?
Bu zaman həmin ayə nazil olur”.
İmam Əli (ə) buyurur: “Duanın
yerinə yetməsinin təxirə düşməsi
səni ümidsiz etməsin. Çünki bəxşiş
Onun niyyətindən asılıdır. Ola
bilsin ki, duamızın yerinə yetməsi
təxirə düşsün və bu yolla
hacətimizə böyük mükafat versin.
Gec və ya tez ondan yaxşısı sənə
verilər. Ya da mümkündür ki, səni
xeyirin üçün onu səndən
əsirgəsin. Əgər istəyin yerinə
yetsəydi, dininin məhvinə səbəb
olardı”.
İmam Sadiq (ə) buyurur: “O zaman
ki, bəndə dua edər, Allah iki mələyə
onu yerinə yetirməsini əmr edər.
Ancaq buyurar: “Hacətini saxlayın,
çünki onun duasının səsini
sevirəm”. Bəzən də bəndə dua
edər və Allah buyurar: “Hacətini
yerinə yetirin ki, səsini eşitməkdən
xoşum gəlmir””.
İshaq ibni Əmmar İmam Sadiqdən
(ə) soruşur: “Ola bilər ki, dua qəbul
olsun, ancaq həyata keçməsi
təxirə düşsün?”. Buyurur: “Bəli, ola
bilsin ki, 20 il təxirə düşsün. Musa
və Harunun Fironun həlak olması
haqqındakı duası yerinə yetir.
Ancaq 40 ildən sonra yerinə yetir”.
Beləliklə deyə bilərik ki, dua etməyi
unutmayaq, hər bir hacətimizi
Allahdan istəyək, qeyrisindən
deyil. Çünki O, bizim bütün
hacətlərimizi yerinə yetirəndir.
[cavab]
Maximum
28 Dek 2013 / 22:51
[cavab]
BaS_RoLdA_oZuM
28 Dek 2013 / 22:54
ALLAH razi olsun
[cavab]
aze
28 Dek 2013 / 23:00
İmam Sadiq (ə) Əbu Bəsirə
buyurur: “Əgər nəyinsə həyata
keçməsindən qorxun varsa, ya
hacətin varsa, Allahın adı ilə duanı
başla. Onu Ona layiq olan halda
mədh və sitayiş et. Peyğəmbərə
(s) salavat göndər və hacətini istə.
Özünü ağlamağa vadar et, hətta
əgər milçəyin başı qədər də olsa
belə. Atam həmişə buyurardı:
“Bəndənin Allah-Təalaya ən yaxın
halı o zamandır ki, səcdədə olan
zaman göz yaşı tökər”
[cavab]
aze
29 Dek 2013 / 01:24
Maximum, Allah sene yar olsun
[cavab]
aze
29 Dek 2013 / 01:24
BaS_RoLdA_oZuM, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt